Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 45 46 47 48 49 50 51 52 53 » #
Musiqili Komediya Teatrının sosial layihəsi
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi kimsəsiz ahılları yad etmək və onları Müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmək üçün Bilgəh qəsəbəsindəki qocalar evinə baş çəkəcək.
Sentyabrın 9-da keçiriləcək konsert proqramında teatrın aparıcı aktyorları Əliməmməd Novruzov, Ülkər Əliyeva, Günay Əhmədova, Novruz Qartal, Rəsmiyyə Nurməmmədova, Ramil Qasımov, müğənni Aqil Rzayev iştirak edəcək. Qonaqlar konsert proqramı ilə yanaşı, həm də tamaşalardan səhnələr göstərəcəklər.
Oxumaq
07.09.10  
 
“Azdrama”-nın açılışı yaxın aylarda olacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında aparılan əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir

Teatrın direktoru İsrafil İsrafilovun Lent.az-a verdiyi məlumata görə, hazırda əsasən texniki işlər həyata keçirilir: “Avadanlıqlar yerləşdirilir, telefon xətləri çəkilir, liftin işi tənzimlənir. Bundan başqa binanın ətrafı abadlaşdırılır. Əsas işin 95 faizi artıq həyata keçirilib”.
Direktorun sözlərinə görə, teatrın açılışı yaxın aylarda baş tutacaq. Noyabrın əvvəlində dünyanın məşhur teatrşünaslarının iştirakı ilə baş tutacaq iki günlük Beynəlxalq Teatr Konfransı məhz teatrın yeni binasında keçiriləcək. Bundan başqa həmin ay Çexov adına Beynəlxalq teatr festivalının “İpək yolu” mərhələsi də baş tutacaq.
Oxumaq
07.09.10  
 
“Amerikalı” filmi satış üzrə lider olub
Corc Kluninin iştirak etdiyi “Amerikalı” filmi Amerika prokatında “Maçete” filmini geridə qoyub

İtv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məşhur fotoqrafçı və klipmeyker Anton Korbiynanın çəkdiyi “Amerikalı” filmi payız mövsümünün ilk həftə sonu Amerika prokatının lideri olub. Film sentyabr ayının 3-dən 5-nə kimi 13 milyon dollar qazanıb.
 Bu həftə sonu isə «Amerikalı» filmin satışdan 16 milyon dollar qazanacağı gözlənilir.
Satış üzrə ikinci yerə 11,5 milyon dollar kassa mədaxili ilə “Basqınçılar” filmi yer alıb. Bir həftə öncə bu film 21 miyon dollar qazanaraq satış üzrə lider olub.
Oxumaq
07.09.10  
 
Səhifənin rubrikası – yubiley
“Tanrıya minnətdaram ki, bu yaşa qədər yaşamışam”

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan  Dram Teatrı 129-cu mövsümünün açılışına hazırlaşır. Yeni mövsümü Dərbənd şəhərində qarşılayacaq teatr kollektivi  20 gün müddətində Mahaçqalada və ətraf rayonlarda “Xilaskar” və “O olmasın, bu olsun” tamaşaları ilə çıxış edəcək. Kollektivin yeni mövsüm sevincinə teatrın direktoru İftixar Piriyevin 50 illik yubileyinin sevinci də qarışıb. Yubilyar özü isə 50 yaşını indiyə qədər yaratdıqlarının mənzərəsindən boylanan
bir ömür kimi dəyərləndirir.
Oxumaq
07.09.10  
 
Teatrlar: pərdələr açılsınmı?
Teatrsevərlər yeni teatr mövsümünün açılışını səbirsizliklə gözləyirlər

Paytaxtın əksər teatrları ənənəyə uyğun olaraq qapılarını sentyabrın 19-da tamaşaçıların üzünə açacaqlar. Amma istisnalar da var. Səbəbini isə teatrlardan əldə etdiyimiz məlumatlardan biləcəksiniz.
Oxumaq
04.09.10  
 
«Tamaşaçıları gözləyirəm...”
Xalq artisti Yaşar Nuri 60 yaşın astanasındadır. Deyir ki, yaşla bağlı heç bir qorxusu yoxdur. Sadəcə, ömrün keçdiyinə təəssüflənir

Onun oynamaq istədiyi rollar, arzusunda olduğu tamaşalar var... Bir də həyatdan kim doyur ki...
Sentyabrın 3-də qeyd edəcəyi doğum günü ərəfəsində qəzetimizə müsahibə verən aktyor onu da bildirdi ki, ömür Tanrının qismətidir. Tanrının yazdığına isə pozu yoxdur. 
Oxumaq
02.09.10  
 
Xatirələrlə dolu ev
Abdulla Şaiqin ev muzeyin qarşısı maşın dayanacağını xatırladır. Hələ muzeyin düz qabağında mer-meyvə, göy-göyərti satanlarla qarşılaşanda təəccübdən donub qalırsan
Oxumaq
01.09.10  
 
“Emmi” televiziya mükafatının nominantları elan olunub
“Ağılsızlar” filmi üçüncü dəfə bu nüfuzlu mükafatı qazanıb

Los-Ancelesdə “Emmi” televiziya mükafatının 63-cü təqdimetmə mərasimi keçirilib. Mərasim avqust ayının 29-da  NBC kanalı ilə yayımlanıb. "Ağılsızlar” filmi “ən yaxşı dramatik serial” kateqoriyasında  üçüncü dəfə “mükafata layiq görülüb. Bu  nominasiyada “Sağ qalmaq” (“Lost”), “Breaking Bad”, “Dekster” (Dexter), “Yaxşı qadın” (The Good Wife) və “Əsl qan” (True Blood) kimi seriallar da təqdim olunub.
“Ən yaxşı komik serial” adına “Amerikalı ailə” (“Modern Family”) filmi layiq görülüb. Bu mükafat uğrunda “Ofis” (“The Office”), “Mahnı” (“Glee”), “Curb Your Enthusiasm”, “Cekin bacısı” (Nurse Jackie ) və “ 30 sarsıntı” (30 Rock) filmləri də mübarizə aparıblar.
“Ən yaxşı dramatik aktyor” nominasiyasında “Breaking Bad” serialında  Uolter Uayt adlı müəllimi canlandırdığına görə,  aktyor Brayan Krenston mükafata  layiq görülüb. Bu mükafat Krenstona artıq üç il ardıcıl olaraq verilir.
Oxumaq
31.08.10  
 
Türkmənlərin fontanı rekordlar kitabına düşdü
Türkmənistanın paytaxtı Aşqabad şəhərindəki “Oğuzxan və oğlanları” fəvvarələr kompleksi dünyanın ən nəhəng fəvvarələr kompleksi kimi Ginnesin rekordlar kitabına salınıb. Bu barədə Türkmənistan dövlətinin mətbuat xidməti məlumat yayıb.
Günəş batareyaları ilə işləyən 27 rəngli fəvvarə 14,82 hektar sahəni əhatə edir. Memarlıq kompleksinin mərkəzində ilk Türkmən dövlətinin banisi Oğuzxan və onun altı oğlu at belində dayanıblar. Onlar sanki Aşqabad Beynəlxalq aeroportundan mərkəzə gələn avtomobil yolunda  qonaqları “qarşılayırlar”
Oxumaq
31.08.10  
 
Xan Şuşinskinin barelyefi ayaq altında qalıb
Azərbaycanın dahi muğam ustası Xan Şuşinskinin Üzeyir Hacıbəyov 37/43 ünvanındakı barelyefi ayaqlar altında qalıb. Bunu Lent.az-a sənətkarın qızı Bəyimxanım Verdiyeva bildirib.
Onun sözlərinə görə, barelyef il yarım bundan öncə binanın təmirilə əlaqədar sökülüb. Lakin təmir işləri yekunlaşsa da, barelyef hələ də yerinə asılmayıb: “Bu mənzil atama ulu öndər Heydər Əliyev tərəfindən verilib. Barelyef isə 2001-ci ildə yubiley ərəfəsində vurulub. Həmin il Heydər Əliyevin sərəncamı ilə atamın 100 illik yubileyi qeyd olunurdu. İl yarım əvvəl binanın fasadı ağardılan zaman dörd barelyef söküldü. Təmir artıq çoxdan başa çatıb.
Oxumaq
31.08.10  
 
Səhifələr : # « 45 46 47 48 49 50 51 52 53 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •