|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
Pələng ilinin bürclər üzrə proqnozları
|
2010-cu il maraqlı və cəlbedici hadisələrlə bol olacaq. Təşəbbüs göstərməyə, hadisələrə nəzarət etməyə və axara qarşı üzməyə hazırsınızmı? Onda bir dəqiqəni belə boş keçirməyin və yanvar ayından fəaliyyətə başlayın. Ulduzlar ağır fiziki iş görənləri və yollarındakı əngəllərdən qorxmayanları himayə edəcəklər. Unutmayın, bu il yaradıcı şəxslər və eksperiment etməyi sevənlər, qələbəyə doğru öz yolunu axtaranlar üçün uğurlu olacaq. İncəsənət, siyasət və elm diqqət yetirilməli olan fəaliyyət sahələridir. Əgər sizin bu sahələrə aidiyyətiniz varsa, onda uğur qazanmaq şansınız yüksəkdir.
|
Oxumaq
30.12.09
|
| |
|
|
Zaqatalada MDB-də analoqu olmayan asma körpü istifadəyə verilib
|
Azərbaycanın Zaqatala rayonunda asma körpü istifadəyə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, inşasına 2007-ci ildə başlanmış asma körpü rayonunun ən böyük çayı olan Tala çayı üzərində inşa edilib. Körpünün açılışına nəqliyyat naziri Ziya Məmmədov da qatılıb. Mərasimdə çıxış edən nazir bu layihənin MDB məkanında analoqu olmadığını bildirib. Qeyd edək ki, asma körpü "Texnika-A-Servis" şirkəti tərəfindən inşa edilib. Körpünün uzunluğu 172 metr, eni 11 metr, hündürlüyü isə 26 metrdir. Körpünün inşasında 4000 kubmetr betondan istifadə olunub. Körpünün metal konstruksiyalarının kütləsi isə 600 tona qədərdir.
|
Oxumaq
29.12.09
|
| |
|
|
Həmkarlar İttifaqlarına üzv olanlar ittifaqların razılığı ilə işdən azad oluna bilər
|
"Həmkarlar İttifaqlarına üzv olan işçilərin işdən çıxarılması yalnız həmin ittifaqların razılığı ilə olmalıdır". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı əmək qanunvericiliyinə dəyişiklik edilib və dəyişiklik hər bir vətəndaşa şamil olunur: "Bu məsələ uzun müddətdir müzakirə olunurdu və 15 ildir ki, bununla bağlı bizim qurultaylarda məsələ qaldırılırdı. Həmkarlar ittifaqlarının üzvləri işdən çıxarılanda bu təşkilatlar onların hüquqlarını qorumalıdır. Bu dəyişikliyi ona görə bu şəkildə etdik ki, əgər hansısa şirkətdə işləyən 20 nəfərin 5-i həmkarlar təşkilatına üzvdürsə, bu dəyişikliklərdən sonra digər işçilər də həmkarlar təşkilata üzv olmaqda maraqlı olsunlar". S.Mehbalıyev bildirib ki, əgər həmkarlar təşkilatı 1000 nəfərdən 200-nün hüququnu qoruyub digərlərinin hüququnu qoruya bilmirsə, bu, onun zəifliyini göstərir. Bəzi xarici şirkətlərdə həmkarlar ittifaqlarının sədrlərinin işdən çıxarılması ilə bağlı məlumatlara gəldikdə S.Mehbalıyev bildirib ki, həmkarlar ittifaqının sədrini heç kim işdən çıxara bilməz: "Ola bilər ki, müəyyən yardımçı qruplar yaradılır, müəyyən işləri həyata keçirir və bu iş başa çatandan sonra ixtisarlar aparırlar. Yəni bu qurum işini qurtarandan sonra ona ehtiyac qalmır. O zaman bu yardımçı qurum ləğv olunursa, o zaman həmkarlar ittifaqının sədrini işdə necə saxlamaq olar? Amma əgər qurum varsa, fəaliyyət göstərirsə, o zaman həmkarlar ittifaqının sədrini işdən çıxarmaq qeyri-mümkündür".
|
Oxumaq
29.12.09
|
| |
|
|
Bayram günləri hava yağmursuz olacaq
|
Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloyi Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bu gün Bakıda cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında nisbətən güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq. Dekabrın 30-da havanın buludlu olacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, dekabrın 29-dan 30-a keçən gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.
|
Oxumaq
29.12.09
|
| |
|
|
Səttar Mehbalıyev işəgötürənləri əmək müqaviləsi bağlamağa çağırıb
|
"İşsizlik problemi bütün dünyada var. Bunun Azərbaycanda da tam olaraq həll edildiyini söyləmək qeyri-mümkündür". APA-nın məlumatına görə bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan yarmarkalarda minlərlə insan iş yeri ilə təmin edilir: "Təəssüflər olsun ki, bir sıra hallarda yenə də işçi ilə əmək müqaviləsi bağlanmır. İşçilər xəsarət alır, onlara xəsarət pul ödənilmir. Bəzi hallarda işçilərə təhlükəsizlik qaydaları başa salınmır, onlar geyimlə, kaska, təhlükəsizlik kəmərləri ilə təmin olunmurlar. Belə halların qarşısının alınması üçün parlamentdə İnzibati Xətalar Məcəlləsinə çoxlu sayda əlavə və dəyişiklik edilib. Əmək müqaviləsi bağlamadan insanları işə götürmək qəti qadağandır. İşəgötürənlər belə addım atarsa, cərimələnəcəklər". S.Mehbalıyev onu da bildirib ki, hazırda parlamentin İqtisadi siyasət komitəsində işçilərin məcburi sosial sığortası ilə bağlı müzakirələr aparılır: "Biz bununla bağlı təkliflərimizi vermişik. Bu qanun qəbul olunandan sonra xəsarət alan zaman sığortalanmış işçiyə kompensasiya veriləcək".
|
Oxumaq
29.12.09
|
| |
|
|
Zeynəb Xanlarova 73 yaşını İsveçrədə qeyd edib
|
Dekabrın 28-də Azərbaycanın Xalq artisti, millət vəkili, sənəti ilə dünyada tanınmış müğənni Zeynəb Xanlarovanın ad günüdür. Bu gün sənətkarın 73 yaşı tamam olur. Xalq artisti elə ad günü münasibəti ilə srağagün İsveçrəyə gedib. Səfərinin məqsədi isə ad gününü və Yeni il bayramını İsveçrədə keçirməkdir. Bu barədə APA-ya məlumatı Z.Xanlarovanın konsertlərinin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlu məlumat verib. O bildirib ki, Z.Xanlarova Yeni il bayramını da sözügedən məkanda qeyd etdikdən sonra yanvarın 5-də vətənə qayıdacaq. Qeyd edək ki, Z.Xanlarova 1936-cı ildə dekabrın 28-də Bakıda anadan olub. 1961-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbini bitirib. 1961-ci ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
|
Oxumaq
29.12.09
|
| |
|
|
Londonda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
|
|
Gələn ilin fevralın Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, Londonda Azərbaycan Mədəniyyət Günlərinin 1-8 fevral tarixlərində keçirilməsi nəzərdə tutulur. Mədəniyyət Günlərində Azərbaycan rəssamlarının da əsərlərinin sərgisi təşkil olunacaq. Ə.Qarayev bildirib ki, səkkiz günlük Mədəniyyət Günlərində Eldar Mikayılovun əsərləri, Lətif Kərimovun eskizləri əsasında toxunmuş Azərbaycan xalçaları, Mübariz Əkbərovun bədii metallardan düzəltdiyi əl işləri, Tamilla Qurbanova və Elmira Abbaslının kuklaları, Rauf İsmayılovun bədii keçələri, Hətəm Yusipovun qobelenləri nümayiş olunacaq. İttifaq katibinin sözlərinə görə, Mədəniyyət Günləri çərçivəsində Azərbaycan rəssamlarının sərgisinin Londonun mərkəzi sərgi salonlarından birində keçirilməsi gözlənilir. Bundan əlavə, Mədəniyyət Günlərində Azərbaycan rəqqaslarının da iştirakı ilə milli rəqslərin ifası nəzərdə tutulur.
|
Oxumaq
29.12.09
|
| |
|
|
Qubadakı kütləvi məzarlıq tamamilə məhv ola bilər
|
Qubada ermənilərin törətdiyi soyqırımı nəticəsində yaranan kütləvi məzarlıqda torpaq sürüşməsi təhlükəsi yaranıb. APA-nın şimal bürosunun xəbərinə görə, məzarlıqdan axan qrunt sularının təsirindən boşalan torpaq hissə-hissə çökməyə başlayıb. Yaranan vəziyyətlə əlaqədar təcili olaraq Qubaya ezam edilən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev APA-ya açıqlamasında məzarlığın primitiv üsullarla qorunduğunu bildirib: "Kütləvi məzarlığı gözləyən daha bir təhlükə yaxınlıqdakı çay istiqamətindən gəlir. Qudyalçayın sahilindəki yarğan uçulmaqda davam edir, bu isə çayla kütləvi məzarlıq arasındakı məsafəni getdikcə qısaltmaqdadır. Son 3 ildə ərazidə araşdırma aparan arxeoloqların hesablamasına görə, iri yarğan əmələ gətirən Qudyalçay hər il 5-6 metr kütləvi məzarlığa doğru yaxınlaşmaqdadır. Hazırda məzarlıqla çay arasında 30-40 metr məsafə mövcuddur". Q.Ağayev deyib ki, müvafiq müdafiə tədbirləri görülməsə, yəni həm qrunt sularının, həm də çayın qarşısını kəsəcək bəndlər vaxtında tikilməsə, Quba məzarlığı tamamilə məhv ola bilər.
|
Oxumaq
29.12.09
|
| |
|
|
Azərbaycanın 5 şəhərində radon qazının paylanması öyrəniləcək
|
Məqsəd törənə biləcək problemləri minimuma endirməkdir
İlk dəfə olaraq respublikamızın beş böyük şəhərində - Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevirdə həm ətraf mühitdə, həm də inzibati binalarda radon qazının paylanması öyrəniləcək. Tədqiqatları Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti, Sloveniyanın Yosef Stefan İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri aparacaq. Bu barədə "Kaspi"yə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, İsveçrənin Milli Elm Fondunun maliyyələşdirdiyi layihə 18 aylıqdır: "Hazırda xarici ədəbiyyatlarda araşdırmalar aparılır. 2000-dən çox ölçü işləri nəzərdə tutulur". Layihənin məqsədi Azərbaycan və Sloveniyada radon qazının kadastrını tərtib etmək, bu qazın törədə biləcəyi problemləri İsveçrənin təcrübəsi əsasında müəyyənləşdirmək və minimuma endirməkdir.
|
Oxumaq
25.12.09
|
| |
|
|
Virtualda reallıq
|
Əksəriyyət virtual tanışlıqdan istifadə etsə də, inamının az olduğunu deyir
İnternetdən səmərəli - insana lazım olan informasiyanı, maraqlandıran məlumatı toplamaq məqsədi ilə istifadə edənlərlə yanaşı, təkcə tanışlıq niyyəti ilə istifadə edənlər də az deyil. Özünü real həyatda tapa bilməyənlər virtual həyata can atır. Gün ərzində yüzlərlə gənc internet saytlarına özlərinə yeni dost tapmaq, əks cinsin nümayəndəsi ilə tanış olmaq məqsədilə üz tutur. Nədir bunun səbəbi? Niyə gənclər real həyatdan qaçıb virtual aləmə can atır? Düzdür, əslində, internetdən istifadə edən hər kəs normal insandır, bir-biriylə tanış olanlar da real həyatın insanlarıdır. Sağlam düşüncə ilə tanış olur və fikirlərini bölüşüb münasibət yaradırlar, əlbəttə ki, söhbət yalandan uzaq, mədəniyyət qaydalarını bilən, münasibətləri sivil şəkildə davam etdirən insanlardan gedir. Mövzumuzla bağlı gənclər arasında sorğu keçirməyə qərar verdik. Apardığım sorğuda iştirak edənlərin çoxunun düşüncə tərzləri üst-üstə düşdüyündən, onların arasından ən fərqli fikirlərlə çıxış edənləri sizlərə təqdim edirik.
|
Oxumaq
23.12.09
|
| |
|
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
|