Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 93 94 95 96 97 98 99 100 101 » #
Azərbaycan "Deboşir" film festivalında təmsil olunacaq
18-22 noyabr tarixlərində Sankt-Peterburqda XII "Deboşir" Beynəlxalq Film Festivalı keçiriləcək. Festivalın rəsmi internet saytının yazdığı xəbərə görə, beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunacaq. Belə ki, beynəlxalq layihənin əsas müsabiqə proqramına Azərbaycandan bir neçə film salınıb. Müsabiqənin bədii filmlər üzrə nominasiyasında ölkəmizi Şamil Nəcəfzadənin reyissorluğu ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunan "Qala" filmi, qısametraylı sənədli filmlər üzrə isə reyissor Tahir Əliyevin çəkdiyi Az.TV-nin istehsalı olan "Səhra gülü" filmi təmsil edəcək.
Xəbərdə qeyd olunur ki, festivalda Azərbaycan filmləri ilə yanaşı, ABŞ, Avstriya, Çin, Rusiya, Ukrayna, Macarıstan, Rumıniya, İtaliya və digər ölkələrin filmləri təmsil olunacaq. Ümumilikdə festivalın müsabiqəsində 200-dən artıq film mübarizə aparacaq.
Oxumaq
06.11.09  
 
"Elariz mənim üçün maraqlı olub"
Yalçın Rzazadə həmkarının ifasını çox bəyəndiyini deyir

Bu günlərdə məclislərin birində qonaq qismində iştirak edən Xalq artisti Yalçın Rzazadə müğənni Elarizin canlı ifasını dinlədikdən sonra onun haqqında yüksək fikirlər söyləyib: "Elariz bir müğənni kimi mənim üçün həmişə maraqlı olub. Onun özünəməxsus ifa tərzi, ampluası var. Ola bilər ki, kimlərsə onun ifasını bəyənməsin. Amma mən bir sənətkar kimi etiraf edirəm ki, Elariz gözəl oxuyur. Bundan başqa, bəzi sinəsinə döyən tanınmış müğənnilərdən fərqli olaraq, Elarizin canlı ifası da təmiz və səliqəlidir. Elə müğənnilərimiz var ki, fonoqramla səsi gözəl səslənir. Ancaq canlı oxuyanda, adamı dəhşət bürüyür. Sanki fonoqramdakı səs onlara məxsus deyil. Ancaq Elarizdə belə deyil. Buna görə də bir müğənni kimi mən onu dəstəkləyirəm. Üstəlik də Elariz bir çoxlarından fərqli olaraq saatlarla canlı oxuya bilir. Bu isə müğənni üçün əsas amillərdən biridir. Qoy bir çoxları məndən inciməsinlər, Elariz sözün həqiqi mənasında əsl sənətkardır. Kim buna şübhə edirsə, canlı oxumaq üçün onunla yarışa girsin".
Oxumaq
06.11.09  
 
Fərhad Bədəlbəyli caz festivalının ömrünün uzun olmasını arzulayır
"Azərbaycan cazının dünyada öz yeri var. Vaqif Mustafazadə bunun möhürünü vurdu və hazırda gənc ifaçılarımız İsfar Sarabski, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli bu ənənəni davam etdirir". Bu sözləri bir müddət əvvəl Bakıda keçirilən Beynəlxalq Caz Festivalının nəticələrini analiz edən Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib. Xalq artisti Azərbaycan cazının dünyada özünəməxsusluğu ilə fərqləndiyini, bu fərqin də bilavasitə muğamla bağlı olduğunu söyləyib: "Braziliya, Kuba, Polşa və bir neçə ölkədə cazın spesifik çalarları var. Kuba cazı daha çox emosionaldır. Azərbaycan cazı isə muğam üzərində qurulub və bu, çox gözəldir. Çox yaxşıdır ki, Bakıda keçirilən Beynəlxalq Caz Festivalı ənənəsi bu il də davam etdirildi. Festivalların ən böyük problemi odur ki, hansısa festival bir-iki il keçirilir, sonra ya maliyyə, ya da ifaçı problemi ilə əlaqədar dayandırılır.
Oxumaq
05.11.09  
 
Opera və Balet Teatrında "Traviata"
Opera və Balet Teatrı dünyanın ən məşhur opera və balet sənəti ulduzlarının iştirakı ilə tamaşalar təşkil etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu sıradan teatrda oynanılacaq növbəti tamaşa C.Verdinin "Traviata" operası olacaq. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, Opera və Balet Teatrının rəhbərliyi tamaşanı idarə etmək üçün Avropada çox məşhur və populyar diriyorlardan biri, Münhen Opera sənəti festivalının bədii rəhbəri və baş diriyoru Korneliya fon Kerssenbrofku dəvət edib. Xanım Korneliya İtaliya, Avstriya, Almaniya, Finlandiya, ABŞ, Latın Amerikasının ən qabaqcıl opera teatrının səhnələrində böyük uğurla çıxış edir. O, xeyli zamandır ki, Opera və Balet Teatrı ilə əməkdaşlıq edir.
Oxumaq
05.11.09  
 
"Azərbaycan cazı muğamla daha gözəldir"
Gənc Tamaşaçılar Teatrı 82-ci mövsümə başlayır

Yenidən əsaslı təmir və bərpa olunmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci dəfə mövsümi fəaliyyətə başlayır. Kollektiv yeni mövsümünü noyabr ayının 12-də uşaq tamaşaları silsiləsi ilə açacaq. Belə ki, S.Marşakın "Pişiyin evi", Nizami Gəncəvinin "Xeyir və şər", Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır", S.S.Axundovun və A.Şaiqin "Qaraca qız", Ə.Haqverdiyevin "Pəri Cadu", A.Şaiqin "Tıq-tıq xanım" və s. tamaşalar noyabrın 17-nə qədər təqdim olunacaq.
Oxumaq
05.11.09  
 
"Məni hər yerə peşəkar rəqqasə kimi dəvət edirlər"
Oksana Rəsulova restoranlarda çıxış edən həmkarlarını peşəkar səviyyədə dəyərləndirmədiyini deyir

Ömrünün 21 ilini Rusiyada yaşamış və bu günlərdə orada keçirilən iki beynəlxalq müsabiqədən qalib kimi ayrılan hind rəqslərinin ifaçısı Oksana Rəsulova artıq 19 ildir ki, sənətin sirlərinə peşəkar səviyyədə yiyələndiyini deyir. Rusiya xoreoqrafiya məktəbinin məzunu olan rəqqasə hind rəqslərinə əvvəlcə həvəskar kimi yanaşdığını deyir. Müəyyən müddətdən sonra o, Hindistanın mədəniyyəti, tarixi ilə yaxından tanış olmaq qərarına gəlib. Cəmi bir dəfə Hindistanda səfərdə olduğunu dilə gətirən rəqqasə bunun artıq davamlı olacağını bildirdi.
Bir həftə əvvəl Rusiyada keçirilən müsabiqədən söz salan Oksana Rəsulova deyir ki, hind rəqsləri üzrə təşkil olunan müziklə dəvət alanda, səhnəni peşəkar rəqqaslarla bölüşəcəyini bilirdi. Bu səbəbdən bir qədər həyəcan keçirən sənətçi özünə güvənərək irəli sıralara çıxacağına ümid edib.
Oxumaq
05.11.09  
 
Coşqun Viləş və Gökhan Erol duet oxuyublar
Onların mahnısı Azərbaycan-Türkiyə qardaşlığından bəhs edir

Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri sənətçilərin repertuarlarında da öz əksini tapır. Bu barədə danışan müğənni Coşqun Viləş əminliklə deyir ki, Türkiyədə keçirilmiş "Popstar Alaturka" yarışmasının ikincisi olmuş Gökhan Erolla birlikdə ərsəyə gətirdikləri duet iki dövlət arasında olan qardaşlıq münasibətlərinə tutarlı bir yest olacaq: "Sözləri Anar Məmmədov, musiqisi Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadəyə məxsus olan "Azərbaycan-Türkiyə" adlı mahnı sanki iki qardaş ölkəninin dostluq münasibələrinin himnini özündə cəmləşdirib.
Oxumaq
04.11.09  
 
Röya ona yönələn tənqidləri bir ünvanda axtardı
Müğənni qalmaqal yaradır

Ötən gün yerli mətbuatda çıxış edən müğənni Röya uzun zamandır ünvanına səsləndirilən tənqidi mövzulara cavab verib. Lakin onun mövqeyi tək bir həmkarına - müğənni İradə İbrhimovaya yönəlib. Bir həftə öncə ilk övladını qucağına alan müğənni bu arada mətbuata danışmağa vaxt tapıb. Xatırladaq ki, İradə İbrahimova ona ünvanlanmış suallarda "Ana olmağa hazırlaşan sənətçinin səhnədə silsilə çıxışlarına necə baxırsınız, siz bu addımı atarsınız?" sualına cavab olaraq öz adından "yox" cavabı verib. Bildirib ki, o, milli dəyərlərə söykənərək, fizioloyi vəziyyətini böyük kütləyə sıx şəkildə sərgiləməyəcək. Röya isə cavabını belə bildirib: "Mən onun kimi Bakı-İstanbul yolunda qalmamışam.
Oxumaq
04.11.09  
 
Rəssamlar arasında müsabiqə elan edilib
Səttar Bəhlulzadənin yubileyi münasibətilə keçirilir

Gənclər və İdman Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclər arasında Səttar Bəhlulzadə yaradıcılığının və bədii irsinin təbliğinin genişləndirilməsi, Azərbaycan təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağın artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar edilməsi, gənc rəssamların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi və onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasıdır.
Xəbərdə qeyd olunur ki, lirik mənzərələr, təbiət motivləri Səttar yaradıcılığının əsasını təşkil etdiyi üçün müsabiqə də məhz bu yanrı əhatə edir. Müsabiqədə 16-29 yaşı olan gənclər iştirak edə bilər. Bunun üçün iştirakçı müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim etməlidir.
Oxumaq
03.11.09  
 
Yuğ Teatrının aktyoru Polşada təcrübə keçəcək
Azərbaycan Dövlət Yuğ Teatrının gənc reyissoru Tural Mustafayev Polşanın Krakov Milli Teatrında təcrübə keçəcək. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan verilən məlumata görə, T.Mustafayevin Polşadakı təcrübəsi Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" və "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncama əsasən istedadlı gənclərin yaradıcılığını dəstəkləmək məqsədi ilə həyata keçiriləcək. Bu səbəbdən gənc reyissor Polşaya uzunmüddətli səfər edəcək.
Oxumaq
03.11.09  
 
Səhifələr : # « 93 94 95 96 97 98 99 100 101 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •