|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
|
“Bizi yenə də çağdaş dramaturqların əsərləri xilas edəcək”
|
Xalq artisti Ağaxan Salmanlı: «Bu gün bizim oynadığımız teatr xaricə çoxdan məlumdur və onun üçün maraqsızdır»
Bu günlərdə Akademik Milli Dram Teatrında kadr dəyişikliyi baş verdi. Belə ki, teatrın direktoru əvəzləndi, baş rejissor isə vəzifəsindən kənarlaşdırıldı. Bu dəyişikliyin ümumən teatrın yaradıcı ab-havasına təsir edəcəyini söyləyənlər çoxdur. Sənət ocağının yeni direktoru İsrafil İsrafilov işə islahatlardan başlayacağını bildirib. Direktor tamaşaların səviyyəsindən narazılığını söyləməklə “Azərbaycan teatrı həmişə repertuardan, dramaturgiyadan incik düşüb”, “Klassik əsərlərə mütləq müraciət olunacaq” və s. kimi fikirlər səsləndirib. İ.İsrafilov həmçinin tanınmış aktyorların oyunundan da narazılığını gizlətməyib...
|
Oxumaq
20.05.10
|
| |
|
|
Anım
|
Səhnəmizin ən gözəl və ən uzunömürlü Leylisi
Böyük bir sənət yolunun yolçusu idi Həqiqət Rzayeva. O, təkcə mahnı ifa etmirdi, insanları öz incə qəlbinin, böyük ürəyinin duyğu və hisslərinə tabe edərək xüsusi bir sehrə salırdı, ovsunlayaraq tərbiyə edirdi. Onun səhnəyə qədər keçdiyi yol çox ağır olmuşdu. 5 aylıq körpə ikən atası vəfat etmiş, ailənin bütün yükü anasının çiyinlərinə düşmüşdü. Anası Zeynəb əl işləri görməklə ailəni dolandırmağa məcbur idi. Həqiqətinsə oxumaq vaxtı çoxdan çatmışdı, ancaq təhsil almaq üçün heç bir maddi imkan yox idi. Elə bu zamanlar Lənkəranın mədəni həyatında çox mühüm hadisə baş verir. Gənc müəllimə Məryəm xanım Bayraməlibəyova öz evində ilk qız məktəbi təşkil edir. Həqiqətin anası qızının əlindən tutaraq birbaşa Məryəm xanımın yanına gətirir: "Allah eşqinə, mənim qızıma da yazı-pozu öyrət, bəlkə o da bir ağ günə çıxdı" - deyir.
|
Oxumaq
20.05.10
|
| |
|
|
Aktrisanın son ümidi
|
Həmişə danışırdı ki, onu ruhu xəstə hesab edirlər. Həyatın və insanların ona olan bu istehzasına görə olmazın iztirablar çəkirdi aktrisa Tanınmış aktrisa Ofeliya Aslan 71 yaşında vəfat edib. Ailəsinin verdiyi məlumata görə, aktrisa 2 ilə yaxındır, xəstə imiş. Son günlər isə vəziyyəti lap ağırlaşıb və ürək tutmasından dünyasını dəyişib.
|
Oxumaq
19.05.10
|
| |
|
|
“Aktyorlarımız özlərinə diqqət etmirlər, yeyirlər, piylənirlər...”
|
“Azdrama”nın yeni direktoru İsrafil İsrafilov: “Aparılacaq islahatlara aktyor heyətinin müəyyən bir hissəsi davam gətirə bilməyəcək”
Ötən həftə sonu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı sərəncamlar əsasında Azərbaycanın mədəniyyət ocaqlarında bir sıra kadr dəyişikləri olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, eləcə də Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyində dəyişikliklər baş verib. İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov Akademik Milli Dram Teatrına, Çingiz Fərzəliyev isə Dövlət İncəsənət Muzeyinə direktor vəzifəsinə təyin edilib. Akademik Milli Dram Teatrının yeni direktoru İsrafil İsrafilov yeni təyinatla bağlı ilk müsahibəni APA-ya verib.
|
Oxumaq
18.05.10
|
| |
|
|
«Şou-biznes» proqramları niyə mənəvi dəyərlərimizin cəlladına çevriliblər?
|
|
Deyirəm keçmiş zamanlarda televiziya - filan yox idi deyənə insanlar öz mənəvi dəyərlərini, əxlaq kodekslərini zamanın qasırğasına qurban vermirdilər. Necə də qəribə zamanlar və necə də gözəl illər idi. Zəmanə indi də gözəldir. Zəmanənin günahı nədir ki. İnsan acizliyindən hər şeyi zəmanənin üzərinə atır. Amma… Hə, kaş bu əmma olmasaydı əla olardı. Siz məni bir növ nostalji hisslərə qapılmaqda suçlaya bilərsiniz. Amma yüzdə-yüz bilirəm ki, hər bir oxucu mənim yazdığım bu fikirlərlə razıdır. Niyə?, - çünki bütün bu yazdıqlarımız BÜTÜNLÜKDƏ CƏMİYYƏTİN İÇİNDƏN GƏLƏN SƏSDİR!
|
Oxumaq
18.05.10
|
| |
|
|
Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq
|
Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və Serbiya hökuməti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Bu barədə APA-ya Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib. Məlumata görə, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti zəngin və qədim tarixə malik olan Azərbaycan və serb xalqları arasında körpü rolu oynamaq, xalqların mədəni irsi, tarixi, mədəniyyəti, musiqisi, xalq yaradıcılığı, milli rəqsləri və s. ilə yaxından tanış etmək və mədəni əlaqələrin inkişafına töhfə verməkdən ibarət olacaq. Bildirilib ki, mərkəzin yaradılması, həmçinin Azərbaycan və serb xalqları arasında mədəni əlaqələrin yeni səviyyəyə yüksəlməsinə, iki ölkə ziyalılarının, mədəniyyət xadimlərinin, incəsənət ustalarının bir-biriləri ilə sıx təmas qurmalarına, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, Azərbaycan və Serbiya mütəfəkkirlərinin, müəlliflərinin dünya mədəniyyət xəzinəsinə baxış etdikləri incilər və əsərlərinin iki dilə tərcümə edilməsinə və s. yaxından yardım edəcək.
|
Oxumaq
12.05.10
|
| |
|
|
Adil İsgəndərovun 100 yaşıında
|
|
Mayın 5-də Azərbaycanın görkəmli rejissoru və aktyoru Adil İsgəndərovun anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar mərhum sənətkarın uzun illər çalışdığı Azərbaycan Dövlət Akademik Milli Teatrın kollektivi onun II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Ziyarət zamanı teatrın rəhbərliyi, eləcə də aktyor və aktrisalar Adil İsgəndərovun Azərbaycan teatrına verdiyi töhfələrdən danışıblar. Teatrın direktoru Maqbet Bünyatov milli teatrımızın 25 ilinin onun adı ilə bağlı odluğunu diqqətə çatdırıb:
|
Oxumaq
06.05.10
|
| |
|
|
Arnold Şvartseneggerə Azərbaycan xalısı hədiyyə olundu
|
Kaliforniya ştatının qubernatoru Arnold Şvartsenegger Azərbaycanın Los-Ancelesdəki konsulluğunun əməkdaşları ilə görüşüb. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun bildirdiyinə görə, Şvartseneggerə üzərində qubernatorun şəkli olan Azərbaycan xalısı hədiyyə edilib. Xalı Müşfiq Babayev tərəfindən hazırlanıb. Görüş zamanı baş konsul Elin Süleymanov və konsul Elman Abdullayev hər il Respublika günü münasibətilə azərbaycanlılara ünvanladığı təbrikə görə, Şvartseneggerə minnətdarlıq ediblər. Qubernator isə öz növbəsində Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib, Vaşinqtonun Azərbaycanla münasibətləri uzunmüddətli və strateji əsasda quracağına ümidini ifadə edib.
|
Oxumaq
05.05.10
|
| |
|
|
“Qafqaz-Caz” beynəlxalq festivalı başladı
|
Mayın 1-də Tiflis (Gürcüstan) Dövlət Konservatoriyasında “Qafqaz-Caz” beynəlxalq festivalının açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ABŞ-ın Gürcüstandakı səfirliyinin mədəniyyət üzrə koordinatoru Qiqi Quledani bildirib ki, beynəlxalq festival ABŞ-ın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutub. Onun sözlərinə görə, festivalda Gürcüstan, Azərbaycan və Ermənistanın caz qrupları iştirak edir: “Azərbaycandan iki caz qrupu gəlib. Festivalın ilk günü Tiflis Dövlət Konservatoriyasının böyük səhnəsində hər üç ölkənin milli caz ustaları öz proqramları ilə çıxış ediblər.
|
Oxumaq
04.05.10
|
| |
|
|
Musiqili Komediya Teatrının kollektivi bölgələrdə
|
|
Yüz illik yubiley tədbirlərini genişləndirən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi “Bizim 100 yaşımız var” layihəsi çərçivəsində tədbirlər silsiləsinə müxtəlif rayonlara səfərləri də daxil edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Gəncədə, Salyanda, Yevlaxda, Şəkidə uğurla çıxış edən kollektiv mayın 5-də Neftçala rayonunda tamaşaçılarla görüşəcək. Burada xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası nümayiş olunacaq. Neftçala səfərindən sonra başqa rayonlarda da görüşlər nəzərdə tutulur.
|
Oxumaq
04.05.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
|
|