Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
137 ton yararsız ərzaq
1,7 ton uşaq yeməyi, 11 min sertifikatlaşdırılmamış oyuncaq, 2,4 minə yaxın uşaq geyimi məhv edilib

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDX) 2009-cu ildə fəaliyyəti barədə məlumat verib. Qurumdan qəzetimizə bildirilib ki, ötən müddətdə ASİHMDX tərəfindən istehlakçıların hüquqlarının qorunması, istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri və monitorinqlər keçirilib. İstehlakçıların maarifləndirilməsi üçün istehlakçı hüquqlarına dair 6 adda 60 min ədəddən artıq yaddaş kitabçası, 1500 plakat, sahibkarların istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 3 adda 5 mindən artıq yaddaş kitabçası çap edilib.
Oxumaq
14.01.10  
 
Azərbaycan "Beynəlxalq Yaşıl Həftə - 2010" sərgisində iştirak edəcək
Ölkədə istehsal olunan müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunacaq

Yanvarın 15-də Almaniyanın paytaxtı Berlində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2010" sərgisi öz işinə başlayacaq. 24 yanvar tarixinə qədər davam edəcək sərgidə Azərbaycan da iştirak edəcək. Avropanın ən iri sərgisi hesab olunan ənənəvi "Beynəlxalq Yaşıl Həftə"də ölkəmiz 3-cü dəfədir iştirak edir. Bu barədə qəzetimizə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, 1926-cı ildən başlayaraq hər il keçirilən sərgidə kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş olunur.
Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri, eləcə də 10-dan çox iri şirkət təmsil edəcək. Dünyanın 60-dan çox ölkəsinin iştirakı gözlənilən sərgi istehsalçı şirkətlərin məhsullarının nümayişi, müəssisənin imicinin formalaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.
Oxumaq
14.01.10  
 
İngilis dili müəllimləri üçün ixtisasartırma layihəsi başlayır
İngilis Dilinin Onlayn Tədrisi yanvarın 15-dən təşkil olunacaq

Azərbaycanda ingilis dili müəllimləri üçün ilk dəfə olaraq İngilis Dilinin Onlayn Tədrisi (ETTO) ixtisasartırma layihəsi başlayır. Layihə 2003-cü ildən Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edən "British Councıl"un Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə reallaşır. Təhsil Nazirliyindən qəzetimizə verilən məlumata görə, ETTO layihəsi 50 saatlıq innovativ kurs, onlayn tapşırıqlar, digər iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparmaq və müstəqil öyrənmədən ibarətdir. Müstəqil öyrənməyə isə tapşırıqlar, dərsin planlaşdırılması və özünüqiymətləndirmə daxildir.
Oxumaq
13.01.10  
 
And dağlarına ekspedisiya başa çatıb
Akonkaqua zirvəsində "2010 Azərbaycanda ekologiya ili-Yaşıl dünya naminə" transporantları açılıb

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərlik etdiyi ilk Azərbaycan elmi-idman ekspedisiyası qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək And dağlarına (Argentina) ekspedisiyanı başa vurub. Bu barədə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi saytında məlumat verilib. Mənbədən bildirilib ki, ekspedisiya qrupu And dağlarının Akonkaqua massivinin unikal geologiyası üzrə elmi-geoloyi proqram, həmçinin Argentinanın dağlıq və dağətəyi rayonlarının timsalında Cənubi Amerikanın bioloyi müxtəlifliyi üzrə proqramı da həyata keçirib. Ekspedisiya zamanı elmi-populyar filmlər və nəşrlərin hazırlanmasında əsas rol oynayacaq unikal, zəngin video və foto materiallar çəkilib.
Oxumaq
13.01.10  
 
Ceyranlar tarixi ərazilərinə reintroduksiya olunacaq
Bu ərazilərin mühafizəsi üçün Xızı-Abşeron ərazisində Dövlət Təbiət Yasaqlığı yaradılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti Bioloyi Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 2009-cu il ərzində fəaliyyəti barədə məlumat verib. Qurumdan qəzetimizə bildirilib ki, ötən il departament tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində işlər davam etdirilib. Belə ki, hesabat ilində Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar zəruri işlərin həyata keçirilməsini təmin etmək məqsədilə xarici şirkətlərin iştirakı ilə açıq tender keçirilib. Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer rezervatın yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri də aparılıb.
Oxumaq
12.01.10  
 
Azərbaycanda cəmi 14 pandemik H1N1 qripi ilə xəstələnmə hadisəsi qeydə alınıb
Xəstəlikdən ölən olmayıb

6 yanvar 2010-cu il tarixinə olan məlumata görə, Azərbaycanda cəmi 14 pandemik H1N1 qripi ilə xəstələnmə hadisəsi qeydə alınıb. Bu xəstəlikdən ölən olmayıb. Bu barədə qəzetimizə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik pandemik H1N1 qripi ilə xəstələnmə barədə dünya üzrə ötən ilin göstəricilərini də diqqətə çatdırıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının 27 dekabr 2009-cu il tarixli məlumatına əsasən, pandemik H1N1 qripi ilə xəstələnmə dünyanın 208 ölkə və ərazisində qeydə alınıb, 12 220 ölüm halı haqqında bildirilib.
Oxumaq
08.01.10  
 
Taxıl və digər yeyinti məhsullarının keyfiyyətinə nəzarət laboratoriyası yaradılıb
Taxıl məhsullarının keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində (ASİHMDX) yeni laboratoriya yaradılıb. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, laboratoriya dünyanın tanınmış "Simens", "Varian", "Labart", "Orka Food", "Esco Biotech" kimi şirkətlərinin istehsalı olan ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan da keçirilən laboratoriyada taxıl məhsullarının fiziki-kimyəvi, bioloyi, toksikoloyi və radioloyi göstəricilərini təhlil etmək üçün hər cür şərait yaradılıb. Qurumdan qeyd edilib ki, laboratoriyanın cihaz və avadanlıqları digər yeyinti məhsullarının da keyfiyyətini və təhlükəsizliyini qiymətləndirməyə imkan verir.
Oxumaq
08.01.10  
 
Avropa Yayım Birliyinin TV direktoru istefa verib
Avropa Yayım Birliyinin (EBU) TV direktoru Byorn Erixsen (Byorn Erichsen) istefa verib. APA-nın EBU-nun təşkilatçılığı ilə keçirilən "Eurovision" müsabiqəsinin rəsmi internet saytı olan eurovision.tv-yə istinadən yaydığı xəbərə görə, B.Erixsen səkkiz il bu vəzifəni icra edib. Bu gün istefa verdiyini açıqlayan B.Erixsen bu addımının səbəbini belə açıqlayıb: "Hər bir insan vəzifədən öz istəyi ilə, zamanında ayrılmalıdır. Hesab edirəm ki, mənim də bu vəzifədən ayrılmaq vaxtım çatıb. Bu müddət ərzində bu vəzifədə bütün gücümlə çalışdım. Ailəm Danimarkaya qayıtmağıma çox sevinəcək".
Oxumaq
07.01.10  
 
Cəzaçəkmə müəssisələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4845 məhkum saxlan
2009-cu ildə Azərbaycanın penitensiar müəssisələrində 3100-dən çox qadağan olunmuş əşya, 747 ədəd kəsici-deşici alət, 140 litr spirtli içki, 89 ədəd mobil telefon aparatı aşkar edilib. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, ötən il ərzində penitensiar müəssisələrdə 207 qram müxtəlif narkotik vasitə, o cümlədən 153,8 qram heroin aşkar edilib, ümumilikdə isə 41 fakt müəyyən olunub. 22 məhkum, habelə gizli yolla narkotik maddə keçirməyə çalışan məhkumlarla görüşə gəlmiş 16 nəfər və penitensiar müəssisənin 3 əməkdaşı ifşa edilib.
Oxumaq
07.01.10  
 
17364 hamilə qadın HİV infeksiyasına ekspress müayinə olunub
Hamiləlik dövrünün birinci və sonuncu trimesterində HepB infeksiyasına müayinə vacibdir

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistik göstəricilərinə görə, Hepatit B virusuna yoluxmuş 10 yeniyetmədən yalnız 9-u bir neçə aydan sonra virusdan azad ola bilir. Hepatit B virusuna yoluxmuş anadan olmuş hər 10 uşaqdan 9-u peyvənd olunmadığı halda, bütün həyatı boyu virus daşıyıcısı olur. Əgər uşaq Hepatit B-yə qarşı hər 3 peyvəndi və əlavə olaraq HBİG (Hepatit B immunoqlobulini) alıbsa, bu zaman uşağın virusa yoluxmayacağına 95 faiz ehtimal var. Bunu nəzərə alaraq, 2009-cu ildən Rostropoviç-Vişnevskaya Fondu Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda "Hamilə qadınların hepatit B və HİV-ə diaqnostikası və yenidoğulmuş uşaqlar arasında hepatit B virusuna qarşı profilaktika" adlı proqrama başlayıb.
Oxumaq
06.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •