Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
Yolların keyfiyyətinə nəzarət artırılmalıdır
"Paritet" qəzetinin təşkilatçılığı ilə Dəyirmi masa keçirilib

Dekabrın 17-də "Paritet" qəzetinin təşkilatçılığı ilə "Magistral avtomobil yollarının yenidən qurulması və reabilitasiyası" mövzusunda Dəyirmi masa təşkil olunub. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə keçirilən tədbirdə magistral yolların vəziyyəti, yenidənqurma işləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.
"Ekoloyi Tarazlıq" İctimai Birliyinin sədri Aytən Poladova yolların hər bir ölkənin qan-damar sistemi kimi izah edildiyini bildirərək, yolların iqtisadiyyata təkan verən ən başlıca infrastruktur olduğunu bildirib. Qeyd edib ki, istənilən ölkəyə gedərkən onun yollarının vəziyyətinə, yollarında duran polislərə baxanda o dövlət və hakimiyyət barədə fikir yürütmək, düşünmək mümkündür.
Oxumaq
22.12.09  
 
Dünya Bankı Azərbaycana kredit ayırıb
Dünən Bakıda Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında dəmir yolunun inkişaf etdirilməsi məqsədi ilə 450 mln. ABŞ dollarlıq kredit sazişi və layihənin icrasına dair sənəd imzalanıb.
DB-nın Azərbaycandakı nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, sənədləri DB tərəfindən Bankın Azərbaycan üzrə meneceri Qreqori Yedyeyçak, Azərbaycandan isə müvafiq olaraq maliyyə naziri Samir Şərifov və nəqliyyat naziri Ziya Məmmədov imzalayıblar.
Oxumaq
19.12.09  
 
Nabranda 110 mln. dollarlıq yeni kurort mərkəzi inşa olunacaq
Xaçmaz rayonunun Nabran qəsəbəsində yeni turizm, idman və kurort mərkəzi inşa olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, turizm və kurort mərkəzinin tikintisi layihəsinin məqsədi Xaçmazda müvafiq turizm xidmətlərinin göstərilməsidir. Belə ki, burada yaşıl meşələr, dağlar, bulaqlar və s. var: "Xəzər dənizinin Xaçmazda yerləşən hissəsinin çimərlik turizmin inkişaf etdirilməsi baxımından böyük potensialı var".
Layihə 15 ilə icra olunacaq. Ümumi dəyəri 110 mln. ABŞ dolları olan layihənin 109 mln. dolları kredit şəklində cəlb olunacaq, digər 1 mln. dolları isə layihənin icraçısı olan "Xudat-Balıq-I" ASC tərəfindən ayrılacaq.
Qeyd edək ki, layihə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hazırlanıb və hazırda potensial investorların müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Oxumaq
19.12.09  
 
Dairə seçki komissiyalarında müşahidəçilərin qeydiyyatı başa çatıb
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarında müşahidəçilərin qeydiyyatı başa çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, indiyədək 41 min 700 müşahidəçi qeydə alınıb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq DSK-larda müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalmış dayandırılıb. A.Sarıyev DSK-larda baxılmamış müraciətlərin olduğunu və buna görə də müşahidəçilərin sayının artacağını istisna etməyib.
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə bağlı MSK-da 1138 yerli müşahidəçi qeydə alınıb. A. Sarıyev müraciət edənlərin hamisinin müraciətinə müsbət cavab verildiyini söyləyib.
Oxumaq
18.12.09  
 
Elçin Səlcuq vəfat edib
Tanınmış yurnalist və köşə yazarı Elçin Səlcuq (Quliyev) vəfat edib. Bu barədə APA-ya yurnalistin həmkarı və yaxın dostu Qan Turalı məlumat verib. Qan Turalı E.Səlcuqun bu gecə Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişdiyini deyib. Onun sözlərinə görə, E.Səlcuq uzun müddətdir, qaraciyər serrozundan əziyyət çəkirmiş. Q.Tural yurnalistin dünən Buzovna qəbiristanlığında dəfn edildiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl E.Səlcuqun 46 yaşı tamam olub. O, 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Müxtəlif vaxtlarda ölkənin tanınmış mətbu orqanlarında çalışıb.
Allah rəhmət eləsin!
Oxumaq
18.12.09  
 
Mərkəzi Bank dövlət şirkətlərinə yardımı davam etdirə bilər
Mərkəzi Bank (MB) tərəfindən gələcəkdə xüsusi əhəmiyyətli layihələrin icrası üçün müvafiq dövlət qurumlarına maliyyə dəstəyi göstərilə bilər. "APA-Economics"in məlumatına bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib. Onun sözlərinə görə, hazırda AMB tərəfindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı konkret plan yoxdur: "İlk dəfə belə yardım Azərbaycan Dövlət Neft Şirkətinə (750 mln. dollar) göstərilib. Daha sonra isə sənayenin inkişafı üçün "Azəralüminium" ASC-yə (202 mln. dollar) kredit ayrılıb".
A.Quliyev bildirib ki, gələcəkdə analoyi mexanizm əsasında digər qurumlara da yardımın göstərilməsi istisna olunmur.
Oxumaq
18.12.09  
 
Xarici investorların Azərbaycan sığorta bazarına marağı artıb
Azərbaycanda "Sığorta fəaliyyəti haqqında" yeni qanun qüvvəyə mindikdən sonra xarici investorların ölkəmizin sığorta bazarına marağı daha da artıb. "APA-Economics"in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığiorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib. Onun sözlərinə görə, köhnə qanunun müvafiq maddəsinə əsasən, yerli şirkətdə xarici kapitalın iştirak payı 49%-dən artıq ola bilməzdi və bu şərt bir çox xarici investoru kapital yatırmaqdan yayındırıb. "Çünki iri şirkətlər investisiya yatıran zaman əsasən idarəetmə imkanlarını öz əlinə keçirmək istəyirlər. Köhnə qanun buna imkan verməyib" - deyə xidmət rəisi bildirib.
Lakin yeni qanunda bu məhdudiyyət aradan qaldırıldıqdan sonra xarici investorların Azərbaycanın sığorta bazarına marağı artıb: "Düzdür, dünya maliyyə böhranı ilə bağlı bu məsələlər bir az ləngiyir. Amma indii potensial xarici investorlar yenə də öz maraqlarını təsqiləyir".
Oxumaq
18.12.09  
 
"Azərpoçt"a əmanətlərin qəbuluna da icazə verilə bilər
Mərkəzi Bank (AMB) cari ilin sonuna kimi "Azərpoçt" dövlət müəssisəsinə maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verəcək. "APA-Economics"in məlumatına görə, bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib. Onun sözlərinə görə, artıq lisenziyanın verilməsi üçün AMB tərəfindən bütün tədbirlər görülüb və "Azərpoçt"da lisenziyanın alınması üçün son tamamlama işləri həyata keçirilir: daxili informasiya və risklərin idarəedilməsi sistemləri qurulub, təşkilati və texniki məsələlər həll olunur.
Oxumaq
18.12.09  
 
Nəsiminin Hələbdəki məqbərəsi bərpa ediləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransında iştirak edən Hələb nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, nazir Suriya ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb. O, Hələb şəhərində Nəsiminin məqbərəsinin bərpası ilə bağlı razılıq əldə edildiyini və bununla bağlı bir neçə layihə hazırlanacağına qərar verildiyini deyib. Ə.Qarayev bildirib ki, beynəlxalq konfransdakı məruzələr kitab şəklində həm Azərbaycan, həm də ərəb dilində çap olunacaq. Nazirin sözlərinə görə, Nəsiminin məqbərəsinin Hələbdə yerləşməsi Azərbaycanla Suriya arasında əlaqələrin daha da inkişafına xidmət edir.
Oxumaq
18.12.09  
 
Azərbaycanda 2050-ci ildə temperatur 2-2,5 dərəcə artacaq
Bakını MDB ölkələri istehsalı olan nəqliyyat vasitələri daha çox çirkləndirir

Dünən Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun (AESMF) təşkilatçılığı ilə "Qlobal istiləşmə və iqlim dəyişikliyi" mövzusunda dəyirmi masa keçirilib. Qlobal istiləşmənin və iqlim dəyişikliyinin dünyada ən aktual məsələlərdən olduğunu deyən AESMF-in sədri Rauf Sultanov bu prosesin baş verməsində daha çox kapitalist ölkələrinin günahkar olduğunu bildirib. Əhalinin, xüsusən də uşaqların iqlim dəyişmələri ilə bağlı məlumatının azlığını da vurğulayan R.Sultanov bu istiqamətdə geniş maarifləndirmə işinin aparılmasını vacib sayıb.
Oxumaq
17.12.09  
 
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •