Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 » #
Kulturoloji problemlərə dair seminar keçirilib
Dünən Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın tanınmış şairi Osman Sarıvəllinin oğlu, professor Babək Qurbanovun iştirakı ilə kulturoloyi problemlərə dair seminar keçirilib.

Diqqətə çatdıraq ki, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov uzun müddət Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri işləyib. 1990-2004-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətin Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində çalışdıqdan sonra Türkiyə dövlətinin təklifi ilə qardaş ölkəyə yollanmışdır. Bir müddət Ərzurum Atatürk Universitetində çalışan B.Qurbanov indi xidmətini Gaziantep Universitetində davam etdirir.
Oxumaq
04.02.10  
 
Kamil insan formalaşdırmaq eşqinə düşməyin
Çünki bu, təkcə tərbiyə edəndən asılı olan proses deyil

İnsanın dünyaya fərd, yoxsa şəxsiyyət kimi gəlməsi həm psixoloqlar, həm də filosoflar arasında hələ də qruplar ayırmağa qadir olan, başqa sözlə, açıq qalan mövzudur. Bu fərqli fikirlər pedaqoqlar arasında da bir sıra ziddiyyətlər yaradır. Pedaqoq-tərbiyə edən və təlim keçən "ona şəxsiyyət kimi, yoxsa fərd kimi yanaşmalı?" sualına müxtəlif cür yanaşır. Yəni bəziləri ona fərd kimi yanaşaraq, Con Lokkun təbirincə desək, "ağ kağıza lazımi qaydalar sistemini yazmağ"a başlayır. Bəziləri isə ona şəxsiyyət kimi yanaşaraq, tərbiyə və təlim üsullarının seçilməsində ona azadlıq verir. Əslində, hər iki təcrübənin fəxr ediləsi bir sıra nümunələri var. Ancaq mübahisələr "hansı daha səmərəlidir?" mövzusu ətrafında yaranır. Yəqin ki, sovet dövrünün pedaqoqlarının və tələbələrinin böyük pedaqoq Makarenkonun "Pedaqoyi poema"sından xəbəri var.
Oxumaq
04.02.10  
 
Elektron kitabxana və Elektron kataloqlar istifadəçilərə təqdim olunub
Proses region kitabxanalarında davam etdirilir

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabxanalarında Elektron kitabxana və Elektron kataloqların yaradılması işinə təkan verilir.
Dünən Prezidentin İşlər İdarəsinin "Prezident Kitabxanası"nda (www.preslib.az), M.F.Axundov adına Milli Kitabxanada (www.anl.az), C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) və s. Elektron kitabxana və Elektron kataloqlar istifadəçilərə təqdim edilib.
Oxumaq
04.02.10  
 
"Bərəkət" əmtəə nişanlı təhlükəli məhsullar aşkarlanıb
Məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar var

Sabunçu rayonunda yerləşən fiziki şəxs A.M.Dördyola məxsus müəssisədə istehsal olunan "Bərəkət" əmtəə nişanlı süd məhsulları normativ sənədlərin tələblərinə cavab verməyib. Belə ki, uyğunluq sertifikatları almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) edilən müraciətə baxılaraq müəssisədə araşdırma aparılıb. Komitədən verilən məlumata görə, hazır məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Müayinə nəticəsində pendir, xama və qatıq məhsullarının mikrobioloyi göstəricilərinə görə standartların tələblərinə cavab vermədiyi müəyyən olunub. Məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar olunub. Həmçinin fiziki-kimyəvi göstəricilərə görə, xamada yağın kütlə payı, qatıqda isə sinkin (ağır metal) kütlə payı normadan çox olub. Aşkar olunan nöqsanlara görə müəssisəyə sertifikat verilməyib və məhsul istehsalı dayandırılıb.
Oxumaq
03.02.10  
 
"Biz regionlarda AİDS görmürük"
Yeni layihənin icrasına başlanıb

"Azad Gənclər" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Biz regionlarda AİDS görmürük" adlı layihənin icrasına başlayıb. İctimai Birlikdən qəzetimizə verilən məlumata görə, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları əsrin təhlükəli xəstəliyi hesab olunan AİDS-dən qorumaqdır.
Kampaniya 2010-cu ilin yanvar-mart aylarında Azərbaycanın dörd bölgəsində - Tovuz, Şəmkir, Qazax və Cəlilabad rayonlarında həyata keçiriləcək.
Oxumaq
03.02.10  
 
Nikah bağlayan gənclərin sayı 12 faiz artıb
Narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı isə enib

Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişilər, 51 faizi isə qadınlardır. Son beş ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb və bütövlükdə doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. 2009-cu ildə ölkədə nikaha daxil olanların 75,1 faizini də gənclər təşkil edib. Son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb.
Oxumaq
02.02.10  
 
Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri Bakıya gəliblər
Dünən Bakıda "Keyfiyyətin idarə edilməsinin tətbiqi imkanları" mövzusunda beynəlxalq seminar işə başlayıb. Təlim kursları Almaniyanın "GFA Consulting Group" təşkilatı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı əsasında reallaşıb. Bu barədə məlumat verən SMPDK-nın mətbuat xidmətindən bildirilib ki, seminarla əlaqədar Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri Bakıya gəliblər. Onlar komitənin mütəxəssisləri üçün "Keyfiyyət nümayəndəsi və keyfiyyət meneceri"nə məxsus xüsusiyyətlər barədə məruzələr edəcəklər.
Oxumaq
02.02.10  
 
Bir ildə 455 HİV-ə yoluxma faktı
Azərbaycanda infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyatdadır

Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2009-cu ilin yekunlarına görə Azərbaycanda HİV/-QİÇS problemi ilə bağlı vəziyyət barədə məlumat verib. Mənbədən bildirilib ki, HİV/-QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemi olaraq qalır. BMT-nin HİV/-QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 7400-dən artıq insan HİV-ə yoluxur. Təkcə 2008-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,7 milyon, AİDS-dən vəfat etmiş insanların sayı isə 2 milyon olub. Ümumilikdə, 2008-ci ildə yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,4 milyon təşkil edib ki, onlardan da 15,7 milyonu qadın, 2,1 milyonu uşaqdır.
Oxumaq
02.02.10  
 
Azərbaycanlı zəvvarların avtobusu İraqda atəşə tutulub
Hadisə nəticəsində ölən və yaralananlar var

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarların avtobusu bu ölkənin Samirə şəhərində atəşə tutulub. Bakının Maştağa qəsəbəsinin sakini Hacı Zakir Quliyev APA-ya bildirib ki, yanvarın 28-də zəvvarları aparan avtobusun qarşısını kəsən naməlum şəxslər odlu silahdan atəş açıblar. Nəticədə Maştağa qəsəbəsinin sakini, 15 yaşlı Fatimə Əhmədova hadisə yerində ölüb, kənd məscidinin axundu Hacı Seyidağa və bir qadın yaralanıb. F.Əhmədovanın valideynləri də zəvvarlar arasında olublar. Hacı Zakir onu da əlavə edib ki, bu gün F.Əhmədova İraqda dəfn olunacaq, azərbaycanlı zəvvarların bir qrupu isə artıq İran İslam Respublikasına göndərilib.
Ziyarəti həyata keçirən şirkətlərdən biri olan "Kərbəla yolları" turizm firmasının İraqdakı nümayəndəsinin APA-ya verdiyi məlumata görə, hadisə 3 gün əvvəl baş verib:
Oxumaq
30.01.10  
 
211 minə qədər yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib
İndiyədək Azərbaycanda 211 minə qədər yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Cəbrayıl Əsədzadə məlumat verib. Onun sözlərinə görə, gün ərzində təxminən 500-1000 nəfərə elektron sağlamlıq kartı verilir.
Elektron sağlamlıq kartında körpə anadan olandan doğum evində vəziyyəti, ona hansı peyvəndlərin vurulması ilə bağlı məlumatlar əksini tapır. Bu məlumatlar sonradan mərkəzi bazada toplanaraq uşağın qeydiyyata alındığı poliklinikaya göndərilir. Körpə qeydiyyata düşən kimi, ona unikal kod verilir. Kodu elektron səhiyyə portalına (www. e-sehiyye.gov.az) daxil etməklə istənilən vaxt kartda olan məlumatlardan istifadə etmək, düzgünlüyünü yoxlamaq olar.
Oxumaq
30.01.10  
 
Səhifələr : # « 1 2 3 4 5 6 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •