Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
10 aya 2730 akt və protokol
Ətraf mühiti pozanlar cəzalandırılır

Cari ilin ötən 10 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən ətraf mühitlə bağlı yol verilmiş qanun pozuntularına görə 2730 akt və protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 794 icrası məcburi olan göstəriş verilib. Bu barədə qəzetimizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 735 iş üzrə 1321985,6 manat məbləğində cərimə tətbiq edilib. Bu vəsaitdən 210260,95 manat artıq ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 622 iş üzrə 1278425,98 manat məbləğində iddia qaldırılıb. Bundan 59271,36 manat məbləğin ödənilməsi təmin olunub.
Oxumaq
20.11.09  
 
Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə DSMF-nin seminarı işə başlayıb
Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkil etdiyi 11-ci seminar işə başlayıb. DSMF-nın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayevin APA-Economics"ə verdiyi məlumata görə, iki gün (18-19 noyabr) davam edəcək seminarda iştirak etmək üçün Almaniya Pensiya Sığortası İdarəsinin Təftiş komissiyasının sədri Henrix Matevin Azərbaycana səfər edib. Seminarda H.Matevin "Təftiş komissiyası. Təftiş komissiyasının məqsəd və fəaliyyəti", "Federal Sığorta Xidmətinin məqsəd və fəaliyyəti" mövzularında təqdimatla çıxış edəcək. H.Matevinin səfər çərçivəsində keçirəcəyi görüşlərdə Almaniya Pensiya Sığortası İdarəsi və DSMF arasında gələcək əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq, qarşılıqlı maraq doğuran sahələrdə hər iki ölkənin təcrübəsi öyrəniləcək.
Oxumaq
19.11.09  
 
İnternetə "parol"suz giriş imkanı verən "178" xidməti təqdim edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom.Net" internet provayderi "Aztelekom" İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqini davam etdirir. RITN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun "APA-Economics"ə verdiyi məlumata görə, bu xidmətin regionlarda uğurlu tətbiqi paytaxt sakinləri arasında da maraq doğurduğundan, "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin birgə layihəsi olaraq bu xidmətin BTRİB şəbəkəsinin abunəçiləri də kompyuterlərində "şəbəkə bağlantıları" pəncərəsinin "qoşulma nömrəsi" qrafasına "178" yazıb "qoşul" komandasını verməklə internetə qoşula bilərlər.
Oxumaq
19.11.09  
 
Narkomaniya - genefondumuzun bəlası
Bu bəladan qurtulmaq üçün təkcə maarifləndirmə kifayət etmir

Dünən Azərbaycan Yurnalist Qadınlar Assosiasiyasının (YQA) və "Qazelli" natural kosmetika beynəlxalq MMC-nin təşkilatçılığı ilə "Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübələrin öyrənilməsi" mövzusunda elmi-praktik konfrans keçirildi. Assosiasiyanın prezidenti Sevil Yusifova narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə bərabər, vətəndaş cəmiyyətinin aktivliyinin də önəmli əhəmiyyət daşıdığını vurğuladı: "Bu sahədə vətəndaş cəmiyyətinin mübarizəsi olmadan biz narkomansız Azərbaycana nail ola bilmərik. KİV-i izləsək, son dövrlər ölkəmizdə narkomaniya ilə mübarizədə istər Milli Təhlükəsizlik Nazirliyi, istərsə də Daxili İşlər Nazirliyinin çox böyük işlər gördüyünün şahidi olarıq".
YQA prezidenti rəhbərlik etdiyi təşkilatın əsas vəzifəsinin cəmiyyəti bu mövzuda məlumatlandırmaq və gəncləri pis vərdişdən çəkindirməyə yardımçı olmaqdan ibarət olduğunu diqqətə çatdırdı.
Oxumaq
19.11.09  
 
"Quş qripi" ilə əlaqədar reydlər keçirilib
Çöl quşlarının qanunsuz ovlanması və satılmasının qarşısını almaq üçün qurumlara tapşırıq verilib

Su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və "Quş qripi" xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları monitorinq və reydlər təşkil edib. Nazirliyin 1 və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən aparılan reydlər onların nəzarət etdikləri inzibati ərazilərdə - Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı, Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan və Hacıqabulda keçirilib. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Oxumaq
18.11.09  
 
Yaxın günlərdə Kompleks Hidrometeoroloyi və Ekoloyi Elm Mərkəzi fəaliyyətə başlayacaq
Ən mürəkkəb meteoroloyi şəraitlərdə də məlumatlar operativ ötürüləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yaradılan Kompleks Hidrometeoroloyi və Ekoloyi Tədqiqat Elm Mərkəzi (KHETEM) tezliklə fəaliyyətə başlayacaq. Nazirliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, yaxın günlərdə mərkəzin rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Mənbədən qeyd edilib ki, KHETEM ölkə başçısının "Böyük Qafqazın Bazardüzü- Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloyi və Ekoloyi Tədqiqatı ilə bağlı Tədbirlər haqqında" sərəncamına əsasən yaradılıb. Mərkəz biomüxtəliflik, geoloyi tədqiqatlar, hidrometeoroloyi və ətraf mühitin monitorinqi sahələrini əhatə edir.
Oxumaq
17.11.09  
 
Qoruyucu maskalarla bağlı yoxlamalar bəhrəsini verir
Apteklərdə respiratorlar 10-15 qəpiyə satılır

Qoruyucu maskalara tələbatın artması ilə əlaqədar respiratorların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısını almaq məqsədilə aparılan yoxlamalar davam edir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən keçirilən bu yoxlamalar Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə aparılır. İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin birgə məlumatına görə, yoxlamalar zamanı bir sıra apteklərdə qoruyucu maskaların qiymətinin şişirdilməsi hallarına rast gəlinib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Oxumaq
17.11.09  
 
"Donuz qripi"ndən qorxursunuzmu?
Bu gün insanları ölüm qorxusuyla üz-üzə qoyan "Donuz qripi" dünyada ən çox danışılan və insanların psixoloyi gərginliyini artıran qlobal problemə çevrilib. Hazırda hamı bu problemdən çıxış yolunu, qorunmaq üsulunu axtarır. Bu xəstəliyə tutulanların və ölənlərin sayı artdıqca gərginlik də, həyəcan da artır.
Xatırladaq ki, A/H1N1 virusu A qripi yüksək patogenli virus ştampının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insanlardan insana hava, damcı yolu ilə ötürülür və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü kəskin şəkildə birüzə verir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda olan kəskin ağrılar, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 qripinin əlamətləri müşahidə edilən kimi, həkimə müraciət olunmalı və ilkin tədbirlər görülməlidir. Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri və qripin digər əlamətləri olan şəxslərlə yaxın əlaqədən bacardıqca uzaq qaçmaq lazımdır. Əlbəttə ki, bu, hər kəsin öz xeyri üçündür.
Oxumaq
17.11.09  
 
36 obyektdən 4-də respiratorların qiyməti şişirdilib
Yoxlamalar kustar üsulla hazırlanan maskalar da aşkarlayıb

Qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədi ilə yoxlamalar davam edir. Yoxlamalar Səhiyyə Nazirliyinin (SN) mütəxəssislərinin iştirakı ilə İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Dövlət Xidməti tərəfindən aparılır. İİN-in mətbuat xidmətindən qəzetimizə bildirilib ki, yoxlamalar zamanı 36 obyektdən 4-də qoruyucu maskaların qiymətinin şişirdilməsi halı aşkar edilib. Belə ki, Nəsimi rayonu, R.Behbudov küçəsi, 16 ünvanında "AzkoMed" MMC-yə, M.Qasımov küçəsi, 14/26 ünvanında "İmpuls-M.V." MMC-yə məxsus apteklərdə, Səbail rayonu ərazisində "Ülvi-Həyat" firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı və beləliklə də onların qiymətlərinin süni şəkildə artırıldığı aşkar edilib.
Oxumaq
14.11.09  
 
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə Heyətinin iclası keçirilib
Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitsəinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətinin daha da inkişaf etdirilməsi yolları, 2009-cu il dekabrın 31-də Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması, eləcə də 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlər planı üzrə təkliflər müzakirə edilib. Sonra iclas Berlin şəhərindəki Azərbaycan və Türk diasporu nümayəndələrinin iştirakı ilə davam edib. toplantıda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür və digər diaspor fəalları çıxış ediblər. Müzakirələr əsasən Türkiyə ilə Ermənistan arasında münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərə biləcəyi təsir və türk diasporu ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr olunub.
Oxumaq
13.11.09  
 
Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: