|
|
|
“Oskar”ın aparıcılığını Cenifer Lopez edəcək
|
26 fevralda keçiriləcək 84-cü “Oskar” mükafatlandırma mərasiminin aparıcıları bəlli olub. “Azadinform” “Sabah” qəzetinə istinadən xəbər verir ki, 84-cü “Oskar” mükafatlandırma mərasimində aparıcılar Cenifer Lopez və Billi Kristal olacaq. Mükafatlandırma gecəsini təşkil edən Brayan Qrazer və Don Misçer də tədbirin əsas aparıcılarının Lopez və Cristalın olacaqlarını təsdiqləyiblər.
|
Oxumaq
02.02.12
|
| |
|
|
“O qəhvəyi gözlər” Rotterdamda
|
İsveçrəli rejissorun Azərbaycan haqda çəkdiyi film nüfuzlu festivalda təmsil olunur
Tarixi-etnoqrafik janrda Azərbaycan mədəniyyətini dünyaya tanıdan filmlərə böyük ehtiyac var. Bu cür filmlər bədii keyfiyyəti ilə yanaşı, həm də təbliğata, mədəniyyətimizin dünyaya tanıdılmasına xidmət edir. Dünya kinosu və mədəniyyəti kontekstində Azərbaycan haqqında filmlərin olması vacibdir. Bu gün təkcə öz rejissorlarımız yox, başqa ölkələrin rejissorları və kino adamları da coğrafi və tarixi baxımdan da Azərbaycana maraq göstərirlər. Yaxın vaxtlarda Azərbaycan ərazisində çəkilmiş türk, rus və gürcü filmləri də buna əyani sübutdur. Azərbaycanda film çəkmək üçün həm uyğun tarixi, həm də təbiət zənginlikləri tapmaq olar. Siyasi-strateji cəhətdən də Azərbaycan rejissorlar üçün böyük imkanlar açır. Bütün bu əlaqələr həm də film şirkətləri və mərkəzləri arasında münasibətləri qaydaya salır, möhkəmləndirir.
|
Oxumaq
02.02.12
|
| |
|
|
|
|
“Mirzə Fətəli Axundzadə İli”nin açılışı keçirilib
|
Əbülfəs Qarayev: “O elə nəhəng zəka, idrak sahibidir ki, qoyduğu mədəni-mənəvi fəlsəfi problemlərin bir çoxunun cavabları hələ yüz illər bizdən irəlidədir”
Ankarada TÜRKSOY tərəfindən elan edilən "2012 Mirzə Fətəli Axundzadə İli"nin açılışı və "3-cü TÜRKSOY Mətbuat Onur Mükafatları"nın təqdimetmə mərasimi keçirilib. TÜRKSOY Baş Katibliyində keçirilən mərasimə baş katib Düsen Kaseinov, Azərbaycan və Türkiyə mədəniyyət və turizm nazirləri, Gürcüstan mədəniyyət və abidələri qoruma naziri, Türkiyənin milli müdafiə naziri və Kosova dövlət və bələdiyyə idarəetməsi naziri və başqaları qatılıb.
|
Oxumaq
31.01.12
|
| |
|
|
“Eurovision” üçün Azərbaycana 1600 jurnalist gələcək
|
Şounu Avropa ilə yanaşı, Amerika, Cənubi Afrika, Yaxın Şərq, Avstraliya mediası da canlı işıqlandırmaq imkanı qazanacaq
Avropanın ən nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi edəcək Bakıda 57-ci “Eourovision”un keçirilməsini layiqincə təmin etmək məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilir. Artıq “Eurovision” Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı ciddi işlər görülüb. Azərbaycan prezidenti İlham Əliyevin 19 may 2011-ci il tarixində imzaladığı sərəncama əsasən yaradılan təşkilat komitəsi həmin vaxtdan başlayaraq silsilə tədbirlərini reallşadırmağa başlayıb.
|
Oxumaq
27.01.12
|
| |
|
|
“Eurovision”un açarı Bakıdadır
|
Mahnı müsabiqəsi “Light your fire” (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcək
Yanvarın 25-də Bakıdakı “Buta Palace”da “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilib. Mərasim ölkəmizin “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
|
Oxumaq
27.01.12
|
| |
|
|
İstedadlı adamın yaşı olmur
|
|
Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev: “Keçirdiyimiz müsabiqə istedadlı insanlar üçün geniş imkanlar yaradır və perspektivlər vəd edir”
|
Oxumaq
26.01.12
|
| |
|
|
Vətəndaş cəmiyyəti «Evrovision-2012»yə dəstək olacaq
|
QHT Əməkdaşlıq Alyansı müsabiqənin təşkili və keçirilməsində ölkə ictimaiyyətini yaxından iştirak etməyə və birgə fəaliyyət göstərməyə çağırıb
“Azərbaycan ictimai təşkilatları «Evrovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar beynəlxalq aləmdə gedən prosesləri və onların Azərbaycana təsir imkanlarını izləməli və lazımi halda dərhal müzakirələrə qatılaraq öz münasibətlərini bildirməlidirlər”. Bu fikirlər yanvarın 24-də Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının «Azərbaycanda Eurovision-2012: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr» mövzusunda keçirdiyi dəyirmi masada səslənib.
|
Oxumaq
25.01.12
|
| |
|
|
Yaroslavlda Azərbaycan musiqisinə həsr olunmuş gecə keçiriləcək
|
|
Fevralın 11-də Rusiyanın Yaroslavl şəhərinin Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan musiqisinə həsr olunmuş təntənəli gecə keçiriləcək. Həmin gecədə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı Əyyub Quliyevun dirijorluğu ilə Yaroslavl Dövlər Filarmonik orkestri çıxış edəcək.
|
Oxumaq
24.01.12
|
| |
|
|
|