Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu yanvarın 29-dan fevralın 17-si saat 18.00-dək DQMK-da aparılacaq. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibəyə 3 dövlət orqanından 3 vakant vəzifə çıxarılıb. Bunlar Gənclər və İdman Nazirliyinin Qazax rayon Gənclər və İdman İdarəsində məsləhətçi, Sənaye və Energetika Nazirliyinin hüquqi münasibətlər və metrologiya şöbəsində baş məsləhətçi, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin xarici borcun uçotu və icmallaşdırılması şöbəsində məsləhətçi vəzifələridir.
Oxumaq
30.01.10  
 
Azərbaycanda ilk dəfə şəkərli diabetlər üçün standart qəbul edilib
Yeni standart təbii şirələrə şamil edilir

Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetlər üçün məhsul standartı qəbul edilib. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, komitənin qəbul etdiyi yeni standart "Diabetik təbii meyvə şirələri", yəni AZS 399 adlanır. Bu standart meyvə və giləmeyvələrdən hazırlanan, şəkərli diabetlərin qidalanmasına icazə verilən şəkərəvəzedicilər əlavə edilmiş təbii şirələrə şamil edilir. AZS 399 standartı əsasında istehsal olunan meyvə şirələrinin üzərində "Məhsul şəkərli diabetlər üçündür. Pəhriz həkiminin təyininə müvafiq olaraq istifadə edin" cümlələri yazılacaq. Şirələrin saxlama müddəti isə 24 ay nəzərdə tutulub.
Oxumaq
29.01.10  
 
Kitabxanaların informasiyalaşdırılması işinə başlanılıb
Prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması işinə başlanılıb və respublikanın kitabxana-informasiya şəbəkəsinin avtomatlaşdırılması həyata keçirilir.
Nazirliyin mətbuat xidmətinin qəzetimizə verdiyi məlumata görə, Quba, Beyləqan, Ağdaş və Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin Veb-saytları yaradılaraq İnternet şəbəkəsində yerləşdirilib: Quba rayon Mərkəzi Kitabxanasının (www.quba-information.az) Veb-saytında Quba rayonu haqqında maraqlı tarixi məlumatlar verilib. Saytda Qubanın turizm sahəsi də əks olunub. Burada müasir istirahət mərkəzləri (Qəçrəş, Xınalıq, Cənnət bağı və s.) və s. istirahət zonaları haqqında məlumatlar verilib. Saytın "Abidələrimiz" bölməsində tarixi abidələr haqqında qısa məlumat yer alıb.
Oxumaq
28.01.10  
 
"Kənd təsərrüfatı kooperasiyası haqqında" yeni qanun hazırlanır
Eldar İbrahimov: "Bu o demək deyil ki, kolxozu bərpa edirik"

Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda komitənin 2009-cu il payız sessiyasının yekunlarına dair gördüyü işlər barədə hesabat, 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, ötən sessiya dövründə 5 iclas keçirilib, 8 məsələ, o cümlədən 6 qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Payız sessiyası dövründə komitəyə vətəndaşlardan 40 ərizə, şikayət və müraciət daxil olub ki, onlardan da 31-i tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib. Bununla yanaşı, sessiya dövründə komitə sədri 3 dəfə xarici səfərdə olub, eləcə də 51 şikayətçini qəbul edib.
Oxumaq
27.01.10  
 
15 mindən çox insan "donuz qripi"nə qarşı peyvənd olunub
Azərbaycanda 15 mindən çox vətəndaş A/H1N1 virusuna qarşı peyvənd edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Sanitar-epidemioloyi nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. O bildirib ki, son bir həftədə Bakıda 13 mindən çox adam, başqa sözlə, peyvənd vurulacaq kontingentin 30 faizi "donuz qripi"nə qarşı peyvənd edilib. Ümumilikdə paytaxtda peyvənd vurulacaq şəxslərin sayı 42 minə yaxındır. V.Qasımov deyib ki, peyvəndləmə kampaniyası Sumqayıt və Abşeronu da əhatə edib. Ölkənin digər bölgələrində isə peyvəndləmə dünəndən başlayıb.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı Azərbaycana "donuz qripi"nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
Oxumaq
26.01.10  
 
Qalaktikada Azərbaycanın adı ilə bağlı 11 göy cismi var
Hazırda qalaktikada Azərbaycanın adı ilə bağlı 11 göy cismi var. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan astronomlarının qazandığı uğurlar nəticəsində Beynəlxalq Astronomiya İttifaqı 8 kiçik planetə Azərbaycanla bağlı ("Nizami Gəncəvi", "Nəsrəddin Tusi", "Hüseyn Cavid", "Müslim Maqomayev", "Azərbaycan", "Şamaxı Astrofizika Rəsədxanası", "Sorin" (Azərbaycanda çalışmış rus alimi), "Əyyub Quliyev") adlar verilib. Həmçinin Marsda və Ayda üç krater ŞAR əməkdaşlarının adı ilə adlandırılıb.
Oxumaq
26.01.10  
 
Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycanla bağlı tədqiqatlara diqqəti artırıb
"Ötən il Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda 85 elmi-tədqiqat işi tamamlanıb". Bu barədə institutun direktoru, millət vəkili Gövhər Baxşəliyeva məlumat verdi. Onun sözlərinə görə, 2009-cu ildə institutda yüksək səviyyədə işlər yerinə yetirilib, böyük uğurlar əldə edilərək Azərbaycan şərqşünaslıq elminin inkişafına və dünya elminə inteqrasiyasına samballı töhfələr verilib. Direktor ötən il institutda müasir Türkiyənin iqtisadiyyatı və xarici iqtisadi siyasəti mövzusu çərçivəsində çapa hazırlanmış "Türkiyə. Tarixi-iqtisadi oçerklər" kitabını xüsusi vurğuladı: "Bu sahədə görülmüş işlərdən "Türkiyənin xarici iqtisadi siyasətində MDB respublikaları" adlı elmi-tədqiqat işini də qeyd etməyə dəyər. Əsası böyük alimimiz, akademik Ziya Bünyadov tərəfindən qoyulan məşhur Osmanlı vergi dəftərlərinin tədqiqi, tərcüməsi və nəşri davam etdirilir.
Oxumaq
26.01.10  
 
Keçən il 52 aptekin fəaliyyəti dayandırılıb
Ötən il Azərbaycanda 52 aptekin fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib. Onun sözlərinə görə, ötən il 654 aptekə baxış keçirilib. Fəaliyyətini könüllü dayandırmaq istəməyən 40 aptekə qarşı İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə 300-500 manat cərimə sanksiyaları tətbiq edilib. P.Əzizbəyov bildirib ki, mərkəzin fəaliyyətə başladığı 2007-ci ilin iyul ayından indiyədək Azərbaycanda 353 aptekin fəaliyyəti dayandırılıb.
Ötən il apteklərdən 11005 qutu yararlılıq sertifikatı olmayan dərman vasitələri götürülüb. Onların hamısı məhv edilib.
Oxumaq
23.01.10  
 
Türkiyənin tekstil şirkətləri Azərbaycanda işlərini genişləndirir
"Istanbul Fashion Show" sərgisi keçiriləcək

Gələn həftə Heydər Əliyev adına İdman Konsert Kompleksində "Meridyen" Beynəlxalq Sərgi şirkəti və OTİAD (Osmanbəy Türk İş Adamları Dərnəyi) dünya şöhrətli brendlər və yüksək keyfiyyəti ilə seçilən geyim markalarından ibarət sərgi təşkil edəcək. Sərgidə dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş olunacaq. Yanvarın 28-dən 30-a qədər davam edəcək "Istanbul Fashion Show" adlı sərgidə Türkiyənin ən məşhur tekstil şirkətlərinin məhsulu olan qadın, kişi, uşaq geyimləri, ayaqqabılar, müxtəlif aksesuarlar və s. sərgilənəcək.
Dünən "Park Inn" otelində "Istanbul Fashion Show" sərgisinə həsr olunan mətbuat konfransında media nümayəndələrinə sərginin əsas məqsədi, azərbaycanlı iş adamları ilə qurmaq istədikləri əməkdaşlıq və iş birlikləri barədə ətraflı məlumat verildi.
Oxumaq
23.01.10  
 
"Amerika istedad seçir" müsabiqəsində azərbaycanlı da iştirak edəcək
ABŞ-da yaşayan azərbaycanlı ilk dəfə olaraq Amerikanın musiqi yarışmasında iştirak edəcək. Bəhruz Fərruxi Amerikada yayımlanan "Amerika istedad seçir" müsabiqəsində iştirak üçün qeydiyyatdan keçib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Fərruxi Amerikada yaşayan azərbaycanlıları və türkləri onu dəstəkləməyə çağırıb. Bəhruz müsabiqədə operadan bir parça ifa etməyə hazırlaşır. İfaçı vurğulayıb ki, bunu həm özü, həm də vətəni Azərbaycan üçün etmək istəyir.
Oxumaq
22.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •