Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
Səhifələr : # « 43 44 45 46 47 48 49 50 » #
İlhamə Quliyeva plastik əməliyyat keçirdi
Müğənni özünü yaxşı hiss etdiyini bildirib

Xəbər verdiyimiz kimi, Xalq artisti İlhamə Quliyeva ayağında aparılan əməliyyatdan sonra onun çapıqlarını itirmək məqsədi ilə eyni nahiyədə plastik əməliyyatın aparılmasına razılıq verib. Bu həftə keçirilən əməliyyat uğurla başa çatıb. Müğənninin mətbuat əlaqələndiricisi bildirib ki, əməliyyat 1 saat çəkib və müğənni reanimasiya şöbəsinə deyil, birbaşa palataya köçürülüb: "İlhamə xanım özünü yaxşı hiss edir. Lakin bu xəbər bəzi insanların şayiə yaymasına rəvac verib. Bir çoxları onun ayağından deyil, bədəninin başqa nahiyəsindən plastik əməliyyat keçirdiyi barədə söhbətlər yaymaqdadır. Bu xəbərlər həqiqətə uyğun deyil".
Oxumaq
29.10.09  
 
Mənsum İbrahimovun tələbələri məharətini göstərəcək
Heydər Əliyev Sarayında muğam gecəsi təşkil edilir

Bu ilki konsert mövsümünü maraqlı tədbir və konsert proqramları ilə başlayan Heydər Əliyev Sarayı ənənəsini davam etdirir. Sarayın mətbuat əlaqələndiricisinin məlumatına görə, növbəti konsert proqramı muğam həvəskarları üçün nəzərdə tutulub.
YUNESKO tərəfindən "Bəşriyyətin şifahi və mənəvi irsinin şedeverləri" siyahısına daxil edilən muğam sənətimizin gənc ifaçılarının paytaxtın mərkəzi səhnəsində 8 noyabr tarixində "Gəncləşən muğam" adlı konserti təqdim ediləcək.
Oxumaq
29.10.09  
 
Musiqiçilərimiz Ukraynada silsilə konsertlər veriblər
Əyyub Quliyev: "Bu konsertlərdə də hiss etdim ki, tara maraq böyükdür"

Beynəlxalq müsabiqələr laureatı, diriyor Əyyub Quliyev bu günlərdə Ukraynadan səfərdən qayıdıb. Diriyorun sözlərinə görə, sözügedən ölkədə Azərbaycanın Müstəqillik günü ilə bağlı silsilə konsertlər verib. Konsert Ukraynanın Donetsk və Kiyev şəhərlərində keçirilib.
Əyyub Quliyevin sözlərinə görə, Donetsk Dövlət Opera Teatrında baş tutan ilk konsertin təşkilatçısı Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyi olub. Azərbaycanın Ukraynadakı səfirliyi isə konsertə təşkilati dəstək verib: "Konsertdə mənimlə bərabər tarzən, professor Ramiz Quliyev, muğam ifaçısı Elməddin İbrahimov və kaman ifaçısı Mərkəz Əliyev də iştirak edirdi. Konsertdə məqsəd həm klassik, həm də milli musiqini təbliğ etmək olub".
Oxumaq
29.10.09  
 
"Çanaqqaladan başlayan yol" filminin təqdimatı keçiriləcək
Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında "Çanaqqaladan başlayan yol" filminin təqdimetmə mərasimi keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilən film "AQAP" prodüser mərkəzinin istehsalıdır. Filmin quruluşçu reyissoru Rövşən İsmayılov, ssenari müəllifi Arzu Qazıyeva, prodüseri Bəxtiyar Həsənovdur.
Arzu Qazıyevanın məlumatına görə, film 1920-1922-ci illərdə Türkiyənin villi istiqlal savaşına Azərbaycan türklərinin yardımından bəhs edir. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən dəstək alan "Çanaqqaladan başlayan yol" filmində XX əsr Azərbaycan, eləcə də Türkiyə tarixində bəzi qaranlıq məqamlarla yanaşı, açılmamış çoxlu şərəfli səhifə var. Ssenari müəllifinin sözlərinə görə, bu filmi digər ekran işlərindən fərqləndirən cəhət araşdırma xarakteri ilə seçilir: "Türkiyəyə qarşı Balkan savaşları başlayan ərəfədə Bakıda zəngin insanlar xeyriyyə cəmiyyəti yaratmışdılar.
Oxumaq
28.10.09  
 
Seyran Səxavətin kitablarının təqdimatı keçiriləcək
Bu gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı Seyran Səxavətin "Bəhanə" və "Yəhudi əlifbası" kitablarının təqdimat mərasimi keçiriləcək. Həmin gün saat 13-dən etibarən isə eyni ünvanda yerləşən "Bayatı" kitab mağazasında müəllifin "İmza günü" olacaq. Oxucular burada müəllifdən kitablarını avtoqrafla almaq imkanı qazanacaqlar.
Oxumaq
28.10.09  
 
"Eurovision"un səsvermə qaydalarında dəyişiklik edilib
2010-cu ilin mayında Osloda keçiriləcək 55-ci "Eurovision" mahnı müsabiqəsinin səsvermə qaydalarına dəyişiklik edilib. Müsabiqənin rəsmi saytının yaydığı xəbərdə qeyd olunur ki, Avropa Yayım Birliyinin (EBU) qərarına əsasən, artıq tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmayacaqlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin SMS nömrəsinə səs göndərə biləcəklər.
Oxumaq
28.10.09  
 
Yeganə Bakıya nişanlısı ilə gəlir
Onlar toy günlərini açıqlayacaqlar

Müğənni Yeganənin Türkiyədə bir ildir mütəmadi yaşamasının səbəbləri bəlli oldu. Əldə etdiyimiz məlumata görə, azərbaycanlı müğənni şəxsi həyatı ilə bağlı Türkiyədən qopa bilməyib. Gənc və subay müğənni gələcək həyat yoldaşını məhz Türkiyədə tapıb. Hətta bu ikili arasında nişan mərasimi də keçirilib. Ötən həftə sonu Bakıya qısamüddətli səfəri zamanı Yeganə yayılan bu məlumatı təsdiqləyib. Hətta müğənni onu da diqqətimizə çatdırıb ki, bu həftə sonu o, türk nişanlısı ilə birgə yenidən Bakıya gələcək. Cütlük ilk dəfə olaraq bu səfər müddətində yerli media və ictimaiyyətin qarşısına çıxacaq.
Oxumaq
27.10.09  
 
Sənubər İsgəndərli reyissorluq edəcək
Onu bu peşəyə Ülviyyə Könül meyilləndirib

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli reyissorluq edəcək. Bu barədə danışan aktrisa bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Vəkil hekayələri" adlı film çəkilir. Filmə əsas reyissorluğu klipmeyker Ülviyyə Könül edəcək: "Əvvəlcə qeyd edim ki, Ülviyyə xanım ilk dəfə mənim "Məhəbbət olmayanda" klipimi çəkməklə reyissorluq işinə başlayıb. Bu klip ona reyissor kimi uğur gətirdiyindən mənə həmişə deyir ki, "sən mənim talismanımsan". Ona görə də sözügedən filmin ikinci reyissoru kimi məni həmin filmdə görmək istədi və mən məmnuniyyətlə razılığımı bildirdim".
Oxumaq
27.10.09  
 
Nazpəri Dostəliyeva "Eurovision" namizədləri ilə eyni səhnədə
Müğənni klipə duet ortaqları ilə çəkilib

Xalq artisti Nazpəri Dostəliyeva növbəti klipinin çəkilişlərini bitirmək üzrədir. Müğənninin mətbuat əlaqələndiricisi bildirib ki, ekran işində Nazpəri xanım tək deyil, yeni həmkarları ilə görünür. Xalq artistinin budəfəki duet ortaqları "Eurovision-2010" yarışmasına namizədlərindən olan "NEXT" qrupudur. Klip isə yeni aranyimanda hazırlanan "Getdi yar" xalq mahnısına çəkilir.
Verilən məlumata görə, klip "NEXT" qrupunun Ukraynada hazırlanan albomu ilə əlaqədar olaraq gecikib. Onu da qeyd edək ki, klipin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində aparılır.
Xəbərin maraqlı məqamlarından biri budur ki, həmin klipdə Hollivuddan gətirilən 257 min avro dəyərində avtomobil istifadə olunur. Həmin maşın Hollivudun məşhur filmlərindən birində göstərilib.
Oxumaq
27.10.09  
 
"Muskomediya"da yeni layihələr
Musiqili Komediya Teatrı 100 illik yubileyi münasibəti ilə nəzərdə tutulan layihələrə start verib. Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, ilk tədbirlər sırasında "Afaq üç gün sizinlə" layihəsi daha çox marağa səbəb olacaq. Noyabrın 6, 7 və 8-də sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızı ilə görüşlər keçiriləcək. Həmin günlər Cavanşir Quliyev və Əli Əmirlinin "Yeddi məhbusə anası", Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana", Sərdar Fərəcov və Əziz Nesinin "Şəhərdə manyak var" tamaşaları göstəriləcək.
Tamaşalarda eyni zamanda Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Valeh Kərimov, Əməkdar artistlər Xanım Qafarova, Elçin Həmidov, Əkbər Əlizadə və başqa aktyorlar iştirak edəcəklər.
Oxumaq
27.10.09  
 
Səhifələr : # « 43 44 45 46 47 48 49 50 » #
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: