Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
Maykl Ceksonun ad günü münasibətilə Bakıda fleşmob keçirilib
Azərbaycanlı gənclər pop kralının ad gününü özünəməxsus şəkildə qeyd ediblər

Avqustun 29-da dünya pop musiqisinin kralı Maykl Ceksonun doğum günü bütün dünyada müxtəlif kütləvi tədbirlər, gecələr və fan klub görüşləri ilə qeyd olunub.
Oxumaq
31.08.10  
 
Yersiz iddia
Vidadi Bərdəlinin 35 ildən sonra nəhayət, yadına düşüb ki, “mən də bu sənətdə varam, niyə mənim fəxri adım olmasın?”

Keçən həftə toy müğənnisi Vidadi Bərdəli "Ay Zaur" verilişinin qonağı idi. Sözün düzü, onu ilk dəfə idi ki, ekranda görürdüm. Uşaqlıq illərimin yaddaşında da belə bir müğənninin qaldığını nə illah edirəmsə, xatırlaya bilmirəm ki, bilmirəm. Mənə qəribə gələn onun toylarda oxuduğu "Görəsən dünyaya nöş gəlib insan?" tipli mahnılarını veriliş boyu səsləndirməsi yox, fəxri ada iddialı olması idi. Nöşün ki, verilişin aparıcısı ona "Siz sənət aləmində olduğunuz yerdən razısınızmı?"- deyə sual verəndə bir ağızdan: "Mən 35 ildir ki, sənətdəyəm. Amma bu müddətdə qapılar döyməyi xoşlamamışam" cavabını verdi.
Oxumaq
28.08.10  
 
“Çalışmalıyıq ki, öz yolumuz olsun”
Təyyar Bayramov: «Demək olar ki, Məcnun obrazını özüm üçün hazırlamışam. Teatrın rəhbərliyi nə zaman məsləhət görsə, onda da oynayaram»

Bu gün muğam sənətimizi inkişaf etdirən, xarici ölkələrdə tanıdan çoxlu gənc ifaçılarımız var. Onların sırasında Opera və Balet Teatrının solisti Təyyar Bayramovun adı xüsusi çəkilir. Ölkəmizdə keçirilən muğam müsabiqələrinin və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olan Təyyar Bayramov bu uğurlarına görə özünü muğamımızın qüdrətinə və müəllimlərinə borclu sayır.
Oxumaq
27.08.10  
 
«Bacanaqlar» serialı başlamışdı…Bir gün prodüser zəng elədi…
Teymur Məmmədov: «Ssenaridə göstərilənlər jurnalistikanın o biri üzü, yəni mənfi tərəfidir. Yoxsa, normal jurnalistikadan söhbət getsə, film də o qədər baxımlı olmaz»

Hər həftənin şənbə günü ATV kanalında yayımlanan “Bacanaqlar” teleserialı artıq tamaşaçıların rəğbətini qazanıb. Yaradıcı heyətin hər serialda cəmiyyət üçün aktual olan mövzulara toxunması xüsusən tamaşaçıların ürəyindən xəbər verir.
Baş rollardan birinin ifaçısı, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Teymur Məmmədov  qəzetimizə müsahibəsində də bu marağı inkar etmədi.
Oxumaq
26.08.10  
 
Maestronun kimsəsiz muzeyi
Yöndəmsiz pillələri qalxıb, rəngləri qopuq-sökük divarların yanından keçib Niyazinin mənzil-muzeyin yerləşdiyi 3-cü mərtəbəyə çatanda laqeydliyin şahidi olursan

Bülbül prospekti 21. Bu məşhur binada dövrünün görkəmli musiqi xadimləri - Qara Qarayev, Maestro Niyazi yaşayıb. Binanın prospektə tərəf görünüşünün kifayət qədər baxımlı olmasına, 1-ci mərtəbəsində “Mango” mağazası kimi beynəlxalq brendin yerləşməsinə baxmayaraq, tikilinin iç tərəfi “üstü bəzək altı təzək” təsiri bağışlayır. Elə üstündə “Niyazinin mənzil-muzeyi” yazılan blokun girişi buranın maestronun adına layiq olmadığını xəbər verir. Yöndəmsiz pillələri qalxıb, rəngləri qopuq-sökük divarların yanından keçib mənzil-muzeyin yerləşdiyi 3-cü mərtəbəyə qalxanda bu laqeydliyin bir daha şahidi olursan.
Oxumaq
24.08.10  
 
Muğamatımızın ağsaqqalı
1924-cü ilin yay konsert mövsümü yenicə başlanmışdı. Bir gün bakılılar şəhərin küçələrinə vurulmuş afişalarda o vaxtadək əsla tanımadıqları bir xanəndənin adına rast gəldilər: İsfəndiyar Cavanşirov.

Şuşadan gəlmiş 22 yaşlı xanəndəni dinləmək üçün axşam şəhərin bütün incəsənət xadimləri və musiqi həvəskarları Filarmoniyanın binasına toplaşdılar.
O vaxtadək İslam Abdullayev, Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev və Seyid Şuşinski kimi xanəndələri dəfələrlə dinləmiş Bakı tamaşaçıları qarşıdakı konsertə böyük maraq göstərdilər. Nəhayət səhnədən elan olundu:
Oxumaq
21.08.10  
 
“12 yaşlı azərbaycanlı...”
Maykl Ceksonla vida mərasimində Şahin Cəfəroğlunun oxuduğu mahnı bütün zalı ayağa qaldırdı
Oxumaq
20.08.10  
 
Əbülfəs Qarayev: “Baş verənlər teatr daxili məsələlərdir”
“Biz teatr sektorunda daxili islahatlara başlamışıq və heç kəs gözləməməlidir ki, islahatlar çərçivəsində hər şey hamar gedəcək. Kiminsə peşəkarlıq səviyyəsinə tənqidi baxış ola bilər. Teatrlarda bu islahatlara hazır olmayan aktyorların olması da mümkündür. Buna təəccüblənmək lazım deyil, təbii prosesdir, bunlar axarına düşəcək, zaman bunları yerinə qoyacaq. Ancaq biz bu islahatlardan vaz keçən deyilik”.
Oxumaq
17.08.10  
 
Mamukanın müəmmalı ölümü
Kinomanlar onu daha çox “Yaramaz” filmindən tanıyırlar. Ancaq gürcü və rus kinosevərləri üçün o çox sevimli və məşhur aktyordur.
Mamuka Kikaleyşvili Tbilisidə doğulub. Onun anası Gürcüstanın Xalq artisti Leyla Dzuqraşvili bütün ömrü boyu Şota Rustaveli adına teatrda çalışıb. Atası Andro Kikaleyşvili onun direktoru olub.
Oxumaq
12.08.10  
 
Anım
Oqtay Kazımi “Əlvida” dedi

 “İlk məhəbbət”in şirinliyi, “Sənsiz”liyin acısı, “Dünya”nın faniliyi, “Cavanlığım”ın həsrəti vardı onun mahnılarında. Efirdən “İnsan”, “O sənli günlərim”, “İnanmaram”, “Şənlik nəğməsi” səslənən kimi Oqtay Kazımı yada düşür. Şövkət xanım, Mirzə Babayev, Rəşid Behbudov, Flora Kərimova kimi korifey sənətkarların ifasında səslənib onun mahnıları. Sonradan bu ürəyəyatımlı mahnılara neçə-neçə gənc və istedadlı müğənnilər  müraciət edib. Zaman-zaman qəlblərə köçüb, ürəklərdə yuva salıb həmin mahnılar.
Oxumaq
11.08.10  
 
Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •