|
“Azəriqaz” əməkdaşı məhkəmə qarşısında
|
Əbülfət Allahverdiyev rüşvət almaqda ittiham edilir
Bakı Ağır Cəza Məhkəməsində rüşvət almaqda ittiham olunan “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının məhkəməsi başlayıb. Məhkəmə qarşısında Yasamal rayon Qaz İstismarı İdarəsində çalışan Əbülfət Allahverdiyev cavab verib. Ə.Allahverdiyevin Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham edilir.
|
Oxumaq
17.02.11
|
| |
|
|
Həyat yoldaşını qətlə yetirən şəxs məhkəmə qarşısında
|
İlham Babayev həyat yoldaşını onunla barışmadığı üçün öldürdüyünü bildirib
Bakı Ağır Cəza Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə qəsdən adam öldürmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında llham Babayev cavab verir. İttihama görə, hadisə 2010-cu il oktyabrın 18-də Xətai rayonunun Nəsrəddin Tusi küçəsi, 47 ünvanında törədilib.
|
Oxumaq
17.02.11
|
| |
|
|
Saxta əsginasların dövriyyəsi ilə məşğul olan şəxslərin məhkəməsi yekunlaşıb
|
Dəstə üzvləri 3 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilib
Bakı Ağır Cəza Məhkəməsində saxta əsginasların dövriyyəsilə məşğul olan şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Azər Abdullayev, Vüsal Salmanov, İntizam İsayev və Vüqar Yolçuyev cavab verib. İttihama görə, 2010-cu il fevralın 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı Bakı şəhər sakinləri Azər Abdullayev, Vüqar Yolçuyev, Vüsal Salmanov və İntizam İsayev 50 ədəd 100 manatlıq saxta əsginası 20 min AZN qiymətinə satarkən yaxalanıblar.
|
Oxumaq
17.02.11
|
| |
|
|
Qanunsuz saxlanılan silah götürülüb
|
Vətəndaşlardan qanunsuz saxlanılan silah götürülüb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Bahadır Dadaşovdan 1 ədəd "AKS-74" silahı götürülüb. B.Dadaşov əvvəllər də məhkumluq həyatı yaşayıb. Şamaxı rayon sakini Vəfa Yadigarova Yasamal rayonu M.Əliyev küçəsindən tapdığı 1 ədəd "Makarov" markalı tapançanı və 8 ədəd gülləni könüllü olaraq Yasamal RPİ-yə təhvil verib. Hər iki faktla bağlı araşdırmalar aparılıb.
|
Oxumaq
17.02.11
|
| |
|
|
İki oğurluq faktının üstü açılıb
|
Paytaxtda pul, Bərdədə elektrik naqili oğurlanıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs tutulub. Saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Zahidə Nadirovadır. Z.Nadirova Səbinə Əliyevanın mənzilindən 50 dollar, 10 avro, 100 manat və 3 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinir.
|
Oxumaq
17.02.11
|
| |
|
|
Lənkərandakı dəhşətli cinayətin üstü açılıb
|
Qadının sifətinə kimyəvi məhlul tökən şəxs saxlanılıb
Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəhşətli cinayətin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, fevralın 8-də şəhər sakini Sevinc İmaməliyevanın evinə gələn naməlum şəxs onun sifətinə kimyəvi maddə töküb. Araşdırma nəticəsində həmin şəxsin Masallı rayon sakini Xaur Əhədli olduğu müəyyənləşdirilib. X.Əhədli saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
17.02.11
|
| |
|
|
Paytaxtda partlayış
|
Nasaz qaz balonunun partlaması üç nəfərin xəsarət almasına səbəb olub
Qaz balonu ilə ehtiyatsız davranış partlayışla nəticələnib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Səbail rayonu Bibiheybət qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Gülmirə Heydərovaya məxsus kafedə məişətdə istifadə edilən qaz balonunun nasazlığından yanğına keçən partlayış baş verib. Nəticədə kafenin qapı və pəncərə çərçivələri dağılıb. 30 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış orada işləyən qəsəbə sakinləri Akifə Həsənovaya, İbad Quliyevə və İlqar Nəcəfova xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
17.02.11
|
| |
|
|
Avtomobil qaçıran şəxs yaxalanıb
|
Avtomobil isə aşmış halda tapılıb
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçıran şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Tərtər rayon sakini Vüqar Nağıyevdir. Belə ki, fevralın 14-də saat 20.00 radələrində Nəsimi rayonu A.Məhərrəmov küçəsində Sumqayıt şəhər sakini Bəhruz Qəhrəmanova məxsus "Mercedes" markalı avtomaşını qaçırılıb. Qaçırılan avtomobil bir gün sonra Balaxanı qəsəbəsi ərazisində qəzaya uğrayıb. Hazırda faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
17.02.11
|
| |
|
|
Tibb Universitetinin tələbəsi yaşadığı yataqxanada özünü asıb
|
20 yaşlı Elçin Qasımovun bu addımı hansı səbəbdən atmasının səbəbləri araşdırılır
Paytaxtda iki nəfər özünə qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi intihar edib. Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə günorta saatlarında baş verib. Universitetin 2-ci kurs tələbəsi 20 yaşlı Elçin Əsgər oğlu Qasımov yaşadığı Azərbaycan Tibb Universitetinin yataqxanasının 9-cu mərtəbəsindəki otaqda özünü asıb. Hadisənin səbəbləri hələlik məlum deyil. Daha bir intihar faktı Suraxanı rayonunda qeydə alınıb. Yeni Suraxanı qəsəbə sakini 1968-ci il təvəllüdlü Məmmədov Elçin Kamil oğlu intihar edib. O, qohumu Rəhimov Rəhimxan Əliağa oğluna məxsus tövlənin damındakı şalbandan özünü asıb. Faktla bağlı araşdırma aparılır. Hər iki faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
17.02.11
|
| |
|
|
Daş karxanasında növbəti ölüm
|
Fəhlə daş kəsən dəzgahın üstünə düşərək həyatını itirib
Son bir ay ərzində üçüncü adam daş karxanasında həyatını itirib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, ba dəfə bədbəxt hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb. Ərazidəki "Almaz Daş" karxanasında, orada işləyən Elbrus Vəliyev ehtiyatsızlığı nəticəsində dəzgahın üstünə düşüb. Nəticədə ağır xəsarət alan E.Vəliyev dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
17.02.11
|
| |
|
|
|