|
Obamanın kitabı rekord qırdı
|
ABŞ prezidenti Barak Obamanın prezident olmazdan öncə yazdığı kitab satışa çıxdıqdan sonra 5 gün ərzində 50 min nüsxə satılıb. “Of Thee I Sing” adlı şəkilli kitab uşaqlar üçün nəzərdə tutulub. “Random House Childrens Books” nəşriyyat evi şirkət tarixində ilk dəfə uşaqlar üçün nəzərdə tutulan bir kitabın qısa zamanda bu qədər çox satıldığını söyləyib.
|
Oxumaq
25.11.10
|
| |
|
|
Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq layihənin iştirakçısı olub…
|
|
Bu ilin noyabr ayının 18-dən 23-nədək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru İsveçdə yaşayan əcnəbi xalqların İncəsənət Festivalında uğurla iştirak edərək Vətənə qayıtmışlar. İran İslam Respublikasının, İsveç, ABŞ, Fransa, Norveç, Hindistan, Mərakeş, Almaniya və Əfqanıstan sənətçilərinin iştirak etdiyi festivalda Azərbaycanı Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Qurban İsmayılov (eyni zamanda «Araz»-teatr studiyasının rəhbəridir), Rasim Cəfərov, Günel Məmmədova və tanınmış tele-aparıcı, Respublikanın Əməkdar Artisti Dilarə Əliyeva təmsil etmişlər.
|
Oxumaq
25.11.10
|
| |
|
|
Bred Pitt Ancelina Coliyə kömək edir
|
Bosniya müharibəsinə həsr olunmuş debüt filmində
Hollivud aktyoru Bred Pitt həyat yoldaşı Ancelina Colinin Bosniya müharibəsinə həsr olunmuş debüt filmində epizod rolu oynayacaq. Pitt hərbi obyekti tərk etmək istədiyi zaman snayperlər tərəfindən öldürülən əsgəri oynayacaq. US Magazine.com xəbər verir ki, Bred Pitti tam rəsmi hərbi paltarda çəkiliş meydançasında görən olub. Xatırladaq ki, Colinin rejissor debütunun süjeti 1992-1995-ci illərdəki müharibə fonunda baş verən serbiyalı kişi ilə bosniyalı qadının sevgi əhvalatından bəhs edir. Hazırda filmin çəkilişləri Sarayevoda aparılır.
|
Oxumaq
23.11.10
|
| |
|
|
Leonardo DiKapriodan yeni xəbər
|
O, ABŞ-ın 35-ci prezidentinin qətlinə həsr olunmuş yeni filmin prodüsseri olacaq
Aktyor Leonardo DiKaprio ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlinə həsr olunmuş yeni filmin prodüsseru olacaq. Aktyorun Appian Way kino şirkəti «Warner Bros.»lə birgə Torn Xertmen və Lamer Ualdronun «Legacy of Secrecy: The Long Shadow of the JFK Assassination» kitabını ekranlaşdıracaq. Bu barədə kinoafisha.info xəbər verir.
|
Oxumaq
23.11.10
|
| |
|
|
Kikabidze ilə möhtəşəm görüş
|
Vaxtanq Kikabidze: “Yalnız Tiflisdə və Bakıda məmnuniyyətlə yaşayaram”
Noyabrın 21-də Gürcüstanın tanınmış müğənnisi Vaxtanq Kikabidze Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, “Ya jizn ne toroplyu” adı altında gerçəkləşən konsertdə Vaxtanq Kikabidze möhtəşəm çıxışlar edib. Üç saata yaxın davam edən proqramda müğənni nə zarafatından, nə də rəqsindən qalıb. Maraqlıdır ki, səhnə arxasında köməksiz gəzə bilməyən sənətçi, səhnədə tamaşaçılara bu narahatlığını qətiyyən büruzə verməyib. O sərbəst şəkildə hər mahnısı altında rəqs edib, mükəmməl sənətkarlıq nümayiş etdirib.
|
Oxumaq
23.11.10
|
| |
|
|
Teatr aksiya keçirir…
|
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən “Kaspi”yə verilən məlumata görə Gənc Tamaşaçılar Teatrı Müqəddəs Qurban Bayramı münasibəti ilə «açıq qapı» aksiyası keçirib. Teatr noyabr ayının 16-da S.S.Axundovun və A.Şaiqin «Qaraca qız» tamaşasına Suraxanı rayonu 7 nömrəli xüsusi internatın şagirdlərini, 17-si isə Səbail rayonu ərazisində yaşayan imkansız, az təminatlı ailələrin uşaqlarını B.Marvinin «Yatmış gözəl» tamaşalarına dəvət edərək məktəbyaşlı tamaşaçıları qurban bayramı münasibəti ilə təbrik edib.
|
Oxumaq
19.11.10
|
| |
|
|
«Oliver Tvistin macəraları»
|
Azərbaycan tamaşaçısına təqdim olundu…
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dahi ingilis yazıçısı Çarlz Dikkensin «Oliver Tvistin macəraları» tamaşasının premyerası sənətsevərlərin ixtiyarına verilib. Eyniadlı əsər əsasında tamaşanın səhnə redaksiyasının müəllifi və quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamları Fuad Kafarov (vaxtsız əcəl ilk tamaşanı görməyə aman vermədi) və Elnur Babayev, bəstəkarı əməkdar incəsənət xadimi Aydın Əzimov, rejissor assistenti Elnur Kərimovdur. Səhnə əsərində rəqslərə quruluşu Nicat Kazımov verib.
|
Oxumaq
19.11.10
|
| |
|
|
|
|
|
|
|
|
|