|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
|
Şirin nemət qazanmaq formulu
|
|
Deyirlər azadlıq çox şirin nemətdir. Onun şirinliyini köləlikdən qurtulmuşlar daha yaxşı bilər. Deməli, müstəqillik dövründə dünyaya gələn yeni nəsil müstəqilliyin şirinliyini sovet dövründə yetkinləşmiş bugünkü orta və yaşlı nəsildən yaxşı bilə bilməz. O da ola ki, SSRİ kimi totalitar bir reyimin müstəmləkəçiliyində yaşamış olasan. Bu yaxınlarda 85 yaşında dünyasını dəyişmiş babamdan tez-tez sovet dövrü ilə bugünkü dövrün hansının daha yaxşı olmasını soruşardım. Kişi həqiqətən dünyagörmüş adam idi və həmişə də məsələlərə rasional yanaşardı. Hər dəfə yuxarıdakı suala bənzər mövzu düşəndə sovet reyiminə lənət oxuyardı. Deyərdim ki, "ay baba, bəs sən kolxozçu, partiyaçı olmusan, o hökumət də fəhlələrin, kolxozçuların hökuməti olub axı, nədən narazıydın ki?" Cavabında deyərdi ki, "kolxozçunun, fəhlənin birinci düşməni elə o hökumətin özü idi. Fəhləni, kəndlini bir qarın çörəyə nökər kimi işlədib, əvəzində də onun bütün hüquqlarını əlindən alırdı. Qurban olaram indiki dövrə. İşləsəm də özüm bilərəm, işləməsəm də. Əsas odur ki, azadam, sərbəstəm. Analarımızı, bacılarımızı kolxoz sədrləri, briqadirlər təhqir eləmir, özümüzü ölümüz-dirimiz qarışıq söymürlər indi".
|
Oxumaq
22.01.10
|
| |
|
|
Lahor-Mançester reysi ilə uçan sərnişin təyyarəsi Bakıda məcburi eniş edib
|
Srağagün Lahor (Pakistan) - Mançester (Böyük Britaniya) marşrutu üzrə aviareys yerinə yetirən sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Səhiyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Pakistan Hava Yolları" şirkətinə məxsus təyyarənin Bakıda məcburi enməsinə səbəb avialaynerin bortunda anası ilə uçan Əlisa Xalid adında 4 aylıq körpədə qıcolma və yüksək hərarət sindromu qeydə alınması olub. Daha sonra körpə təcili tibbi yardım maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinikasına çatdırılıb və reanimasiya şöbəsində uşaqa tibbi yardım göstərilib. Hazırda körpənin vəziyyəti stabildir və artıq bir neçə gündən sonra Ə.Xalid anası ilə Azərbaycanı tərk edəcək.
|
Oxumaq
22.01.10
|
| |
|
|
Şamaxı Rəsədxanasında naməlum planetlər axtarılacaq
|
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında yeni spektroqraf qurulub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni spektroqrafın ayırdetmə qüvvəsi 400 000-ə çatacaq. Onun vasitəsilə uzaq ulduzların ətrafında naməlum planetlərin axtarışı və müşahidəsi aparılacaq. Postsovet məkanında mövcud olan rəsədxanaların heç birində hələlik bu proqram həyata keçirilmir.
|
Oxumaq
22.01.10
|
| |
|
|
Diplomların tanınması ilə bağlı problemin həlli uzanır
|
"Azərbaycanla Türkiyə arasında diplomların qarşılıqlı tanınması ilə bağlı sənəd var. Hazırda hər iki ölkə arasında təhsil sahəsində tam həll edilməmiş məsələlərdən biri tibb və hüquq ixtisası üzrə diplomların tanınması ilə bağlıdır. Türkiyə tərəfi bu problemin də yaxın zamanlarda aradan qaldırılması üçün səylərini davam etdirəcək". APA-nın məlumatına görə, bunu Türkiyənin milli təhsil naziri Nemət Çubukçu Azərbaycan Təhsil Nazirliyində keçirilən görüşdə deyib. O bildirib ki, Azərbaycanda tibb və hüquq ixtisasları üzrə təhsil proqramları Türkiyədəkindən fərqlidir, bu səbəbdən hər iki ixtisas üzrə diplomların qarşılıqlı tanınmasında müəyyən problemlər yaranır. Azərbaycanın təhsil naziri Misir Mərdanov da əlavə edib ki, Azərbaycanda xüsusilə də beynəlxalq hüquq ixtisası beynəlxalq səviyyədə aparılmadığından bu cür ixtisaslar üzrə diplomların qarşılıqlı tanınmasında müəyyən problemlər ortaya çıxır: "Bu məsələni həll etmək üçün Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında müvafiq sənəd imzalanıb. Bu məsələdə tələsmək lazım deyil. Mənə elə gəlir ki, bu məsələ tədricən həll olunmalıdır".
|
Oxumaq
22.01.10
|
| |
|
|
Nemət Çubukçunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
|
|
Yanvarın 21-də Təhsil Nazirliyində təhsil naziri Misir Mərdanovun dəvəti ilə Bakıda ikigünlük işgüzar səfərdə olan Türkiyənin təhsil naziri Nemət Çubukçunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud protokolların yeniləşdirilməsi, Türkiyədə Azərbaycan tələblərinə uyğun ixtisaslar, xüsusilə tibb sahəsi üzrə kadr hazırlığı imkanlarının genişləndirilməsi, Azərbaycanda təhsil alan türkiyəli, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı məsələlər müzakirə olunub. Təhsil naziri M.Mərdanov bildirib ki, bu, türkiyəli nazirin Azərbaycana ilk səfəri olduğundan həm də tanışlıq məqsədi daşıyır. M.Mərdanov səfərin nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da güclənəcəyinə əminliyini bildirib.
|
Oxumaq
22.01.10
|
| |
|
|
Kanadadakı səfirimiz yəhudi icmasının liderləri ilə görüşüb
|
Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev 2010-cu ilin yanvar 18-də Kanada yəhudi icmasının liderləri ilə görüşüb. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, Kanadada tanınmış və nüfuzlu yəhudi təşkilatı "B'nai Brith" Torontodakı mərkəzində keçirilən görüşü giriş sözü ilə təşkilatının baş icraçı direktoru Dr.Frank Dimant açaraq Azərbaycan səfirinin Kanada yəhudi icma nümayəndələri ilə görüşə gəlməsindən məmnunluq duyduqlarını söyləyib. Sonra səfir Azərbaycan-İsrail münasibətləri və Azərbaycanda yəhudi icması haqqında təqdimatla çıxış edib.
|
Oxumaq
22.01.10
|
| |
|
|
QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
|
Dünən Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Şuranın 2009-cu il fəaliyyətinə aid hesabatı müzakirə olunub. İclasda qrantın alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarına əsasən qrant müqavilələrinin notarial qaydada təsdiq olunması məsələsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim edilən qrant müqavilələrinin notarial qaydada təsdiq edilməsi maddəsinin dəyişdirilməsi üçün Şura tərəfindən müvafiq təkliflərin hazırlanması qərara alınıb. İclasda QHT-lərin öz fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi ilə bağlı QHT-lər haqqında qanunun müvafiq müddəasının həyata keçirilməsi məsələsi də müzakirə edilib.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Krasnoyarsk-Bakı aviareysi açılır
|
|
Yanvarın 17-də Krasnoyarsk-Bakı aviareysi açılacaq. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, qış vaxtı bitənə qədər "Vladivostok Avia" şirkəti 5 reys həyata keçirəcək - yanvarın 17 və 31-də, fevralın 14 və 28-də, martın 14-də. Bu reysin açılmasından sonra Vladivostok, Xabarovsk, Petropavlovsk-Kamçatsk, Cənubi Saxalin və Maqadan şəhərlərinin əhalisi də Krasnoyarskdan Bakıya uça bilərlər. Bütün reyslər A320 təyyarələri ilə yerinə yetiriləcək. Hər iki tərəfə biletin qiyməti 15910 rubl (təxminən 568 dollar) təşkil edir.
|
Oxumaq
16.01.10
|
| |
|
|
Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub
|
Azərbaycanın bir neçə rayon polis şöbəsinin rəisləri dəyişdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Zöhrab İsmayılov və Qazax RPŞ-nin rəisi, polis polkovniki Şükür Mehdiyev tutduqları vəzifədən azad ediliblər. Ş.Mehdiyev Şəmkir RPŞ-nin, Z.İsmayılov isə Qazax RPŞ-nin rəisi vəzifəsinə təyin olunublar. Abşeron RPŞ-nin rəisi, polis polkovniki Zahid Məmmədov isə Daxili İşlər Nazirliyinin Xidmət keçmə haqqında Əsasnaməsinə uyğun olaraq yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. R.Usubovun digər əmri ilə isə Şəmkir RPŞ-nin rəisi, polis polkovniki Namiq İsmayılov Abşeron RPŞ-ə rəis təyin edilib.
|
Oxumaq
15.01.10
|
| |
|
|
"İki Sahil"in xüsusi buraxılışı nəşr olunub
|
"İki Sahil" qəzetinin Azərbaycan neft sənayesinin tanınmış alimlərindən biri, əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə xüsusi buraxılışı nəşr olunub. Bu barədə "APA-Economics"ə "İki sahil" qəzetinin redaksiyasından məlumat verilib. Rəngli, illüstrativ materiallardan istifadə olunan 40 səhifəlik xüsusi buraxılış X.Yusifzadənin "Hələ ki yaşayır, çalışır, düşünür, sözümu deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: - Biz əlimizdən gələni, bacardığımızı etdik. Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!" fikri ilə başlayıb. Sonrakı səhifələrdə X.Yusifzadənin neft sənayesində keçdiyi həyat yolu, sevimli neftçi peşəsi, həmkarları, doğmaları, dostları haqqında fikirlər öz əksini tapıb.
|
Oxumaq
15.01.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
|
|