Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 10 11 12 13 14 15 » #
Lisenziyasız tibbi fəaliyyətə dair 116 fakt aşkarlanıb
Cari ilin 10 ayı ərzində xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olmağa görə 116 fakt aşkar edilib. Bu faktlar Səhiyyə Nazirliyi, nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı üzə çıxarılıb. Lisenziyasız əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə isə cari ilin son üç ayı ərzində 119 fakt aşkar edilib. Bu barədə qəzetimizə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, araşdırmalar səhiyyə nazirinin 3 may 2007-ci il tarixli "Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında" əmrinin tələblərini yerinə yetirməyən 22 aptek müəssisəsini müəyyənləşdirib.
Oxumaq
30.10.09  
 
Özəl tibb müəssisələrinə baxış keçirilib
7 müəssisədə plazmaferez və ozonoterapiya prosedurlarının aparılması qadağan edilib

Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən özəl tibb müəssisələrində plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasına baxış keçirilib. Sentyabrın 15-dən etibarən başlayan bu proses nazirliyin "Özəl tibb müəssisələrinə təşkilati metodik köməkliyin göstərilməsi barədə" sərəncamına əsasən aparılıb. Bu barədə qəzetimizə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, baxış zamanı 7 özəl tibb müəssisəsində plazmaferez və ozonoterapiya proseduralarının aparılmasında ciddi nöqsanlar aşkar edilib. Belə ki, həmin müəssisələrdə plazmaferez proseduruna göndərilmiş xəstələrin xəstəliyi və diaqnozu barəsində heç bir məlumat olmayıb. Hər iki prosedurun aparılması barədə əməliyyat və qeydiyyat yurnallarının olmaması da müəyyən edilib.
Oxumaq
30.10.09  
 
Dünyada hər 35 nəfərdən biri miqrantdır
"Azərbaycandakı miqrantların mövcud durumu və problemlər" mövzusunda Dəyirmi masa keçirilib

Bakıda "Azərbaycandakı miqrantların mövcud durumu və problemlər" mövzusunda Dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbiri "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" və "İnsan Hüquqları üzrə İctimai Şura" ictimai birlikləri təşkil edib. "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri, professor Nadir Abdullayev BMT-nin araşdırmalarına əsasən son 35 ildə öz vətənlərindən kənarda yaşayan insanların sayının iki dəfədən çox artaraq 200 milyona çatdığını deyib: "Bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır".
Oxumaq
29.10.09  
 
Elmin İnkişafı Fondunun nizamnaməsi yaxın günlərdə Nazirlər Kabinetinə göndəriləcək
Ölkə prezidentinin sərəncamı ilə yaradılmış Elmin İnkişafı Fondunun nizamnaməsi hazırlanıb yaxın günlərdə Azərbaycan Nazirlər Kabinetinə göndəriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, Fondun Himayədarlar Şurası da yaradılacaq. Şuranın tərkibinə elmin müxtəlif sahələri üzrə tanınmış alimlər seçiləcək.
Oxumaq
28.10.09  
 
Lənkəranda Media Resurs Mərkəzi fəaliyyətə başlayıb
Dünən Lənkəranda Azərbaycan Yurnalistlər Birliyinin (AYB) Media Resurs Mərkəzi (MRM) layihəsinin təqdimatı olub. APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları və KİV nümayəndələrinin qatıldığı tədbirdə MRM-nin rəhbəri Xaqani İbadov Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə fəaliyyətə başlayan mərkəzin planlarından danışıb. Onu sözlərinə görə, cənub bölgəsində fəaliyyət göstərən KİV-in vəziyyətinin təhlili zamanı bu nəşrlərdə fikir və məlumat azadlığı sahəsində ciddi problemlərin mövcudluğu, onların maddi-texniki bazasının zəifliyi, peşəkarlığın aşağı səviyyədə olması üzə çıxarılıb.
Oxumaq
28.10.09  
 
Qeyri-latın domen adlarının tətbiqinə hazırlıq görülür
Qlobal internet resurslarının sahibləri artıq 2010-cu ilin ortalarınadək ünvanları təkcə latın deyil, digər əlifbalarla da yazmaq imkanı əldə edə bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun "APA-Economics"ə verdiyi məlumata görə, bu istiqamətdə yekun qərar bu günlərdə Cənubi Koreyada keçirilən ICANN-ın (Internet Corporation for Assigned Names and Numbers - Ad və nömrələrin verilməsi üzrə İnternet Korporasiyası) beynəlxalq konfransının sonunda qəbul oluna bilər. Bu halda qeyri-latın domen adlarının alınmasına dair sifarişlər noyabrın 16-dan qəbul olunacaq.
ICANN nümayəndələri hesab edirlər ki, yeni internet ünvanları sisteminin tətbiqi qlobal şəbəkə yarandığı andan bu günə kimi ən böyük dəyişiklik olacaq.
Oxumaq
28.10.09  
 
qanunlar.az saytının təqdimatı keçrilib
"Kaspi" qəzetinin KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətəndaşların hüquqi bilgilərinin artırılmasında KİV-in rolu" layihəsi çərçivəsində hazırlanmış qanunlar.az saytının təqdimatı keçirilib. Layihə koordinatoru İlham Quliyev bildirib ki, layihənin əsas məqsədi vətəndaşların hüquqi bilgilərinin artırılması, Milli Məclisdə qəbul edilən qanunlar barədə ictimaiyyətə ətraflı məlumatların verilməsidir. Artıq bu istiqamətdə işlərin reallaşdırılmasına başlanılıb. Bir müddət əvvəl fəaliyyətə başlayan yeni sayt da bu məqsədə xidmət edir.
Oxumaq
27.10.09  
 
Sevastopoldakı azərbaycanlı əsgərlərin abidəsini erməni dağıdıb
Ukraynanın Sevastopol şəhərində Krımın alman faşistlərindən azad olunması uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılan abidənin dağıdılmasını milliyyətcə erməni olan Eduard Arakelyan təşkil edib. Bu barədə APA-ya Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. O bildirib ki, Gürcüstan vətəndaşı olan 1962-ci il təvəllüdlü E.Arakelyan bu çirkin əməlin həyata keçirilməsində Andrey Qanin adlı yerli sakindən istifadə edib.
Xatırladaq ki, hadisə oktyabrın 4-də baş verib. Oktyabrın 5-də yerli milis olayla bağlı 2 şübhəli şəxsi saxlayıb.
Oxumaq
24.10.09  
 
Beynəlxalq Universitetin binası söküləcək
Gələn ilin əvvəlində Azərbaycan Beynəlxalq Universiteti (ABU) və məktəbin yaxınlığındakı bəzi fərdi yaşayış evləri söküləcək. Bu barədə "APA-Economics"ə hökumətdəki mənbələrdən məlumat verilib. Hökumətdən bildirilib ki, hələ SSRİ dövründə universitetin yerləşdiyi ərazi Bakı Metropoliteninin mövcud hərəkət xətlərinin genişləndirilməsi planının reallaşdırılması üçün nəzərdə tutulub. Orada başqa tikililərin aparılmaması üçün işarələr qoyulub və hasara alınıb. Lakin sonrakı dövrlərdə təxminən 10 hektara yaxın həmin ərazi icra hakimiyyəti tərəfindən qanunsuz olaraq əhaliyə və Azərbaycan Beynəlxalq Universitetinə satılıb.
Məlumatda bildirilib ki, bu ərazidə hazırda tikilməkdə olan "Azadlıq" metro stansiyasının davamı olan depo yerləşəcək. Söküləcək binalar qanunsuz və vaxtı ilə strateyi obyekt üçün nəzərdə tutulan dövlət torpağında tikildiyinə görə, onların sahiblərinə dövlət tərəfindən kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, metronun "Azadlıq" stansiyasının bu ilin sonu, ən gec 2010-cu ilin mart-aprel aylarında istifadəyə verilməsi planlaşdırılır.
Oxumaq
24.10.09  
 
Beynəlxalq Muğam Mərkəzinə direktoru təyin edilib
Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamı ilə İbrahim Quliyev Beynəlxalq Muğam Mərkəzinin direktoru, İldırım Kazımov isə mərkəzin direktor müavini təyin edilib. Qeyd edək ki, İ.Quliyev eyni zamanda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktorudur.
Oxumaq
24.10.09  
 
Səhifələr : # « 10 11 12 13 14 15 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •