|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinə start verildi
|
1920-ci ildə yaranan muzeyin yubileyi münasibətilə silsilə tədbirlər və sərgilər həyata keçiriləcək. Bunu muzeyin direktoru akademik Nailə Vəlixanlı bildirib
N.Vəlixanlı muzeyin böyük bir dövr keçdiyini vurğulayıb: "Bu dövr ərzində muzeyin hansı yolları keçdiyi, təşəkkülü, inkişafı və ölkədə, cəmiyyətdə tutduğu mövqe əhəmiyyət kəsb edir. Əsas məqsəd tarix muzeyinin cəmiyyətin bütün üzvlərinə xalqın, dövlətin tarixini olduğu kimi təqdim etməkdir". Muzey direktoru böyük tədbirlər planının hazırlandığını qeyd edib. İlk tədbir artıq yanvar ayında keçirilib. Növbəti tədbir isə marta təsadüf edəcək.
|
Oxumaq
13.02.10
|
| |
|
|
Vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqları artırılacaq
|
Layihə çərçivəsində portal da yaradılacaq
Dünən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarının artırılması proqramının təqdimatı keçirilib. Proqram haqqında məlumat verən İSİM sədri V.Bayramov bildirib ki, bu proqram Avropa Komissiyasının Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilir. Proqramın həyata keçirilməsində əsas məqsədlər vətəndaş cəmiyyəti təşkilatları üçün imkanların artırılması və ümumilikdə sektorun inkişafını dəstəkləməkdir. Eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının biliklərinin, bacarıqlarının artırılması və müvafiq qiymətləndirmə, inkişaf planlarının yaradılması, vətəndaş cəmiyyətinin üzləşdiyi əsas məsələlər üzrə məlumat və biliklərin artırılması, debatların çoxaldılması da məqsədlər arasında yer alır. Layihənin xüsusi məqsədi Azərbaycandakı ictimai yönümlü təşkilatların fəallığının artırılması, qərarvermə prosesində onların səlahiyyətlərinin artırılması, yerli səviyyədə meydana çıxan təşəbbüslərin irəli çəkilməsi, vətəndaşların informasiyaya çıxışının artırılması, Minilliyin İnkişaf Məqsədləri barəsində bilik və məlumatın artırılmasıdır.
|
Oxumaq
10.02.10
|
| |
|
|
"Prescient Worldwide" telefon şirkətinin rəhbərliyinə etiraz məktubu göndərilib
|
|
"Prescient Worldwide" telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyinin müvafiq göstərişi əsasında Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib, həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib. Cavab məktubunda R.Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlər görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirib.
|
Oxumaq
09.02.10
|
| |
|
|
ABŞ azərbaycanlıları Yəhudi İcması Əlaqələr Şurasının qurultayında iştirak ediblər
|
Azərbaycanlı, türk, yəhudi diaspor təşkilatları və konqresmenlərin Nyu-Yorkda keçirilən görüşündə Dağlıq Qarabağ problemi, ABŞ-ın Dağlıq Qarabağ separatçılarına yardımı və Cənubi Qafqazdakı problemlər müzakirə olunub. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycan-Amerika Şurası, Amerika-Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN), Türk-Amerika təşkilatlarının nümayəndələri və Nyu-Yorkdakı Yəhudi-Azərbaycanlı İcması fevralın 7-də Nyu-Yorkdakı Yəhudi Federasiyasının (UYA federation) filialı olan Yəhudi İcmasının Əlaqələr Şurasının 31-ci illik qurultayında iştirak ediblər. Nyu-Yorkdakı Yəhudi Federasiyasının Manhettendəki qərargahı tərəfindən təşkil olunan tədbirə 300-dən çox qonaq qatılıb.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Magistral qaz kəmərində partlayış olub
|
Azərbaycan paytaxtında magistral qaz kəmərində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə dünən 13.00 radələrində Zığ-Hövsan yolunda qeydə alınıb. Abşeron əməliyyat şirkətinə məxsus magistral qaz kəmərində baş vermiş qəza ani partlayışa səbəb olub. Hadisə zamanı yanğın qeydə alınmayıb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
|
Oxumaq
09.02.10
|
| |
|
|
İdman müsabiqələri və mərc oyunları keçirən qurum yaradılıb
|
Azərbaycanda idman müsabiqələri və mərc oyunları keçirən "Azərintellekt" QSC yaradılıb. "APA-Economics"in məlumatına görə, Vergilər Nazirliyində "bir pəncərə" sistemi üzrə qeydiyyata alınmış şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, ak.H.Əliyev küçəsi ev 24-dür. "Azərintellekt" QSC-nin nizamnamə kapitalı 100 min manat təşkil edir. Şirkətin təsisçiləri "Baltech İnvestment" MMC, "İdeal Construction" MMC, Türkiyənin "İntellekt İnternet Teknoloyi Yatırım ve Danışmanlık Ticaret A.Ş." ("Turkcell" şirkətinin ortağı) şirkətidir.
|
Oxumaq
09.02.10
|
| |
|
|
Qəbul imtahanlarına hazırlıq başlayır
|
İmtahanlarda iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlər keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə aparılan qəbul imtahanlarına hazırlıq prosesinə başlayıb. Belə ki, bu gündən TQDK növbəti tədris ili üzrə imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar- məşğələlər keçirir. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Bu barədə qəzetimizə komissiyanın mətbuat xidmətindən məlumat verilib.
|
Oxumaq
09.02.10
|
| |
|
|
QHT-lərə Dövlət Dəstəyi Şurasına 489 layihə təqdim olunub
|
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 489 layihə daxil olub. APA-nın xəbərinə görə, bu barədə sözügedən şuranın sədri Azay Quliyev yurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq müsabiqəyə sənəd qəbulu baş çatıb və texniki ekspertiza keçirilib: "80-dən artıq təşkilatın təqdim etdiyi layihələr ekspertizadan keçməyib. Bu o deməkdir ki, onların sənədlər geri qaytarılacaq". A.Quliyev hazırda ikinci mərhələnin başa çatmaqda olduğunu bildirib: "Hesab edirik ki, biz nəticələri martın 10-dək açıqlayacağıq. Ötən il biz 1 milyon 868 min manatın müqabilində 569 layihə almışdıqsa, bu il 903 min manatın müqabilində 489 layihə almışıq. Büdcəni nəzərə alsaq, keçən illə müqayisədə bu il daha çox layihə təqdim edilib".
|
Oxumaq
05.02.10
|
| |
|
|
Lənkəran, Masallı və Astarada mənşəyi bəlli olmayan qaz sobaları aşkarlanıb
|
Sahibkarlara bu malların satışdan çıxarılması barədə tələbnamələr verilib
Lənkəran, Masallı və Astarada uyğunluq sertifikatı olmayan, təhlükəli qaz sobalarının satıldığı aşkarlanıb. Aşkarlanan faktlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən üzə çıxarılıb. Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib. Belə ki, monitorinq zamanı Lənkəran şəhərində fiziki şəxs Vüqar Məmmədova məxsus mağazada "Süsler", "Westburq", "Luxell", "Nord", fiziki şəxs Mehman Axundova məxsus mağazada "Termes", "Süsler", fiziki şəxs Habil Ağayevə məxsus mağazada "Süsler", fiziki şəxs Mirəziz Ağayevə məxsus mağazada "Simens", fiziki şəxs Səbuhi Cabbarova məxsus mağazada "Temirkel" nişanlı mənşəyi məlum olmayan qaz sobaları müəyyən edilib.
|
Oxumaq
05.02.10
|
| |
|
|
Azərbaycanlı mühacirlərin xaricdə saxlanan arxiv materialları ölkəyə gətirilib
|
|
Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanılan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilib. APA-nın məlumatına görə, Azərbaycana gətirilən arxiv materiallarının sərgisi və təqdimatı keçirilib. Arxiv materiallarını Türkiyə, Polşa və Almaniyadan toplayaraq Azərbaycana gətirən professor Nəsiman Yaqublu deyib ki, görülən iş Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. Onun sözlərinə görə, Azərbaycana gətirilən 200-dək arxiv materialları arasında Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy topçubaşov, Ceyhun Hacıbəyli, Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin və başqalarının şəxsi məktubları, nəşr etdirdikləri yurnallar, qəzetlər, kitablar, fotolar və digər sənədlər var: "Biz "Yeni Qafqaziya", "Odlar yurdu", "Azərbaycan" və digər yurnalların bütün saylarını, Almas İldırıma, Mirzəbala Məmmədzadəyə, Gültəkinə məxsus kitabları, Mustafa Kamal Atatürkün azərbaycanlı mühacirlərə bağlı verdiyi sərəncamları, Düdənginskiyə aid video görüntüləri, fotoları və digər sənədləri ölkəyə gətirmişik. Bunlar çox mühüm sənədlərdir.
|
Oxumaq
05.02.10
|
| |
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
|