Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
İlhamə Quliyevanın səhhəti pisləşib
Xalq artisti İlhamə Quliyevanın səhhətində problem yaranıb. Bu barədə Lent.az-a məlumat evrən mənbə bildirib ki, xalq artisti hazırda Moskvadakı xəstəxanaların birində müalicə olunur. Mənbə bildirir ki, Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənnilərdən bir çoxu İlhamə Quliyevanı xəstəxanada ziyarət edib.
İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli müğənninin hazırda Moskvada olduğunu təsdiqləyib, lakin əlavə edib ki, xalq artisti Rusiya paytaxtına səhhəti ilə bağlı getməyib: “İlhamə xanım Moskvadadır. Hər il olduğu kimi, bu il də o, sanatoriyalardan birində dincəlməyə gedib. Bir həftədən sonra Bakıya qayıdacağı gözlənilir”.
Oxumaq
06.12.11  
 
Qədir Rüstəmovda herpes virusu aşkarlanıb
40 gündən artıqdır ki, İstanbulun “Acıbadem” xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində olan Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Qədir Rüstəmovun şüurunun ayılmamasının səbəbi kimi herpes virusu göstərilir.
Bu barədə APA-ya açıqlama verən sənətkarın həyat yoldaşı Fatma Rüstəmova, xanəndənin səhhətində irəliləyiş olmadığını deyib. O bildirib ki, Qədir Rüstəmovun orqanlarının işləməsi, qan dövranın fəaliyyəti onları ümidləndirir: “Oğlum Rüstəm də Türkiyəyə gəlib və Qədirin yanına gedib onunla danışırıq.
Oxumaq
06.12.11  
 
“Hələ ki, Bakıda tamaşa oynamaq üçün imkanımız yoxdur”
İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə şəhərlərində uğurlu qastrol proqrammı ilə çıxış edib
Oxumaq
01.12.11  
 
Yorulmurlar, oğurlamaqdan…
Ermənilərin mənəvi sərvətimizi oğurlamaq cəhdləri uğursuzluqla nəticələndi

Ermənilərin yaxın günlərdə əl atdıqları növbəti Don Kixotluq da baş tutmadı. “Don Kixot” əsərindən maraqlı bir məqamı xatırladıb, sonra məsləyə aydınlıq gətirəcəyik. Belə ki, Don Kixot bütün əsər boyu gücünə görə olmayan arzuya – cəngavər olmağa əl atır.
Oxumaq
29.11.11  
 
“İkinci belə bir səs sahibi dünyaya gəlməyib”
Xan Şuşinskinin 110 illiyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib. Muğam Mərkəzinin foyesində görkəmli muğam ifaçısının həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirib. Yubiley mərasimi Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin rejissorluğu, Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynovun aparıcılığı ilə baş tutub.
Oxumaq
23.11.11  
 
Qədirin komadan ayılması tibdə möcüzə olacaq
“Qədirin həkimi bildirdi ki, o, komadan ayılsa, bu, tibdə möcüzə olacaq. Həkimlər vəziyyəti bu qədər ağır olmasına baxmayaraq, onun yaşamaq uğrunda mübarizə aparmasını onsuz da möcüzə sayırlar. Həkimi mənə dedi ki, Qədirdə olan bir neçə xəstəliklərdən birini belə yaşayan insan çoxdan dünyasını dəyişmişdi, o isə bu qədər xəstəliklə hələ də mübarizə aparır”. Bunu APA-ya açıqlamasında bir aydan artıqdır, İstanbulun “Acıbadem” Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində olan görkəmli muğam ifaçısı, xalq artisti Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib.
Oxumaq
23.11.11  
 
“Kontrabas” “ArtOkraina”dan uğurla qayıtdı
Sankt-Peterburqun “Qara çay arxasında” (“Za Çernoy rekoy”) teatrında II Beynəlxalq “ArtOkraina” mono və kiçik həcmli tamaşalar festivalı keçirilib. Festivala 5 ölkə - Azərbaycan, Rusiya, Ukrayna, Bolqarıstan, İsraildən 11 teatr kollektivi qatılıb. Azərbaycan isə Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən təmsil olunub.
Oxumaq
23.11.11  
 
Qədir Rüstəmovdan şad xəbər
Xanımı: “Böyrəyi, mədə-bağırsaq sistemi fəaliyyətini bərpa edib, süni nəfəs aparatından ayrılıb”

28 gündür İstanbulun Acıbadem Xəstəxanasında koma vəziyyətində olan Azərbaycanın xalq artisti Qədir Rüstəmovun səhhətində müəyyən irəliləyişlər var. Bunu Lent.az-a sənətkarın həyat yoldaşı Fatma Rüstəmova deyib.
Oxumaq
18.11.11  
 
Əfsanəvi “Qaya” 50 yaşını qeyd edəcək
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 18-də Heydər Əliyev Sarayında əfsanəvi “Qaya” kvartetinin yaranmasının 50 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Yubiley tədbiri ilə əlaqədar olaraq dünən mətbuat nümayəndələri ilə görüş olub. Tədbirdə “Qaya”nın yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev, ilk solistlərindən biri Rauf Babayev və yubiley tədbirinin rejissoru Cavid İmamverdiyev iştirak edib.
Oxumaq
18.11.11  
 
Psixiatriya xəstəxanasının xəstələri Bakı səhnəsində
Moskvada fəaliyyət göstərən “Dərviş” teatrının kollektivi xalq yazıçısı Elçinin “Şekspir” əsərini Bakıda Rus Dram Teatrında səhnələşdirib.
Bu barədə Lent.az-a teatrın bədii rəhbəri Mərdan Feyzullayev məlumat verib. Pyesin qəhrəmanları psixiatriya xəstəxanasının xəstələri və işçiləridir. Baş həkim və həkimlər monoton, bezikdirici həyatdan əziyyət çəkirlər, sanitar isə oğurluq edir. Xəstələrdən biri özünü Stalin hesab edir, birinə elə gəlir ki, Venera planetindən gəlib. Digəri özünü məşhur aktrisa Sara Bernar kimi təqdim edərək deyir ki, Culyettanı oynamaq arzusundadır.
Oxumaq
18.11.11  
 
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •