Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
Yaxşı teleserial həsrəti
"Bizim öz milli teleseriallarımız olmalıdır" fikri ətrafında müzakirələr başlayıb. Ancaq bu o demək deyil ki, bizdə, ümumiyyətlə, teleserial təcrübəsi yoxdur. Var, amma peşəkarlıqdan uzaq…

İran kinematoqrafiyasının istehsalı olan "Həzrəti Yusif" filminin "Space" telekanalındakı yayımı başa çatandan sonra tamaşaçılar sanki bir boşluq hiss etməyə başlayıblar. Onlar sevə-sevə baxdıqları teleserialı əvəz edəcək yeni bir filmin həsrətindədirlər. Haqları da var. Efir məkanının başına götürən bayağı verilişlər, “sabun köpüyü”nü xatırladan xarici teleseriallar, bir-birinin təkrarı olan reklam xarakterli şou proqramlar insanları o qədər bezdirib ki, onlarda sanki suya təşnə yaranıb.
Oxumaq
07.10.10  
 
Səməd Vurğunun ev-muzeyi əsaslı təmir olunacaq
Oktyabrın 6-da Səməd Vurğunun ev-muzeyində muzeyin yaradılmasının 35 illiyinə həsr olunmuş tədbir və sərgi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova açaraq buranın yaranma tarixindən danışıb. O bildirib ki, Azərbaycanda ilk memorial muzey olan Səməd Vurğunun ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılış mərasimi olub. Mərasimdə Heydər Əliyev də iştirak edib.
Oxumaq
07.10.10  
 
İranda "Dumanlı Təbriz" əsasında serial çəkilir
İranda 200 il bundan öncə İran-Rusiya münasibətlərini özündə əks etdirən, Azərbaycanın tanınmış dramaturqu Məhəmməd Səid Ordubadinin "Dumanlı Təbriz" romanı əsasında serial çəkilir. Serialın adı "Dumanlı Təbriz" adlanır. Filmin ssenari müəllifi və rejissoru Məhəmmədrza Vərzidir. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.
Oxumaq
07.10.10  
 
Barak Obama çıxış edəndə növbəti kuryozla üzləşib
ABŞ prezidenti Barak Obama növbəti kuryozla üzləşib. Prezident tribunada çıxış edən zaman ölkənin bir nömrəli şəxsinin rəsmi simvolu olan Prezident Gerbi tribunadan qopub yerə düşüb.   
Modern.az-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, Obama bu xoşagəlməz situasiyadan baməzəliyi ilə çıxa bilib. ABŞ prezidenti deyib. “Qorxulu bir şey yoxdur. Onsuz da hamınız bilirsiniz ki, mən kiməm”...
Oxumaq
07.10.10  
 
«Eşq və Vətən»
Əhməd Şəfəq: “Mən ölümsüz bir millətin mənsubuyam”

«Əhməd Şəfəq sənətçilik həyatını türk dünyasının ürəyi ilə birləşdirib. O, bütün türk dünyasının ürəyində taxt qurub. Bütün türk dünyasının sənətçisi adını alıb». Bu fikirlər dünən «Excelsior» otelində türk dünyasının məşhur yazıçısı, bəstəkarı Əhməd Şəfəqin Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi olan «Eşq və Vətən» albomunun təqdimat mərasimində səslənib. Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə vurğulanıb ki, Əhməd Şəfəq yazdığı əsərlərlə və mahnılarla bütünlüklə Azərbaycana xidmət edir.
Oxumaq
06.10.10  
 
Üzeyir bəyin dərs vəsaiti işıq üzü görüb
Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi, dahi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi tədqiqatı üzrə musiqi məktəbləri və texnikumları üçün hazırlanmış dərs vəsaiti işıq üzü görüb.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, dərs vəsaitinin tərtibçisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovdur. Nəşrin təqdimat mərasimi oktyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda keçiriləcək.
Oxumaq
05.10.10  
 
Cizgi filmləri üçün ssenari müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyi uşaqlar üçün yüksək səviyyəli cizgi filmləri yaratmaq, kino dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədilə oktyabrın 1-dən dekabrın 15-dək uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib.
Nazirlikdən verilən məlumata görə, müsabiqənin əsas şərti – ssenarilərin uşaqlar üçün maraqlı olmaqla birlikdə, milli motivlər və xalqımıza məxsus mənəvi-əxlaqi dəyərlər üzərində qurulmasıdır.
Birinci yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə çəkiləcək. Müsabiqənin reqlamentinə görə, 2 ikinci və 3 üçüncü yerləri qazanmış müəlliflərin hər birinə müvafiq olaraq 500 və 300 manat mükafat veriləcək.
Oxumaq
05.10.10  
 
Məhəbbət Kazımov siqareti tərgidənə maşın bağışlayacaq
Tanınmış müğənni "Siqareti Tərgidənlər" Birliyini təsis edib  

Tanınmış müğənni Məhəbbət Kazımov siqaretçəkmə əleyhinə kampaniyaya start verib. Müğənni ANS PRESS-ə açıqlamasında bu məqsədlə “Siqareti Tərgidənlər” Birliyini təsis etdiyini bildirib: "Ölkədə siqaretə aludəçiliyin artması məni bu addımı atmağa vadar etdi. Təşkilatın artıq 28 üzvü var. Bunlar da siqaretdən ciddi asılılığı olanlardır. Bu 28 nəfər artıq siqaretə əlvida demək üçün dəridən-qabıqdan çıxmağa başlayıb. Bu da səbəbsiz deyil. Uzun illər həyatını siqaretsiz təsəvvür etməyən bu insanlardan hansı ilk olaraq zərərli vərdişi tərgidə bilsə, ona VAZ 2107 markalı “Jiquli” avtomobili hədiyyə olunacaq".
Oxumaq
05.10.10  
 
Fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı sahibinə çatdı
Fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı laureatının adı məlum olub.
Mükafatı “in vitro” süni mayalanma texnologiyasını işləyib hazırlayan alim Robert Edvards qazanıb. Mükafatın məbləği 10 milyon İsveçrə kronudur (1 milyon avrodan bir az artıq).
Nobel mükafatı laureatlarının elan olunma mərasimi Stokholmdakı Karolina Universitetində keçirilib.
Oxumaq
05.10.10  
 
“Zolaqlıların Bakı səfəri” başlayacaq
Bakı Dövlət Sirki yeni mövsümü oktyabrın 22-də Böyük Moskva Sirkinin “Zolaqlıların Bakı səfəri” adlı proqramı ilə açacaqdır. Proqramda 30-dək tanınmış sirk ustası-hava gimnastları, akrobatlar, jonqlyorlar çıxış edəcək, illüziyalar göstəriləcək, şir və pələnglərin attraksionu olacaqdır.
Bakılılar bu nömrələrin bəzilərini ilk dəfə görəcəklər. Noyabrın ortalarınadək davam edəcək proqramı sirk həvəskarları həftənin cümə, şənbə, bazar günləri, məktəblilər isə payız tətili günlərində hər gün izləyə biləcəklər.
Oxumaq
05.10.10  
 
Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •