|
|
|
“Əzablı yollar” film-nağılı Rusiyada bərpa edilib
|
|
Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə xalq artisti, kinorejissor Tofiq İsmayılovun “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılını bərpa edib. Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
|
Oxumaq
16.11.11
|
| |
|
|
“Butterflies”ın klipi Türkiyə kanalında nümayiş olunacaq
|
|
Azərbaycanlı uşaqlardan ibarət “Butterflies” qrupunun yeni “Pirates Story” mahnısına çəkilən klip ilk dəfə Türkiyənin “TMB” musiqi kanalında göstəriləcək. Bu barədə qrupun yaradıcısı, bəstəkar Ülviyyə Vəliyeva məlumat verib: “Klip üçün “Butterflies” hazırlıqlar keçdi. Qızların plastikaları üzərində iş görüldü. “Pirates Story” mahnısına çəkiləcək klip üçün rəqs quruldu. Bu rəqsi uşaqlar üçün “Lets dance” rəqs məktəbinin rəhbəri Emin Qurbanov hazırlayıb”.
|
Oxumaq
16.11.11
|
| |
|
|
İlin sonuna kimi bütün otellər onlayn bronlaşdırma şəbəkəsinə daxil olacaq
|
Bu ilin sonuna kimi Azərbaycanda fəaliyyət göstərən bütün otellər onlayn bronlaşdırma şəbəkəsinə daxil olacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda otellərin onlayn bronlaşdırma sistemi artıq 3 ildir mövcuddur: “Bakı Turizm İnformasiya Mərkəzi nəzdində bu şəbəkə uzun müddətdir çalışır. Biz bunu türkiyəli həmkarlarımızla birlikdə həyata keçiririk. Doğrusu, bəzi otellər o şəbəkəyə daxil olmaqdan hələ çəkinirlər. Lakin düşünürük ki, otellərin hamısı bu şəbəkəyə qoşulacaq”.
|
Oxumaq
16.11.11
|
| |
|
|
Azərbaycan-Türkiyə mədəni münasibətləri mövzusunda dəyirmi masa keçiriləcək
|
Gaziantepdə “Azərbaycan-Türkiyə münasibətlərində ədəbiyyat, sənət, mədəniyyət və musiqi” mövzusunda dəyirmi masa təşkil olunacaq. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, dəyirmi masa Gaziantep Universiteti (GAUN) Türk Musiqisi Dövlət Konservatoriyası və Ədəbiyyat fənni fakültəsinin birgə təşkilatçılığı ilə Atatürk Mədəniyyət Mərkəzində gerçəkləşdiriləcək. Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, sənətçi Əhməd Şəfəq və Əfqan Salayevin dəyirmi masaya qatılacağı gözlənilir.
|
Oxumaq
16.11.11
|
| |
|
|
Bakı Uşaq Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək
|
Noyabrın 17-dən 21-ə qədər Türkiyənin Sinop şəhərində II Gerze Beynəlxalq Teatr Festivalı keçiriləcək. Gerze Bələdiyyəsinin təşkil etdiyi festivalda Azərbaycanı Bakı Uşaq Teatrı təmsil edəcək. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın verdiyi məlumata görə, dəvət Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğu dövrə təsadüf etdiyindən teatr festivalda “Vətən” tamaşası ilə çıxış edəcək. 30 dəqiqəlik sözsüz tamaşa Azərbaycan himninin və bayrağının yaranmasına həsr olunub. Tamaşanın quruluşu İntiqam Soltana və Ayşad Məmmədova məxsusdur. Rollarda Rauf Hüseynov, Niyaz Qasımov və Ruslan Mürsəlov iştirak edir.
|
Oxumaq
16.11.11
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|