Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
"TeliaSonera" dünyada ilk dəfə 4G-ni təqdim edib
"TeliaSonera" şirkəti daha bir inqilabi yeniliyə imza atıb. Şirkət dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. İlk olaraq Stokholm və Oslodakı abonentlər bu xidmətdən yararlana biləcəklər.
"Biz abonentlərinə 4G xidmətləri göstərən ilk operator olduğumuza görə fəxr edirik. Geniş zolaqlı mobil qoşulmadan istifadə bu ölkələrdə sürətlə inkişaf edir və abonentlər getdikcə daha yüksək sürət və ötürmə imkanına ehtiyac duyurlar. Elə məhz buna görə də biz 4G xidmətlərini həm Stokholm həm də Osloda təqdim edirik" - deyə, "TeliaSonera"nın mobil xidmətlər bölməsinin rəhbəri Kennet Karlberq bildirib. O əlavə edib ki, 4G-ni ilk olaraq təqdim etməklə şirkət digər bazarlarda da bu texnologiyanı tətbiq etməyə unikal təcrübə qazandırır.
Qeyd edək ki, 4G ən sürətli mobil rabitə texnologiyası olmaqla hazırda sürətli hesab olunan 3G texnologiyasından on dəfəyə qədər sürətlidir.
Oxumaq
16.12.09  
 
Bakcell Art Grupla əməkdaşlığa başlayır
"Bakcell" özünün yeni reklam partnyoru - Art Grup agentliyi ilə müqavilə bağlayıb. Hyatt Hotel-də təşkil edilmiş imzalanma mərasimində Bakcell-in baş direktoru xanım İneke Botter bildirib: "Bakcell ölkədə ən çox tanınan brenddir və beynəlxalq telekommunikasiya sahəsində kifayət qədər təcrübəyə malik Art Grup kimi dinamik bir agentliklə çalışmaq gələcəkdə də bu brendinin tanınması prosesini və şirkətin bazarda mövqeyini gücləndirəcək".
Art Grup-un direktoru Fehmi Özkan isə bildirib:
"Biz Bakcell kimi sürətlə inkişaf edən bir şirkətlə çalışacağımıza doğrudan da çox şadıq. Bakcell-in dəyərləri və brendi doğrudan da bu ölkədəki müştərilərin tələblərinə cavab verir".
Oxumaq
16.12.09  
 
"Azərsun" korporativ və marka saytlarının təqdimatını keçirdi
Şirkət gələn il 4 yeni istehsal müəssisəsini istifadəyə verməyə hazırlaşır

Dünən "Azərsun Holding" özünün korporativ və marka saytlarının təqdimatını keçirdi. Saytların hazırlanmasını həyata keçirən "Silverkey" şirkətinin rəhbəri Fərid İsmayılzadə bildirdi ki, layihə çərçivəsində şirkətin doqquz korporativ və doqquz marka saytı hazırlanıb istifadəçilərin ixtiyarına verilib. Saytlar 4 dildə - Azərbaycan, türk, ingilis və rus dillərindədir. F.İsmayılzadə bildirdi ki, Azərbaycan hökuməti İKT-nin tətbiqini prioritet sahələrdən elan edib. Hazırda ölkədə "Elektron Azərbaycan" layihəsi həyata keçirilməkdədir. Bu layihənin həyata keçirilməsi üçün hökumətlə yanaşı, özəl şirkətlər və vətəndaşlar da çalışmalıdırlar. Əgər hökumət internet qiymətlərini aşağı salıb "Xalq kompyuteri" kimi layihələr həyata keçirirsə, şirkətlər əhalinin elektron vərdişlərini artırmalıdırlar. Bütün böyük şirkətlər özlərinin yüksək səviyyəli internet saytlarını hazırlayıb, onun interaktivliyini təmin etməlidirlər.
Oxumaq
15.12.09  
 
"Sədərək"də mənşəyi bəlli olmayan oyuncaqlar aşkarlanıb
İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən "Sədərək" ticarət mərkəzində monitorinqlər aparılıb. Həyata keçirilən nazərət tədbirləri zamanı mənşəyi bəlli olmayan 6956 ədəd uşaq oyuncağı aşkarlanıb və satışdan çıxarılıb. Bu barədə qəzetimizə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, satışdan çıxarılmış oyuncaqların üzərində istehsalçının adı, ünvanı, standartın (normativ sənədin) işarəsi, istifadə qaydaları barədə məlumatlar göstərilməyib. Bu səbəbdən onların məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən qərar qəbul edilib: "Həmin uşaq oyuncaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilib.
Oxumaq
12.12.09  
 
Keyfiyyətsiz məhsulların istehsalı dayandırılıb
22 müəssisədə monitorinq aparılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mütəxəsissləri ərzaq məhsullarının keyfiyyətinə nəzarət tədbirləri həyata keçiriblər. Komitənin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, qurum tərəfindən cari ilin noyabr ayı ərzində 22 müəssisədə monitorinq aparılıb. Aparılmış monitorinq nəticəsində normativ sənədin tələbinə cavab verməyən məhsulların istehsalı dayandırılıb. Belə ki, "Koral F" MMC-də kolbasa və sosiska məmulatlarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub. Faktla bağlı inzibati protokol tərtib edilib və müəssisə rəhbərliyi cərimə olunub. Bundan başqa, "Azərmaya" ASC-də istismar olunan ölçmə və sınaq vasitələrinin qanuna zidd olaraq müqayisəli dövlət yoxlamasından keçməyərək istifadə olunması aşkarlanıb və müəssisəyə iradnamə verilib. Tort, şərq şirniyyatı, qablaşdırılmış yarımfabrikatlar istehsalı ilə məşğul olan "ADA Ticarət" ASC-də isə sertifikatsız məhsulların istehsal olunduğu müəyyən edilib.
Oxumaq
12.12.09  
 
Böhranla bağlı iş yerlərinin azalması müşahidə edilib
Azərbaycanda müəyyən mərhələdə iş yerlərinin azalması prosesi müşahidə edilib. Bu azalma kimya sənayesi, alüminium istehsalı, bir sözlə, ixracyönümlü yerli müəssisələrdə qeydə alınıb. "APA-Economics"in məlumatlına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.
Onun sözlərinə görə, qeyd olunan müəssisələr istehsal etdiyi malları yalnız daxili bazar üçün nəzərdə tutmayıb. Bu məhsullar eyni zamanda, xarici ölkələr və region dövlətləri üçün istehsal olunur. Ölkədə iş yerlərinin azalmasına əsas səbəb də məhz xarici ölkələrdə böhran zamanı alıcılıq qabiliyyətinin azalması olub. Bununla yanaşı, xarici ölkələrdə müxtəlif proqramların ixtisara düşməsi ilə bağlı məcburən Azərbaycanda iş yerləri azalıb.
Oxumaq
11.12.09  
 
Təhsil Nazirliyi bir neçə məktəb direktorunu cəzalandıracaq
"Təhsil Nazirliyinin "qaynar xətt"inə 151 saylı məktəbin müəllimi ilə bağlı daxil olan şikayət əsasında ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Lakin bu, yeganə fakt deyil. Bəzi məktəblərin direktorları ilə bağlı da belə hallar var". APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov yurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qanundankənar hərəkətlərə yol verən direktorların bəziləri bələdiyyə seçkilərində iştirak etdiklərindən hələlik nazirlik onlara cəza verə bilmir: "Seçkilər bitəndən sonra onlar haqqında tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək".
Oxumaq
11.12.09  
 
Gələn il taxıl istehsalında azalma proqnozlaşdırılır
Gələn il Azərbaycanda taxıl istehsalında azalma proqnozlaşdırılır. "APA-Economics"in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, bunun səbəbi taxıl əkmiş fermerlərə Maliyyə Nazirliyi tərəfindən subsidiyaların vaxtında verilməməsidir.
"Digər səbəb isə əksər taxılçılıq rayonlarında bir neçə ay çəkən əsassız yoxlamalar oldu. Bu yoxlamaların da heç bir nəticəsi olmadı. Yoxlamalar torpaq şumlanması və əkin zamanına düşdüyündən, gələn il müəyyən qədər az taxıl istehsalı gözlənilir" - deyə nazir vurğulayıb.
İ.Abasov hesab edir ki, ötən illərdə taxıl əkilmiş sahələrin bir hissəsinin dincə qoyulması da öz təsirini göstərir.
Nazir onu da qeyd edib ki, gələn il üçün taxıl əkilmiş sahələr 150 min ha azalıb.
Oxumaq
11.12.09  
 
Azərbaycanda Kredit Bürosu yaradılacaq
Gələn il Azərbaycanda Kredit Bürosu yaradılacaq. "APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan nümayəndəliyinin "Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Gücləndirilməsi" layihəsinin (ACAFI) mütəxəssisi Teymur Heybətov bildirib. Onun sözlərinə görə, Kredit Bürosu ACAFI layihəsi çərçivəsində yaradılacaq. Büro Azərbaycanın maliyyə sistemində risklərin, "pis" kreditlərin sayını, həmçinin kreditorların borc verilməsində əməliyyat xərclərinin azaldılmasına yardım edəcək, o cümlədən yeni kreditlərin sayını artıracaq: "Yaradılacaq Kredit Bürosu kiçik və orta bizneslə məşğul olan təşkilatlar, o cümlədən borcalan fiziki şəxslər barədə məlumat toplayacaq. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredit Bürosu haqqında" qanun layihəsi hazırlayıb ki, 2010-cu ilin əvvəlində sözügedən qanun layihəsi müvafiq nazirliklərə göndəriləcək və onlar tərəfindən baxıldıqdan sonra ölkə parlamentinin müzakirəsinə veriləcək".
Oxumaq
11.12.09  
 
Yağışlar çaylarda sululuğu artırıb
Hazırda ən yüksək sululuq Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti Milli Hidrometeorologiya Departamentinə istinadən respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat verib. Qurumdan qəzetimizə bildirilib ki, dekabr ayının əvvəlindən yağan yağışlar nəticəsində respublikanın çaylarında sululuq artımı müşahidə olunub. Hazırda ən yüksək sululuq Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və normanın 180-260 faizini təşkil edir. Bundan başqa, Qazax-Gəncə bölgəsi çaylarında normanın 130-180, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 175-215 faizi qeydə alınıb.
Oxumaq
11.12.09  
 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •