Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 113 114 115 116 117 118 119 120 121 » #
Orqan transplantasiyasında günahlandırılan qadına hökm oxunub
Əvvəlki məhkəmələrdə bu işlə bağlı bəraət alan İradə Səfixanova bu dəfə 12 il müddətinə azadlıqdan məhrum edilib

Gəncə Ağır Cəza Məhkəməsində insanın daxili orqanlarının satışında təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Bərdə rayon sakini İradə Səfixanova cavab verib. İ.Səfixanova Cinayət Məcəlləsinin 137-ci (insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə) və 144-cü (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə insan alveri etmək) maddəsi ilə ittiham olunub.
Oxumaq
05.04.11  
 
Balakən sakini odlu silahla iki nəfəri yaralayıb
Məhəmməd Qədirovdan 1 ədəd "AKS" silahı götürülüb

Balakən rayonunda odlu silahla iki nəfərə atəş açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun  Şambul kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunan Məhəmməd Qədirov münaqişə zəminində avtomat silahdan atəş açaraq həmkəndliləri Murad Mollayevi və Şamil Amalovu yaralayıb. Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Qədirov tutulub, ondan 1 ədəd "AKS" silahı götürülüb. Hadisənin təfərrüatlarına gəlincə, aprelin 2-də saat 22.00 radələrində rayonun 1955-ci il təvəllüdlü sakini M.Qədirov sərxoş vəziyyətdə həmkəndlisi Bazarova Narzanət Məhəmməd qızının yaşadığı evə gələrək, onunla şəxsi münaqişə zəminində mübahisə etməyə başlayıb.
Oxumaq
05.04.11  
 
Münaqişə bıçaqlanmaya səbəb olub
Paytaxt sakinləri arasında münaqişə bıçaqlanma ilə sonuclanıb.  DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində qeydə alınıb. Bakı şəhər sakinləri Şahin Eyyubov, Rüstəm Babayev və Sənan Zeynalov münaqişə zəminində həmyerliləri Səid Həsənovu döyüblər. Bu zaman S.Həsənov S.Zeynalova bıçaqla xəsarət yetirib. S.Zeynalov xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Həsənov tutulub. Faktla bağlı araşdırma davam etdirilir. 
Oxumaq
05.04.11  
 
Axtarışda olan şəxs tutulub
Elçin Məmmədovun əlavə cinayətləri üzə çıxıb

Axtarışda olan şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Elçin Məmmədovdur. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan E.Məmmədov Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə axtarışda olub.  E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2010-cu ilin dekabr ayında Binəqədi qəsəbəsində, qəsəbə sakini İmran Mustafazadəyə məxsus mağazadan 300 manat, 3 ədəd mobil telefon və danışıq kartlarını oğurlaması, Biləcəri qəsəbə sakini Vüsal Ələkbərovun isə etimadını qazanaraq ondan 1.200 manat alması müəyyən edilib.
Oxumaq
05.04.11  
 
Qardaş qardaşının həyatına son qoyub
Buna silahla ehtiyatsız davranış səbəb olub

Ağsuda silahla ehtiyatsız davranış bir nəfərin ölümünə səbəb olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun Padar-Qışlaq kəndində qeydə alınıb. Kənd sakini Ravid Bəkirov uzunluğu 53 sm. olan, içərisinə qırma doldurulan əldədüzəltmə silahla ehtiyatsız davrandığından açdığı atəşdən qardaşı Radimə dəyib. Nəticədə Radim aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır. 
Oxumaq
05.04.11  
 
«Lənkəranda partlayış olacaq»
Polisə yalan məlumat verən şəxs saxlanılıb

Polisə yalan məlumat verən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, özünü Pirəli Abdullayev kimi təqdim edən şəxs DİN-in "102" Zəng Mərkəzinə zəng edərək "Lənkəranda partlayış olacaq", saat 15.55-də isə təkrar zəng edərək "Kicəbədə partlayış olacaq" deyərək telefonu qapadıb.  Məlumat DİN-in Növbəti Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Aparılan araşdırmalar zamanı zəng edərək bilərəkdən polisə yalan məlumatı verənin Astara rayonunun Xışəco kənd sakini, 16 yaşlı P.Ə. olması müəyyən edilib. Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Ə. saxlanılıb.
Oxumaq
05.04.11  
 
İki nəfər narkotik istifadəçisi saxlanılıb
Saxlanılan Şirxan Quliyevin bir neçə oğurluq törətməsi də üzə çıxıb

Hüquq-mühafizə orqanları iki nəfər narkotik istifadəçisini saxlayıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Şirxan Quliyevdən 0,293 qram heroin götürülüb. Ş.Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun martın 28-də Cavid Soltanova məxsus "Mercedes" markalı və martın 29-da Mirzalı Tapdıqlıya məxsus "Mercedes" markalı avtomaşınlardan oğurluq etməsi də müəyyən edilib.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbə sakini Elçin Məhərrəmovdan 715 qram tiryək götürülüb. Saxlanılan E.Məhərrəmov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Oxumaq
01.04.11  
 
Qohumlarını qətlə yetirən direktor müavinin məhkəməsi başa çatıb
Polisin Qəbələ dağlarında çətinliklə yaxaladığı  Hökməli Yusifov 14 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cəza Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə bir nəfəri öldürməkdə, iki nəfəri isə ağır yaralamaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Hökməli Yusifov cavab verib. 
İttihama görə, təqsirləndirilən Hökməli Yusifov iyulun 3-də həmkəndlisi Nizami Quliyevin evinə gələrək, ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.
Oxumaq
01.04.11  
 
“Arvad kimdir ki, uşağın məktəb işlərinə qarışır”
Arvadını qətlə yetirən Lənkəran sakininin məhkəməsi başlayıb

Bakı Ağır Cəza Məhkəməsində arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Lənkəran rayon sakini Arif İbrahimov cavab verib.  İttihama görə, Xırdalan şəhərində 28-ci məhəllə ev 47, mənzil 17-də yaşayan Arif İbrahimov həyat yoldaşı Seyidxanım Məmmədovanın bıçaqla boğazını kəsib. Orta məktəbdə dərsdə nadinclik etdiyinə görə, qızı Leylanı danlayan A.İbrahimov arvadının müdaxiləsinə dözə bilməyib. Təqsirləndirilən A.İbrahimov ilkin ifadəsində bildirib ki, orta məktəbdən sevdiyi həyat yoldaşını öldürmək fikri olmayıb.
Oxumaq
01.04.11  
 
Quldurluq edən üç nəfərə hökm oxunub
Təqsirləndirilən şəxslər 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Əziz Məmmədov, Şəmil Babayev və  Niyaməddin Rüstəmov cavab verib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.
Dünənki prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Əziz Məmmədova 14, Şəmil Babayevə 12, Niyaməddin Rüstəmova isə 10 il həbs cəzası istəyib. Müşavirə otağından qayıdan hakim hökmü elan edib. Məhkəmənin hökmü ilə Ə.Məmmədov 12 il, Ş.Babayev 9 il, N.Rüstəmov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
01.04.11  
 
Səhifələr : # « 113 114 115 116 117 118 119 120 121 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •