|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
|
"Tarixin saxtalaşdırılmasının sirləri" adlı kitabın təqdimatı keçirilib
|
|
Erməni saxtakarlığını ifşa edən və rus dilində nəşr olunmuş "Tarixin saxtalaşdırılmasının sirləri" adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifləri politoloq Cümşüd Nuriyev və onun qızı, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun dissertantı Şəbnəm Nuriyevadır.
|
Oxumaq
03.12.09
|
| |
|
|
Quba məzarlığındakı insan sümüklərinin kimyəvi aşılanmasına başlanıb
|
|
Qubada ermənilərin törətdiyi soyqırımı nəticəsində yaranan kütləvi məzarlıqdakı insan sümüklərinin kimyəvi aşılanması prosesi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba məzarlığı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, açıq havada qalan insan sümüklərinin mühafizəsi üçün kimyəvi üsullardan istifadə edilməlidir: "Problemin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloyi Anatomiya Birliyinin regional bölməsinə xüsusi göstəriş verilib. Bölməyə sümüklərə vurmaq üçün müvafiq kimyəvi preparatlar gətirilib. Məzarlıqda aşkarlanan skeletlərin müxtəlif hissələrinə aid olan 7 minədək sümüyün kimyəvi aşılanması nəzərdə tutulur".
|
Oxumaq
03.12.09
|
| |
|
|
Polşa və Finlandiya "Şərq tərəfdaşlığı" ölkələri ilə viza reyimini sadələşdirm&
|
Polşa və Finlandiya Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrlə və Rusiya ilə viza reyimini liberallaşdırmasının tərəfdarıdır. APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Varşavada keçirdikləri birgə mətbuat konfransında Polşa və Finlandiyanın xarici işlər nazirləri Radoslav Sikorski ilə Aleksandr Stubb deyiblər. R.Sikorski bildirib ki, Finlandiya və Polşa AB-yə üzv olmayan Şərqi Avropa ölkələrinin çoxsaylı vətəndaşlarına vizalar verir: "Biz Avropa Birliyinin viza siyasətinin liberallaşdırılmasının tərəfdarıyıq. Söhbət ondan gedir ki, qoy bu ölkələrin insanları Avropaya gəlib, demokratiya və azad bazarın nə olduğunu görsünlər. Bu, onların ölkələrinə xeyir verə birlər". A.Stubb da əlavə edib ki, "Şərq tərəfdaşlığı" ölkələri ilə viza siyasətinin liberallaşdırılması vacib məsələdir. Xatırladaq ki, "Şərq tərəfdaşlığı" proqramında Azərbaycan da daxil olmaqla, 6 keçmiş sovet respublikası iştirak edir.
|
Oxumaq
02.12.09
|
| |
|
|
Yurnalistlər üçün elan edilən müsabiqənin müddəti uzadılıb
|
|
Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu yurnalistlərin yazılarının mükafatlandırılması bağlı elan etdiyi müsabiqənin müddətini uzadıb. Bu barədə APA-ya fondun mətbuat xidmətindən məlumat verilib. Fonddan bildiriblər ki, yurnalistlərin müraciətlərini nəzərə alaraq müsabiqə üçün yazıların qəbul müddəti 12 dekabr saat 16:00-dək uzadıb.
|
Oxumaq
02.12.09
|
| |
|
|
Şaxta Baba olmaq istəyənlərə vaxt verildi
|
Bakı şəhərində Yeni İl bayramı öncəsi və bayram günlərində Şaxta Baba xidmətləri göstərmək üçün 40-dək fiziki şəxs Bakı şəhər Ticarət və Xidmət Departamentinə müraciət edib. Bu barədə "APA-Economics"ə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, müraciətlər dekabrın 10-dək toplanacaq və sonda qərar çıxarılacaq. Lisenziya almış şəxslər Şaxta Baba və Qar Qızı fəaliyyəti ilə yanaşı foto çəkilişlər də apara biləcəklər. Qeyd edək ki, Ticarət və Xidmət Departamentinin Milli Park istisna olunmaqla, paytaxtın digər ərazilərində Şaxta Baba fəaliyyəti göstərmək üçün lisenziya verir. Milli Parkda Şaxta Baba olmaq istəyənlər isə icazəni Dənizkənarı Bulvar İdarəsindən almalıdır.
|
Oxumaq
02.12.09
|
| |
|
|
Azərbaycanda 6 yeni zavod tikiləcək
|
Dünən Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və "Azerbaiyan Methanol Company" MMC (AzMeCo) arasında 120 mln. ABŞ dolları həcmində kredit sazişi və Qaradağ rayonunda 25 ha ərazidə metanol zavodu və aralıq qazları istehsal edən əlavə 5 zavodun inşasına dair niyyət müqaviləsi imzalanıb. "APA-Economics"in məlumatına görə, "AzMeCo"nun İdarə Heyətinin sədri Nizami Piriyev bildirib ki, layihə çərçivəsində şirkətin tikməyi planlaşdırdığı 6 zavodun ümumi layihə dəyəri 1,1 mlrd. ABŞ dolları təşkil edəcək. Bütün zavodlar 2013-cü ilədək istifadəyə veriləcək. Vəsaitin 33%-ni AYİB, qalanını isə digər banklar ayıracaq.
|
Oxumaq
02.12.09
|
| |
|
|
Ət satışı bazarında monitorinqlər keçirilir
|
|
Qurban Bayramı günlərində əhalinin iri və xırda buynuzlu heyvanlara tələbatının artmasını nəzərə alaraq, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti (İBNDX) ötən həftədən etibarən ət satışı məntəqələrində gündəlik monitorinqlərə başlayıb. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, paytaxt rayonlarında, eləcə də bir sıra şəhər və rayonlarda indiyədək keçirilmiş monitorinqlər zamanı satışda olan ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb. Mənbədən İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin monitorinqləri bayram günlərində də davam etdirəcəyi vurğulanıb.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Ətsatanlar günü
|
|
Bu gün Qurban bayramıdır. Əslində, bu bayramın İslam aləmindəki mahiyyətindən, müsəlman dünyasında necə keçirilməsindən yazmaq gərəkdir. Amma bununla bağlı kifayət qədər yazılacağına ümid edib, bu aksiyaya tamam başqa rakursdan yanaşmaq istərdim. Hərçənd bu sətirləri əndişə içində yazıram. Adama bir deməzlər ki, Allahın yetirdiyi bir dini və onun müqəddəs kitabı olan QURAN-i Kərimdən irəli gələn qaydaları sən kimsən ki, müzakirə edirsən?! Yəni sən özünü o qədər çoxbilmiş hesab edirsən ki, indi də Allahın işlərinə qarışırsan!? Əstəğfürullah. Amma dinsizlər, imansızlar din-imandan danışanda, qorxaqlar səhər-axşam qəhrəmanlıqdan dəm vuranda, ədalət bağıranlar ədalətdən gen duranda, lap deyək, mədəsi bir saniyə belə boş dayanmayanlar pəhrizdən danışanda, hər şey yaddan çıxır. İmanın da, inancın da, dilin də, dinin də.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Azərbaycan milli fəlsəfəsi formalaşır
|
Ümumdünya Fəlsəfə Günü ilə bağlı tədbir keçirilib
Dünən Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Ümumdünya Fəlsəfə gününə həsr olunan elmi-nəzəri konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru İlham Məmmədzadə yığıncıq iştirakçılarını fərsəfə günü münasibəti ilə təbrik edərək, "FSHİ-nin qarşısında duran əsas vəzifələr" adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, 2002-ci ildən başlayaraq, YUNESKO-nun xətti ilə ənənəvi olaraq hər il keçirilən Ümumdünya Fəlsəfə günü Moskvada qeyd olunub. Azərbaycanı təmsil edən nümayəndə heyəti də həmin tədbirdə iştirak edib, alimlərimizin məruzələri böyük maraqla qarşılanıb. O cümlədən, Fəlsəfə İnstitutunun əməkdaşı Aydın Əlizadənin əxlaq və dinlə bağlı çıxışı böyük maraqla qarşılanaraq zalda canlanma yaradıb.
|
Oxumaq
26.11.09
|
| |
|
|
Doğma yurda gedən yolda yeni qəsəbələr
|
|
Azərbaycanda qaçqın və məcburi köçkün dedikdə, birmənalı olaraq düşmən Ermənistanın günahsız insanlarımızın başına gətirdiyi çoxsaylı əzab-əziyyətlər və onun acı nəticələri yada düşür. Münaqişənin qızışdığı 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovuldu və Azərbaycana pənah gətirdi. Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalan 410 azərbaycanlı, o cümlədən, 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirildi, müxtəlif bədən xəsarətləri aldı, onların yaşayış evləri və əmlakları qarət olundu. Nəticədə Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv.km ərazi zəbt olundu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 min nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü.
|
Oxumaq
25.11.09
|
| |
|
|
|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
|
|