Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 9 10 11 12 13 14 15 » #
Azərbaycandakı bütün donuzlar qapalı şəraitdə saxlanılır
Azərbaycanda "donuz qripi"nin qeydə alınması ilə əlaqədar ölkədəki bütün donuzlar qapalı şəraitdə saxlanılır. APA-nın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 6500-7000 baş donuz var: "Onların hamısı nəzarət altındadır. Qriplə xəstə insanlar da donuzlarla təmasda olmamalıdırlar".
Oxumaq
07.11.09  
 
Çox gəzmədən öncə çox bilin
Qəribə adətlər tək bizdə olmur

Bəşər cəmiyyəti yarandığı ilk gündən üzü bu tərəfə bir çox cəhətləri, adətləri, inancları ilə bir-birindən kəskin fərqlənən insan qruplarının bir yerdə yaşadığı və bunun nəticəsində anormal tendensiyaların meydana gəldiyi bizə məlum olan yeganə cəmiyyətdir. Bu cəmiyyətdə yaşamaq bəzən dözülməz hal alsa da, əslində yaşayaraq öyrəniləsi çox və daha maraqlı özünəməxsusluqları var bu cəmiyyətin. Məsələn, bəziləri onun necə yarandığını, bəziləri necə məhv olacağını, bəziləri onun mahiyyətini, bəziləri isə tamamilə fərqli insanların eyni dünyada necə yaşadığını öyrənmək istəyir.
Oxumaq
06.11.09  
 
Kosmik uçuşların ekoloyi fəsadları
Bəşəriyyət yarandığı gündən ətraf mühiti çirklənməyə məruz qoymuşdur. Qədim zamanlardan bu günəcən davam edən flora və faunanın tədricən deqradasiyaya uğraması prosesi insanların təbiətə laqeyd münasibətlərindən irəli gəlmişdir.
Alman alimi, bioloq Ernest Hekkel 1886-cı ildə müasir elmin başlıca istiqamətlərdən olan "ekologiya" terminini irəli sürmüşdür. E.Hekkel uzaqgörənliyi sayəsində bilirdi ki, elmi-texniki tərəqqi dövrü gələcək və həmin zamandan etibarən ekoloyi amillərə təsir edən tullantılar çoxalacaqdır. Eyni zamanda, insanlar tərəfindən də təbiətin flora və faunasının taleyi ağır itkilərə məruz qalacaq. Həmçinin ekoloyi soyqırımıları və ekoloyi repressiyaların baş verməsi labüddür. İllər boyu fabriklərin, zavodların və kimya sənaye müəssələrinin istehsal tullantıları, təkrar emal edilməməsi, tullantısız texnologiyaların tətbiq olunmaması ekoloyi çirklənmələrə gətirib çıxarmışdır.
Oxumaq
05.11.09  
 
"BakuTel-2009" sərgisinin ziyarətçilərini hədiyyələr gözləyir
"Azercell Telekom" 15-ci yubiley toplantısının baş sponsorudur

Bu il "BakuTel" - Telekommunikasiya və İnformasiya Texnologiyaları" Beynəlxalq Sərgi və Konfransı öz yubileyini qeyd edir. Dünyanın bir çox yerindən iştirakçıları qəbul edən bu konfransın 15-ci toplantısı 4-7 Noyabr 2009-cu il tarixləri arasında Bakıda keçirilir.
İKT sahəsində inkişafa aparan layihələri daim dəstəkləyən "Azercell Telekom" MMC bu dəfə də ənənəsinə xilaf çıxmayıb. Şirkət "BakuTel"in 15-ci yubiley tədbirinin baş sponsoru qismində çıxış edir. Sponsorluqla yanaşı, "Azercell" tədbir iştirakçılarına mobil rabitə sahəsində mövcud olan ən son yenilikləri də nümayiş etdirəcək.
Oxumaq
04.11.09  
 
Büdcə layihəsi Milli Məclisdə dörd gün müzakirə olunacaq
Azərbaycanın "2010-cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə (MM) dörd gün müzakirə olunacaq.
Parlamentdən APA-ya daxil olan məlumata görə, bu gün sənəd İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə və digər komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq. Bundan sonra "2010-cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsi noyabrın 10, 11, 12 və 13-də isə MM-in plenar iclasında müzakirə olunacaq.
Xatırladaq ki, 2010-cu ilin dövlət büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat proqnozlaşdırılır.
Oxumaq
03.11.09  
 
Bakı-Naxçıvan aviareysinin gediş haqlarına tətbiq olunan güzəştlər azaldılıb
Nazirlər Kabineti "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən yerinə yetirilən Bakı-Naxçıvan marşrutu ilə sərnişin aviareysinin gediş haqlarına tətbiq olunan güzəştlərdə dəyişiklik edib. AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin "APA-Economics"ə verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, cari ilin noyabr ayının 1-dən etibarən Bakı-Naxçıvan marşrutu üzrə bir aviabiletin qiyməti 75 manat (güzəştlə) təşkil edir: "Biletin qiyməti 95 manatdır. Lakin əgər bundan öncə aviabiletə olan güzəşt 55 manat təşkil edirdisə və bilet 40 manata satılırdısa, hazırda güzəşt 20 manat təşkil edir və aviabiletin satış qiyməti 75 manat təşkil edir".
M.Səfərli həmçinin bildirib ki, uşaq və əlillərə aviabiletin güzəşti 30 manat təşkil edir və nəticədə bu şəxslərə bilet 65 manat satılacaq.
Oxumaq
03.11.09  
 
Bakı-Naxçıvan avtobus marşrutunda gediş haqqı artırılmayıb
Naxçıvan-Bakı-Naxçıvan (İran ərazisi ilə) avtobus marşrutunda gediş haqqının artırılması ilə bağlı məlumatlar əsassızdır. Bunu "APA-Economics"ə açıqlamasında Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, hazırda Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə gediş haqqı bir tərəf üçün 14 manat təşkil edir: "Qiymətdə heç bir dəyişiklik edilməyib".
Qeyd edək ki, Naxçıvan-Bakı-Naxçıvan marşrutu Azərbaycan ilə İran arasında 2007-ci ilin avqust ayında imzalanmış memorandum əsasında həmin ilin noyabr ayında açılıb.
Oxumaq
03.11.09  
 
Sosial Siyasət Komitəsinin iclası keçirilib
Dünən Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "vahid pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə olunub. Komitə sədri Hadı Rəcəbli deyib ki, sözügedən məsələ ilə bağlı "Sanitar-epidemioloyi sağlamlıq haqında" qanununa və Gömrük Məcəlləsinə əlavə və dəyişiklik təklif edilib. Onun sözlərinə görə, sənədlərə təklif olunan əlavə və dəyişikliklər qanunvericiliyin vəziyyətə uyğunlaşdırılmasına xidmət edir.
İclasda, həmçinin "Sosial sığorta haqında" qanuna əlavə və dəyişikliklər müzakirə olunub.
Sonda hər üçün sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
Oxumaq
31.10.09  
 
Nuşirəvan Məhərrəmli: "Televiziyalarında yüksək səviyyədə dəyişiklik görmürük"
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ümumrespublika yayımçıları olan telekanalların rəhbərləri ilə görüşüb. Bu barədə APA-ya MTRŞ sədri məlumat verib. O bildirib ki, telekanal rəhbərləri ilə televiziya verilişlərinin və proqramlarının keyfiyyətinin artırılması məsələsi müzakirə olunub: "Onlara müəyyən tövsiyələr verilib. Verilişlərdə bayağılıq, şitlik, sünilik aradan qalxmalıdır. Verilişlərə çağırılan adamlar diqqətlə seçilməlidir. Hər bir insan efirə çıxarılmamalıdır. Efirdə yalnız örnək ola biləcək insanlara yer verilməlidir. Telekanallar normal azərbaycanlı imici yaratmaq üçün öz üzərlərinə düşən işi görməlidirlər".
N.Məhərrəmli bildirib ki, son zamanlar televiziya və radiolarda aparılan monitorinqlər milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müsbət dinamikanın olduğunu göstərsə də, problemlər hələ də qalmaqdadır: "Bizim gözlədiyimiz səviyyəyə çatmaq üçün telekanallar çox çalışmalıdır. Telekanallar müəyyən dərəcədə verilişlərinə əl gəzdirib, amma yüksək səviyyədə dəyişikliyi hələ görmürük".
Oxumaq
31.10.09  
 
Turizm İnstitutunda yarmarkası keçirilib
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi Azərbaycan Turizm İnstitutunda məzun və tələbələr üçün növbəti tədbir keçirib. Turizm İnstitutunun mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 62 müəssisə və təşkilat, o cümlədən aidiyyəti üzrə 250-dək ixtisaslaşmış iş yeri təklif olunub. Həmçinin Bakı şəhər Baş Məşğulluq İdarəsinin məlumat bazasında mövcud olan iş yerlərinin məzun və tələbələr tərəfindən sərbəst seçiminə imkan yaradılıb. Məzun və tələbələrin müvəqqəti işlə təmin olunması məqsədilə "Əmək Biryası" da bu tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycan Turizm İnstitutunun tələbələrinə, xüsusən 2009-2010-cu təhsil ilinin ilk məzunlarına muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması, menecment, marketinq, turizm və hotelçilik ixtisasları üzrə iş yerləri təklif olunub.
Məzun və tələbələrin müvafiq ixtisaslara uyğun işlə təminatını yaxşılaşdırmaq və yardım etmək məqsədilə növbəti tədbirin bu il noyabrın 6-da Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilməsi nəzərdə tutulur.
Oxumaq
31.10.09  
 
Səhifələr : # « 9 10 11 12 13 14 15 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •