Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 44 45 46 47 48 49 50 51 52 » #
“Sahə” filminin “Oskar” mükafatına namizədliyi irəli sürüləcək
Azərbaycan filmi dünyanın ən məşhur film mükafatı olan “Oskar”a təqdim olunub. Azərbaycan və Gürcüstanın birgə istehsalı olan “Sahə” filmi Oskar Komitəsinin 30 avqust 2010-cu il tarixində keçirilən iclasının qərarına görə bədii tammetrajlı film kimi Amerika Kino Akademiyasının üzvlərinin ixtiyarına təqdim olunacaq. Filmin istehsal olunduğu “Nərimanfilm” Kinostudiyasından APA-ya verilən məlumata görə, “Sahə” filminin namizədliyi Azərbaycan tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcək.
Oxumaq
14.09.10  
 
Heydər Əliyev Sarayı yeni layihəyə start verib
Heydər Əliyev Sarayının təşəbbüsü ilə gənc ifaçılara dəstək olmaq məqsədi ilə sentyabrın 28-də “Böyük səhnəyə yol” adlı konsert proqramı keçiriləcək.

Bu barədə Lent.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib: “Əməkdar artist Aybəniz Haşımovayla çalışmağa qərar verdik. 1975-80-cı illərdən başlayaraq, nəinki gənc ifaçıların - estrada müğənnilərinin, aşıqların, muğam ifaçılarının, hətta bir sıra aktyorların üzə çıxmasında böyük rolu olan “İstedadlar axtarırıq” adlı müsabiqələrin keçirilməsini nəzərə alsaq, artıq bu sahədə Heydər Əliyev adına Sarayın böyük təcrübəsi olduğunu görərik.
Oxumaq
09.09.10  
 
Ancelina Coli Pakistana gedib
Bir müddət əvvəl o, dünya ictimaiyyətini güclü daşqınların baş verdiyi Pakistana yardımları artırmağa çağırmışdı

Məşhur aktrisa, BMT-nin xoşməramlı səfiri Ancelina Coli güclü daşqınların baş verdiyi Pakistana səfər edib. Məqsəd dünya ictimaiyyətinin diqqətini  daşqınların təsirinə məruz qalmış və humanitar yardıma ehtiyacı olan insanların problemlərinə yönəltməkdir. Aktrisa ikigünlük səfərinə də məhz  təbii fəlakət  bölgəsindən başlayıb.
Oxumaq
09.09.10  
 
Azərbaycan filmi beynəlxalq festivalda mükafat alıb
Rumıniyada ənənəvi 12-ci Beynəlxalq “Eko-etno-folk” festivalı keçirilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, festivalda 34 ölkədən 140 film nümayiş olunub. Festivalda Azərbaycan filmi böyük uğur qazanıb. AzTV-nin proqram direktorluğunun dizayn və anons şöbəsinin baş rejissoru Yusif Quliyevin “Xoşbəxt olun” sənədli filmi festivalın etno-kino mükafatına layiq görülüb.
Film Azərbaycanın qədim adət-ənənələrinin əks olunduğu toy şənliyinə həsr edilib. Çəkilişləri Masallıda aparılan filmin prodüsseri Alina Abdullayevadır.
Oxumaq
09.09.10  
 
“Mercury Prize” mükafatına “The XX” kollektivi layiq görülüb
Mükafat pulunu qrup səsyazma avadanlığa xərcləyəcək

İtv.az “Sky News”-a istinadən xəbər verir ki, hər il ən yaxşı britaniya musiqi albomuna verilən nüfuzlu “Mercury Prize” mükafatı, bu il “The XX” gənc kollektivinin eyni adlı musiqi albomuna təqdim olunub. 
“The XX” əvvəlcədən favorit hesab olunurdu. Lakin qalibin adını açıqlamazdan əvvəl bukmekerlər bildiriblər ki, mükafata 52 yaşlı Pol Ueller  özünün "Wake Up the Nation" adlı  sayca 10-cu albomu ilə iddialıdır.
Oxumaq
09.09.10  
 
“Bu sənətdə sinə gərmişəm”
Aşıq Ulduz Quluyeva: «Ən görkəmli sənətkarlarla səhnəyə çıxmışam. Yaqub Məmmədov, Əbülfət Əliyev, Tükəzban İsmayılova kimi sənətkarlarla muğam dəsgahları oxumuşam»

Dastanlarımızı, bayatılarımızı atasının və dövrünün sayılıb-seçilən aşıqlarının ağzından qopan musiqi sədaları altında lap uşaqlıqdan eşidib. Nəğmələşən şeirlərin, sözlərin qüdrətini hiss edib. Bu işığın qəlbinə düşən şüalarını sənət eşqinə çevrilərək  o da Aşıq olmağı düşünüb. Uşaqlıq illəri çoxdan xatirələr dünyasına köçüb. Aşıq Ulduz Quluyevanın yaddaşında qalan isə o dövrün sazlı-sözlü mühiti, sənətə olan məhəbbətdir. O özü də illərdən bəri Aşıq sənətinin yaşaması, çiçəklənməsi uğrunda fədakarlıqla çalışır.
Oxumaq
08.09.10  
 
Mədəniyyət telekanalının açılması ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı
Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
MTRŞ sədri deyib ki, elan olunan müsabiqəyə bir ay ərzində yalnız “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti müraciət edib. Şura yalnız bir iştirakçı müraciət etdiyi üçün qanunvericiliyin tələblərini əsas tutaraq müsabiqənin müddətinin bir ay uzadılması barədə qərar qəbul edib.
Oxumaq
07.09.10  
 
Tahir Salahovun şəxsi arxiv fondu yaradılacaq
Dövlət Film Fondunda xalq rəssamı Tahir Salahovun şəxsi arxiv fondu yaradılacaq. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. O bildirib ki, bu arxiv kolleksioner Miçiaşvili tərəfindən Moskvadan fonda daxil olmuş foto-sənədlərdən, eləcə də bu yaxınlarda Litva vətəndaşının şəxsi arxivindən daxil olacaq foto-sənədlərdən təşkil olunacaq. C. Quliyevin sözlərinə görə, Litvanın şəxsi arxivindən Tahir Salahovun 8 foto-sənədi təqdim olunacaq.
Bununla yanaşı, bu günlərdə Litvadan Dövlət Film Fonduna unikal foto sənədin neqativi təqdim olunub. Mərhum ölkə başçısı Heydər Əliyev, xalq rəssamı Tahir Salahov və xalq yazıçısı İmran Qasımovun birgə fotosu 1970-ci ilin ortalarında Moskvada Kreml Sarayında lentə alınıb.
Oxumaq
07.09.10  
 
“Boney M” qrupu Bakıda konsert verdi
Azərbaycanın əsas pivə istehsalçısı olan “Baltika-Bakı” şirkətinin sponsorluğu ilə “Boney M” qrupunun Bakıda əfsanəvi konserti keçirilib. Mərdəkanda dəniz kənarında keçirilən konsertdə “Boney M” qrupu “Daddy Cool”, “Ma Baker”, “Rasputin”, “Sunny” və digər hit mahnılarını ifa edib.
Oxumaq
07.09.10  
 
Müğənni Rəqsanə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Azərbaycanın populyar müğənnisi Rəqsanə İsmayılovanın səhhətində ciddi problem yaranıb. Trend Life-ın məlumatına görə, bu, ifaçısının sayca 10-cu plastik cərrahiyyə əməliyyatı keçirməsindən sonra baş verib.
Rəqsanənin prodüsseri Təranə Səmədova bildirib ki, əməliyyat bu gün səhər Bakıdakı Xətai klinikasında keçirilib. "Səhər Rəqsanə mənə əməliyyata girdiyi haqda SMS yazdı. Sonradan onun bacısı mənə Rəqsanənin səhhətinin kəskin şəkildə pisləşdiyini bildirdi. Rəqsanə telefonu söndürdüyündən onunla əlaqə yarada bilmədim".
Rəqsanənin əməliyyat keçirdiyi klinikadan müğənninin orada olduğunu təsdiqləsələr də, onun səhhəti haqda hər hansı açıqlama verməyiblər.
Oxumaq
07.09.10  
 
Səhifələr : # « 44 45 46 47 48 49 50 51 52 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •