Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 » #
Misir Mərdanov Bərdədə olub
Təhsil naziri Misir Mərdanov dünən Bərdə rayonunda olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, o, fiziki sağlamlıqlarında qüsur olan şagirdlərin oxuması üçün rayonda yeni təşkil olunmuş inkiluziv təhsil məktəbinin açılışında iştirak edib. Məktəbdəki şəraitlə tanış olan M.Mərdanov valideynlərlə görüşüb və bildirib ki, hal-hazırda orta ümumtəhsil müəssisələrindəki problemləri valideynlərin yaxıdan müdaxiləsi olmadan həll etmək mümkün deyil: "Bu gün valideynlər tez-tez məktəbdə olmalıdır, məktəbin bütün problemlərinin həllində yaxından iştirak etməlidir. Hətta mən deyərdim, müəllimlərin seçilməsindən tutmuş direktorun seçilməsinə qədər bütün proseslərdə valideynlərin iştirakı olmalıdır".
Oxumaq
13.11.09  
 
Azərbaycan və Rusiya əmək miqrasiyası sahəsində saziş imzalayacaq
Dünən Bakıda "Azərbaycan hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa dair saziş" layihəsinin hazırlanması üzrə yaradılmış işçi qrupun növbəti iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, iclası giriş sözü ilə açan işçi qrupun həmsədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycanda müşahidə olunan iqtisadiyyatın inkişafı haqda məlumat verib. O, hazırda ölkədə Rusiya Federasiyasının investisiyası əsasında yaradılmış 250-dən çox müəssisənin, o cümlədən bu ölkənin hüquqi və fiziki şəxsləri ilə yaradılmış 360-dan çox birgə müəssisənin fəaliyyət göstərdiyini bildirib. Eyni zamanda N.Məmmədov Azərbaycanda fərdi icazə əsasında işləyənlərdən 216 nəfərin Rusiya vətəndaşları olduğunu qeyd edib.
Oxumaq
11.11.09  
 
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Lənkəranda regional tədbir keçirib
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu dünən Lənkəranda regional konfrans keçirib. APA-nın cənub bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən KİV nümayəndələrinin, yerli rayon qəzetləri redaktorlarının və rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə düzənlənən tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açıb.
Oxumaq
11.11.09  
 
Londonda "Əsrin Müqaviləsi"nin 15 illiyinə həsr olunmuş sərgi nümayiş etdiriləcək
Sentyabrda Bakıda təqdimatı keçirilmiş "Əsrin Müqaviləsi"nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərgi Londondakı "Asia House" sərgi salonunda nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, noyabrın 11-də sərginin açılış mərasimi keçiriləcək. Açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova, "StatoilHydro-Abşeron" neft şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Baiba Anda Rubesa, Azərbaycan Dövlət Neft Şirkətinin London nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, eləcə də məşhur "Viktoriya və Albert" muzeyinin rəhbərliyinin iştirakı gözlənilir. Dəvət olunanlar sırasında Londonda fəaliyyət göstərən səfirliklərin, neft şirkətlərinin və bəzi beynəlxalq təşkilatların nümayəndələri də var. Layihənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, "StatoilHydro-Abşeron" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
İ.Hümbətovun sözlərinə görə, sərginin Avropanın başqa şəhərlərində keçirilməsi də nəzərdə tutulur.
Oxumaq
11.11.09  
 
"Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" silsiləsindən elmi konfrans keçirilib
Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" silsiləsindən IV Beynəlxalq Elmi Konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir komitənin təşkilati dəstəyi, Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, AMEA İqtisadiyyat İnstitutunun və Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun, eləcə də Azərbaycan Parlamentindəki Macarıstan-Azərbaycan Dostluq Qrupunun iştirakı ilə baş tutub. Builki elmi forumun əsas mövzuları iqtisadiyyat, hüquq və siyasət məsələləri olub.
Konfransda Azərbaycan tərəfdən Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Macarıstan Parlamentindəki Azərbaycan-Macarıstan Dostluq Qrupunun rəhbəri Yanoş Horvats, qrupun digər üzvləri, AMEA İqtisadiyyat İnstitutunun direktoru professor İsa Əliyev və institutun digər əməkdaşları, Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun direktoru və əməkdaşları, bu ölkənin müxtəlif universitet və kolleclərinin rəhbərləri iştirak ediblər.
Oxumaq
10.11.09  
 
Berlin "divarı" yenidən uçurulub
Dünən Almaniya paytaxtında Berlin divarının sökülməsinin və Qərbi Almaniya ilə Şərqi Almaniya arasında sərhədlərin açılmasının 20 illiyinə həsr olunmuş tədbirlər keçirilib. APA-nın Berlinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bayram tədbirlərindən əvvəl paytaxtın küçələrində bir zamanlar ölkəni iki yerə bölən Berlin divarını simvolizə edən nəhəng domino daşlarından ibarət divar ucaldılıb.
İctimai təşkilatların təşəbbüsü ilə gerçəkləşən bu layihə çərçivəsində hündürlüyü 2,5 metr, eni 1 metr, qalınlığı 40 santimetr olan 1000 domino daşı düzəldilib. Hər "domino daşı"nın ağırlığı 20 kiloqramdır. Domino daşlarından ibarət divar bir zamanlar Berlin divarının olduğu Potsdamer Platsdan Reyxstağa kimi düzülüb. Bu simvolik divar axşam Aİ dövlət başçılarının iştirakı ilə keçiriləcək mərasimin gedişində uçurulub. Mərasimin izlənilməsi üçün Berlinin mərkəzi meydanlarından 12 nəhəng ekran quraşdırılıb.
Oxumaq
10.11.09  
 
Daha 8 nəfərdə "donuz qripi" aşkar edilib
Paytaxt apteklərində qoruyucu maskaların qıtlığı yaranıb

Azərbaycanda daha 8 nəfərdə A/H1N1 virusu ("donuz qripi") aşkar edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Sanitar Epidemioloyi nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, xəstələrdən 3-ü Ukraynadan, 1-i Türkiyədən gəlmiş Azərbaycan vətəndaşları, 1-i İngiltərədən gəlmiş xarici vətəndaş, digər 3-ü isə Ukraynadan gəlmiş "donuz qripi"nə yoluxan birinci xəstə ilə təmasda olan Bakı sakinidir. Xəstələrdən 2-si stasionar müalicə alır. Onların hər 2-si 7 saylı Birləşmiş Yoluxucu Xəstəxanasına yerləşdirilib. Digər xəstələr isə ambulator şəraitdə müalicə alırlar. Dünən günün ikinci yarısında virusa yoluxmuş xəstələrdən biri evə buraxılıb. V.Qasımov bildirib ki, bu, virusa yoluxmuş Kürdəmir sakini ilə təmasda olan şəxsdir. O, tam sağlam vəziyyətdə evə buraxılıb.
Oxumaq
10.11.09  
 
Kolumbiya Universitetində diplomatiyamızın 90 illiyinə həsr edilmiş konfrans keçirilib
Noyabrın 5-də Nyu-Yorkdakı Kolumbiya Universitetində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və Harriman İnstitutunun təşkilatçılığı ilə Azərbaycan diplomatiyasının 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan 21-ci əsrdə: Perspektivlər və çağırışlar" adlı konfrans keçirilib. BMT yanındakı Daimi Nümayəndəliyimizdən APA-ya verilən məlumata görə, konfransda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, professor Timoti Frye, beynəlxalq diplomatiya üzrə professor, səfir Stefen Sestanoviç iştirak ediblər.
Oxumaq
07.11.09  
 
Xarici İşlər Nazirliyi Ukraynaya səfər etməyi məsləhət görmür
Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya getməyi planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib. XİN-in mətbuat katibi Elxan Poluxovun APA-ya bildirdiyinə görə, Ukraynaya səfər etməyi planlaşdıran vətəndaşlara xəbərdarlıq edilir ki, hazırda Ukraynada A/H1N1 ("donuz qripi") virusu pandemiya forması alıb və bir çox tələfatla müşahidə olunur.
"Bununla bağlı biz Ukraynaya getməyi planlaşdıran vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırıq. Problem yarandığı halda səfirliyə müraciət etsinlər, tələb olunan halda Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlasınlar" - deyə E.Poluxov bildirib.
Oxumaq
07.11.09  
 
Azərbaycan alimləri brusellyozu sağaldan dərman kəşf ediblər
Azərbaycanlı alimlər heyvanlar arasında brusellyoz xəstəliyini tam müalicə edən bioloyi aktiv maddə kəşf ediblər. APA-nın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənov dünən keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, azərbaycanlı alimlər brusellyoz xəstəliyinin müalicəsi sahəsində 2006-cı ildən tədqiqatlar aparıblar: "Bütün dünyada brusellyozun müalicəsi ilə bağlı aparılan çoxsaylı eksperimentlər uğursuzluqla nəticələnmişdi. İndi isə brusellyozun müalicəsi ilə bağlı narahatçılığa son qoyulub. Bu bioaktiv maddə quruluşuna görə dünyada analoqu olmayan maddədir".
Oxumaq
07.11.09  
 
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •