Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Axtarış: 
Səhifələr : 1
Keşikçi itləri
İngilis dilində maraqlı bir söz, daha doğrusu, dəbə düşmüş ifadə var – “watchdogs”, onun dilimizdə qarşılığı “keşikçi itləri” anlamına gəlir. Söhbət küçə, ov, ya da ki, çoban itlərindən getmir. Sadəcə olaraq, dünyada hüquq müdafiə qrupları, ictimai rəyi öyrənən media təşkilatları belə adlandırır. Bu təsnifatda hansısa təşkilatın yer alması onun missiyasından xəbər verir və heç biri “watchdog” adlandırılmasını özü üçün təhqir hesab etmir, əksinə...
Öz hesabatlarında Azərbaycana da gen-bol yer ayıran bu «keşikçi itləri» hansılardır? “Human rights Watch”, “Freedom House”, “Article 19”, CPJ (Committee Protect Journalists), “Amnesty International” və s.
Oxumaq
17.02.10  
 
Bir də deyək Hüseyn vay!
Srağagün Azərbaycanda Aşura günü qeyd olunub. Doqquz ildir bu mövzuya toxunmuram. Axırıncı dəfə 2000-ci ildə Aşura günü reportayına getmişəm. Həmin reportay çox sərt alınmışdı. Ona görə zəng edib təzyiq edən də oldu, təşəkkür bildirən də. O vaxtdan bəri getmirəm. Kumiri Polat Alemdar olan nəslin Aşura gününü necə qeyd etdiyini ora getməsəm də bilirəm. Bu, itirilmiş bir nəslin faciəsidir. Kərbala müsibətindən pisdir. Amma bu gün yenə yazmaq istədim. Vaxtilə işlətdiklərimi bir də təkrarlayacağam. Dəyişən tək ömürdən gedən illər deyil...
Həmin təziyələrdə işlənən yalnız bir sətir əbədi xatirimə həkk olunub: Bir də deyək Hüseyn vay! Fikrimcə, biz Həzrəti Hüseynə "vay Hüseyn" demişik, deyirik, deyəcəyik.
Oxumaq
29.12.09  
 
Metamorfozalar
Dünən dönüklüyün üzünü gördüm. Əyilmiş, sınmış adamla göz-gözə gələndə nə qəribədir ki, o gülümsədi, mən isə utandım. Özümü bilməməzliyə vurdum.
Çalışdığım kollektivlərdən birində daim gərgin ab-hava hökm sürür. Cəmi bir neçə işçi olsa da, nə birgə keçirilən 5 il, nə də ağır iş şəraiti kollektivi bir ailəyə çevirməyib. Əksinə, əsasən kişilərdən ibarət bu kollektiv daim mübarizə şəraitində yaşayır. Buna rəqabət də deyə bilərik. Kiçik bir düzəlişlə - rəqabətin müasir forması. Müasir rəqabət əcdadından əsasən məqsədilə seçilir. Əvvəllər məqsəd daha çox pambıq yığmaq və daha çox dəzgah təmir eləmək idisə, indi "staxanovçuluq" istehza doğurur yalnız.
Oxumaq
16.12.09  
 
Tanrıya rüşvət
"İnsanın vətəni Yer kürəsidir" şüarından möhkəm yapışan və illərdir dəmir iradəsini göstərərək "başqalarının planeti"nə nəfs salmayan xalqımız tarixin hər bir səhnəsində bu "ictimai vətən"ə dərin sədaqət nümayiş etdirib. Belə ki, planetdə yayılan bütün xəstəliklərə birinci tutulan və axırıncı xilas olan camaatımız dünyanı başına götürüb, müxtəlif siyasi məktəblərə xidmət edən "DİNDAR" xəstəliyinə tutulanlar arasında da ön cərgələrdə yer alır. Dini məzhəbin tələblərindən irəli gələn bütün vəzifələri layiqincə yerinə yetirmək əsl dindarlıqdan xəbər verə bilərdi, əgər bu ideya müəyyən zaman kəsiyindən sonra "kütlədən geri qalmamaq" və "mənim ondan nəyim əskikdir?" psixologiyasının, daha doğrusu, xəstəliyinin simptomları ilə müşayiət olunmasaydı. Tələbat və istəklərin qarışdırıldığı bu tünlüyə baxmayaraq, çoxluğu müsəlmanlardan ibarət olan Azərbaycan xalqı da Qurban bayramını əlindən gəldiyi və qəbul edib, başa düşdüyü kimi qeyd etdi. Qurban bayramı keçməyinə keçdi.
Oxumaq
02.12.09  
 
Bakıda maşının yoxdursa
Bakıda yarım milyon nəqliyyat vasitəsi var. Bakıda həm də 2 milyon 246 min əhali var. İnsanları maşınlardan sonra qoymağım təsadüfi deyil. Çünki bu şəhərdə maşınların dəyəri insanlarınkından çoxdur. Buna günbəgün daha çox inanmağa başlamışam. Şəhərdə əhalinin sayı maşınlardan 4 dəfədən çox olsa da, texnikayla insanın toqquşduğu yerlərdə infrastruktur bütövlüklə maşınlara uyğun qurulur. Məsələn, hansısa təzə binanın altındakı yeraltı qarayda maşınınızı saxlamaq üçün ora enin. İçəriyə maşınla rahat düşəcəksiniz, amma geri piyada qayıtmaq üçün bəlkə də alpinist kəndirinə ehtiyacınız olacaq. Şəhərdə bir neçə mərkəzi yeraltı qaray istisnadır. Qalanlarında isə binanın altına aparan enişləri elə kəskin tikirlər ki, maşınsız bu dikdiri qalxınca nəfəsin kəsilir. Maşından düşəndə fənər götürmək də karınıza gələr. Çünki maşınınızın faraları söndükdən sonra içəri zülmət qaranlığa bürünəcək. Adamlar üçün sadə işıqlandırma sistemi belə nəzərdə tutulmadığından qaranlıq zindanda vahiməyə düşə bilərsiniz.
Oxumaq
06.11.09  
 
Fantaziyalar
Roman Abramoviç məşuqəsi və oğluyla Nyu-Yorkda gəzintiyə çıxıb. Abramoviçin sadə gəzintisi barədə heç kimin xəbəri olmazdı, əgər gəzinti sıradan bir gəzintilər kimi başa çatsaydı. Amma onda bu, gərək səs-küy həvəskarı milyarder Abramoviç olmayaydı. Müxtəsər, üçlük gəzə-gəzə gəlib çıxıb şəhərin italyan restoranlarından birinə. Ən yaxşı şərab növləri, nadir və bahalı yerdombalanı göbələyi (tryufel), dana ətindən təamlar, dəniz məhsulları və italyansayağı makaron sifariş edib. Mənim kimi menyuya sağdan sola baxmırmış yəqin. Elə ona görə də masaya 35 min avro hesab gəlib. Deyəsən, Abramoviç sevinib ki, nə yaxşı ucuzluqdur bura. Sevincindən ofisianta "çay pulu"da verib. Özü də 4500 (dörd min beş yüz) avro! Ofisiantın hardasa 5 aylıq maaşını. Bu milyarderlər nə çayı içirlər görəsən?
Oxumaq
03.11.09  
 
Foqts, get!
Əslində, məsələ çox sadədir. Biz üç nəfər - politoloq, bioloq və mən texnoloq qərara gəldik ki, Azərbaycan yığmasının başında Foqtsun qalıb-qalmama məsələsini öz məntiqimizlə izah edək. Təbii ki, bu, heç nəyi dəyişməyəcək. Yazırıq da. Onsuz da hər şeyi Elxan Məmmədov həll edir. Politoloq yazdı, bioloq sökdü, qaldım mən. Mənim isə işimin çoxluğundan bu günə kimi gecikdim. Buna görə opponentlərdən üzr istəyirəm.
Mən bu yazını ölkə futbolunun bilicilərindən, AFFA rəhbərliyindən və Foqtsdan üzrxahlıq etmək üçün yazıram. Hörmətli futbol azarkeşləri, futbol biliciləri, mən sizdən üzr istəyirəm. Üzr istəyirəm ki, Azərbaycan futbolundakı inkişafı, Elxan Məmmədovun komandamız üçün gördüyü böyük-böyük işləri qiymətləndirmək qabiliyyətində olmamışam. Azərbaycan Lixtenşteyni udub, Rusiya ilə qələbəyə bərabər heç-heç etdi.
Oxumaq
23.10.09  
 
Səhifələr : 1
ONLINE XƏBƏRLƏR
 
  • İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub
  • Ölkə birinciliyinin qalibləri müəyyənləşib
  • Düşmən üç istiqamətdə mövqelərimizi atəşə tutub
  • Bu gün UEFA-nın Proqram meneceri ölkəmizə səfər edəcək
  • “DəmirBank” Avropanın maliyyə təşkilatları ilə yeni müqavilələr imzalayıb
  • ARDNŞ cari il 23 353 metr qazma işi həyata keçirib
  • Auksion Mərkəzində 40 Səhmdar Cəmiyyətin səhmlərinin növbəti pul hərracı keçiriləcək
  • Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
  • Belçikada “Novruz gecəsi” keçiriləcək
  • YAP Binəqədi rayon təşkilatının 17-ci ildönümü münasibətilə tədbir keçirilib
  • Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” adlı beynəlxalq konfrans keçiriləcək
  • Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyada 5-ci nazirlər konfransında iştirak edir
  • Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqa getməməyi tövsiyyə edir

  •  
    BANNERİMİZ
     
    kod almaq: