Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 11 12 13 14 15
Bakı Məişət Tullantılarının Yandırılması Zavodu ilə bağlı müzakirələr keçirilib.
10 gün müddətinə Dövlət Ekoloyi Ekspertizasının yekun rəyi hazırlanacaq

Paytaxtın tullantı probleminin həlli məqsədilə tikiləcək Bakı Məişət Tullantılarının Yandırılması Zavodu ilə bağlı növbəti müzakirələr keçirilib. Bu barədə qəzetimizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, paytaxtda məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloyi vəziyyətinin yaxşılaşdırılması məqsədilə "Bakı şəhərində Məişət Tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncam ötən il imzalanıb. Sərəncamın yerinə yetirilməsi ilə əlaqədar olaraq "Təmiz şəhər" ASC-nin yaradılması və bununla yanaşı İqtisadi İnkişaf Nazirliyinin (İİN) xətti ilə həyata keçirilməsi planlaşdırılan tədbirlər sırasında Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun inşası da nəzərdə tutulub.
Oxumaq
24.10.09  
 
Ətraf mühitin mühafizəsi üzrə 2502 akt və protokol tərtib edilib
650 iş üzrə 1188329,6 manat cərimə tətbiq edilib

Ətraf mühitin mühafizəsi ilə bağlı 9 ay ərzində hüquqi, fiziki şəxslər, vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2502 akt və protokol tərtib edilib. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 760 icrası məcburi olan göstəriş verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 650 iş üzrə 1188329,6 manat məbləğində cərimə tətbiq edilib. Ondan 198494,69 manat artıq ödənilib. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, ətraf mühitə dəymiş ziyanla bağlı 554 iş üzrə 1227545,55 manat məbləğində iddia qaldırılıb. Bu vəsaitdən 51705,35 manat artıq ödənilib. İdarə və müəssisələrə 3006 iş üzrə 704808,48 manat məbləğində ödəmə tətbiq edilib və bu məbləğdən 393026,4 manatın ödənilməsi təmin olunub.
Oxumaq
23.10.09  
 
MTRŞ efirdə milli-mənəvi dəyərlərin vəziyyəti ilə bağlı sorğu keçirib
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərin vəziyyəti ilə bağlı ictimai rəy sorğusu keçirib. Qurumun Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya bildirib ki, sorğu sentyabr ayında Bakı şəhərində 150 respondent arasında aparılıb, analiz və nəticələrin təhlili oktyabr ayında yekunlaşdırılıb.
Sorğuda iştirak edən respondentlərin 11%-i Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərlə bağlı durumun onu qane etdiyini, 48,7%-i qismən qane etdiyini, 40,3%-i isə qane etmədiyini bildirib. Sorğu iştirakçılarının fikrincə, efirdə neqativ əxlaqi-tərbiyəvi təsirlər (40,2%), aparıcıların bayağı davranışları (57,8%) daha çox narahatlıq doğurur. İştirakçılar hesab edirlər ki, milli-mənəvi dəyərlərin pozulması hallarına əsasən şou verilişlərində (51,3%), xarici teleseriallarda (44,5%) daha çox rast gəlinir. Milli-mənəvi dəyərlərin pozulmasında əsas günahkarlar isə telekanallar (60,5%), verilişlərin aparıcıları (16,5%) və cəmiyyətdir (20%).
Oxumaq
21.10.09  
 
Gömrükçülər 10 kq-dan artıq narkotik maddə müsadirə edib
Azərbaycan Dövlət Gömrük Komitəsinin (ADGK) əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı Azərbaycandan Rusiya Federasiyası istiqamətində gedən 55 saylı "Bakı-Moskva" qatarının sərnişinindən narkotik vasitə aşkarlanıb.
ADGK-dan "APA-Economics"ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda gömrük baxışı keçirilən zaman həmin qatarın 5-ci vaqonunda sərnişin olan Rusiya vətəndaşı Şükürov Şahin Şükür oğluna məxsus kostyum çexolunun içərisində 2 ədəd bağlamda 6 kiloqram 120 qram narkotik vasitə-həşiş qətranı gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Oxumaq
21.10.09  
 
Piratçılığın səviyyəsi 2 faiz aşağı düşüb
Hazırda Azərbaycanda SD-DVD bazarında 75-78 faiz, kitab bazarında 45-50 faiz, kompyuter proqramları bazarında 88-89 faiz pirat məhsullar var. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov məlumat verib. O bildirib ki, son zamanlar görülmüş tədbirlər nəticəsində piratçılığın səviyyəsi 2 faiz aşağı düşüb: "Xüsusi nəzarət holoqramları tətbiq olunduqdan, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun qəbul edildikdən, Əqli Mülkiyyət Mərkəzi yaradıldıqdan sonra piratçılığın səviyyəsini 15 faiz aşağı salmaq mümkün olacaq. Bunlarla yanaşı, müvafiq məcəllələrə dəyişiklik edilməli, cərimələrin məbləği artırılmalı, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması ilə bağlı seminarlar və maarifləndirici tədbirlər keçirilməlidir".
Oxumaq
21.10.09  
 
Səhifələr : # « 11 12 13 14 15
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •