Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Zəkəriyyə neyləməli?
Və yaxud əmək müqaviləsi imzalamadan işləyənlərin acı aqibəti

Zəkəriyyə Səmədov Ağsu rayonunun Xəlilli kəndində yaşayır. Kənddə iş olmadığından neçə illərdir mütəmadi olaraq Bakıda müxtəlif tikinti şirkətlərində çalışıb. Həmişə də azdan-çoxdan qazanaraq ailəsini pis-yaxşı dolandırıb. Amma sonuncu iş yerində onun başına əməlli-başlı oyun açıblar. Son vaxtlar Bakıda aparılan tikintilərin sayı azaldığından bu sahədə çalışanlar iş tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, Zəkəriyyə də bir müddət işsiz qalıb. Bakının Yasamal rayonu ərazisində yeni tikilən binalardan birində iş olduğunu eşidəndə çox sevinib. Z.Səmədov deyir ki, oğlu, bir neçə yoldaşı ilə birlikdə həmin tikintiyə yollanıb. Burada Zeyqəm adlı iş icraçısı ilə qiymət danışıb, iş başlayıblar. Amma tərəflər arasında işin şərtləri, əmək haqqı, texniki təhlükəsizlik məsələlərini özündə əks etdirən əmək müqaviləsi imzalanmayıb.
Oxumaq
09.12.09  
 
Səviyyə məsələsi
Redaksiyamızda hamının dilində az qala zərb-məsələ çevrilən bir söz var: səviyyə. Baş redaktordan tutmuş texniki işçilərə qədər bu söz aramızda zarafatyana səslənsə də, onun altında yatan məna yükünü hamı yaxşıca dərk edir. Belə də demək olar: bu söz davranışlarımız üçün bir növ ölçü vahidinə çevrilib. Redaksiyanın divarları arasından kənara çıxan kimi də insanların səviyyəsini səciyyələndirən məqamlarla hər an üzləşməli olursan. Əfsus ki, həmişə də yaxşı mənada yox! Və o zaman bir daha başa düşürsən ki, bu sözü heç də həmişə zarafatyana işlətmək lazım deyilmiş.
İctimai nəqliyyatda, bankomatlardakı növbələrdə, mağazalarda, konsert və teatr salonlarında və s. yerlərdə səviyyə məsələsi daha çox üzə çıxır.
Oxumaq
09.12.09  
 
Qeyri-sabit hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloyi Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 8-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Gecə 4-6, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır. Dekabrın 9-da hava buludlu olacaq, gündüz arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə 2-4, gündüz 4-6 dərəcə isti qeydə alınacaq.
Dekabrın 10-da hava buludlu olacaq, arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru havanın yağıntılı olacağı ehtimalı var.
Oxumaq
08.12.09  
 
Bakı-Tiflis-Qars dəmir yolu üzrə işlər 2012-ci ildə tam yekunlaşdırılacaq
Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı (BTQ) layihəsi üzrə Gürcüstan ərazisində mövcud olan problemlər tam aradan qaldırılıb. Bu barədə "APA-Economics"ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Artıq Gürcüstan tərəfinin iştirakı ilə yeni dəmir yolu xəttinin keçəcəyi ərazi layihələndirilib və dəmir yolunun keçdiyi bəzi yerlərdə əhali ilə yaranmış mübahisələr həll olunub. Hazırda yeni dəmir yolu xəttinin yol yatağının hazırlanması və tikintisi, mövcud yolun rekonstruksiyasının layihəsi üzərində işləri aparılır.
Bununla yanaşı, Gürcüstanın Türkiyə ilə sərhədində təkər dəyişmə məntəqəsi üçün yer seçilib. Burada hərəkət istiqamətindən asılı olaraq Avropa standartlarına uyğun 1 435 mm ölçülü təkərlər sovet standartlarına uyğun 1 520 mm ölçülü təkərlərlə, həmçinin əksinə dəyişdiriləcək.
Oxumaq
08.12.09  
 
"Etüd" art kafesi ilk tədbirini keçirdi
Şənbə günü "Etüd" art kafesində şair Zahir Əzəmətlə oxucuların görüşü keçirildi. Tədbirə KİV nümayəndələri və poeziyasevərlər dəvətli idi. Tədbiri giriş sözü ilə açan art-kafenin rəhbəri Yalə İsmayıl bildirdi ki, "Etüd" mərkəzi əvvəlcə kitab və rəsm salonu kimi fəaliyyətə başlayıb. Yenicə açılan eyniadlı kafe isə intellektual istirahətə üstünlük verən oxucular üçün nəzərdə tutulub. Belə ki, kafedə oxucular çay və kofe içərək sevdiyi kitablarla baş-başa qalmaq, ədəbi-mədəni müzakirələrə qatılmaq, xoşladıqları yazarlarla görüşmək imkanı qazanacaqlar: "Məqsədimiz mədəniyyət ab-havalı kiçik bir məkan yaratmaq idi. İstərdik ki, bura sənət adamlarının fikir mübadiləsi edəcəyi bir məkan olsun!" Y.İsmayıl bildirdi ki, art-kafedə çağdaş yazarlar və sənət adamlarıyla mütəmadi görüşlərin keçirilməsi, sənət gecələrinin təşkil edilməsi nəzərdə tutulub.
Oxumaq
08.12.09  
 
Yaxın vaxtlarda elmin inkişafı üçün qrantlar ayrılacaq
"Yaxın vaxtlarda Azərbaycanda elmin inkişafı üçün qrantlar ayrılacaq. Bu da elmin inkişafına stimul verəcək". APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov yurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, prezidentin Elmin İnkişaf Fondunun yaradılması ilə bağlı sərəncamından sonra elmin inkişaf etdirilməsi ilə bağlı şərait daha da yaxşılaşacaq. Nazir deyib ki, ildə bir dəfə elmi konfransların keçirilməsi nəzərdə tutulub ki, bu da gənc alim və tədqiqatçılara dəstək məqsədi daşıyır.
Oxumaq
05.12.09  
 
Bakıda əmək yarmarkası keçirilib
Dünən Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti tərəfindən əmək yarmarkası keçirilib. "APA-Economics"in məlumatına görə, yarmarkada Bakı şəhərində fəaliyyət göstərən 841 idarə və müəssisə tərəfindən 6564-ə yaxın boş (vakant) iş yerləri təqdim edilib ki, bunlardan 5314-ü özəl sektor tərəfindən verilib.
Oxumaq
05.12.09  
 
Bakılılar "donuz qripi"ndən qorxmur
Paytaxt əhlinin yarısı virusa qarşı əsas vasitə kimi mürəbbə, bal və digər "dədə-baba üsulları"nı tövsiyə edir

"Rəy" Monitorinq Mərkəzi noyabrın 23-dən 26-dək Bakı şəhərində 700 respondent arasında "donuz qripi" ilə bağlı keçirdiyi sorğunun nəticələrini təqdim edib. Sorğu noyabr ayının 23-26-da keçirilib. Sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti (71 faiz) "donuz qripi" barədə yetərincə məlumatlı olduqlarını bildiriblər. Respondentlərin 28 faizi isə bu xəstəlik barədə müəyyən məlumata malik olduqlarını qeyd ediblər. Yalnız 1 faiz etiraf edib ki, bu virus barədə ilk dəfə sorğu götürənlərdən eşidirlər.
Oxumaq
05.12.09  
 
QHT-lər sosial sığortadan azad edilə bilər
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini bu təklifi dəstəklədi

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin Məsuliyyət Xartiyası adlı sənəd hazırlayıb. Bu barədə dünən Bakıda "QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq" mövzusunda keçirilən konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev məlumat verdi. O qeyd etdi ki, hazırlanın sənəd QHT-lərin fəaliyyətini tənzimləyəcək. Şura sədri bildirdi ki, QHT sektorunda rüşvət və korrupsiya da aktual məsələlərdir. Buna görə də buna dair etik kodeks olmalıdır.
Oxumaq
04.12.09  
 
Ermənilərin əsir və girov saxladıqları azərbaycanlıların sayı 800-dən çoxdur
"Biz çox istərdik ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Ermənistanın müvafiq qurumu arasında əsir və girovların dəyişdirilməsi ilə bağlı birbaşa əlaqələr olsun". APA-nın xəbərinə görə, bunu Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov yurnalistlərə açıqlamasında bildirib: "Ermənistanda əsirlikdə saxlanılanlarla bağlı 5 il əvvəl Tiflis şəhərində, beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi axtarış qrupunun səyi nəticəsində əməkdaşlıq haqqında qərara gəlmişdik. O görüşdə qeyd edilmişdi ki, əsir-girov düşən vətəndaşlar uzun müddət saxlanılmasın. Qısa müddət ərzində əsirlərin talelərinə aydınlıq gətirilməsi, 10-15, maksimum 20 gün ərzində həmin şəxslərin öz vətənlərin qaytarılması qərara alınmışdı".
Oxumaq
03.12.09  
 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •