|
“Ailəni sənətə qurban verənlərdən deyiləm”
|
“Mən Azərbaycanda ilk dəfə böyük şou-proqramın təşkilatçısı olmuşam. Bir az əlverişli olduğuna görə Dövlət Sirkinin binasında ilk dəfə “Xəyal” studiyası təqdim edir” adlı proqramla çıxış etmişəm. Orada ilk dəfə böyük bir konsert proqramı təşkil etmişdim”. Bunu “Azadinform”a açıqlamasında müğənni İlqar Xəyal dedi. Bu, sonradan ənənə formasını alıb. Həmin məkanda bu cür başqa konsertlərin təşkili isə İlqar Xəyalı şou fəaliyyətini dayandırmağa vadar edib: “Bu ənənə bir müddət davam etdi. Sonra “Şou-Əlili” gəldi və orada konsert verməyə başladılar.
|
Oxumaq
06.01.12
|
| |
|
|
|
|
|
|
Öz seriallarımızın keyfiyyəti artarsa...
|
Ekspertlər hesab edirlər ki, bizim teleseriallar xarici seriallarla rəqabətdə olmalıdır
“Azərbaycan ərazisində xarici teleserialların yayımı 2012-ci il may ayının 1-dən dayandırılacaq”. Bu qərarı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ötən həftə keçirilən iclasda açıqlayıb. Qərarın qəbul edilməsinin gənc nəslin mili şüurunun, tərbiyəsinin yüksəldilməsi məqsədi daşıdığı bildirilib. “Bizim gənc nəsil xarici seriallar ruhunda tərbiyə olunmamalıdır. Bu gün Azərbaycanda insanlar istədikləri dildə kabel TV, çanaq antena və internetdən müxtəlif seriallara baxa bilərlər. Bizim qərar milli teleyayımçılara aiddir".
|
Oxumaq
27.12.11
|
| |
|
|
Azərbaycanlı dirijor Sankt-Peterburq teatrı ilə Tokioda konsertlər verəcək
|
|
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov Yaponiyanın paytaxtı Tokio şəhərində çıxış edəcək. Bu barədə APA-ya məlumat verən dirijor deyib ki, o, Yaponiyaya M. P. Musorqski adına Sankt-Peteburq Akademik Dövlət Opera və Balet Teatrı ilə birlikdə gedəcək: “Noyabrda Sankt-Peterburqda Sergey Prokofyevin “Romeo və Cülyetta” baletini idarə etmək təklifi almışdım. Bu baletin nümayişi çox uğurla baş tutdu və növbəti dəvət aldım. Tokio şəhərində 10 gün müddətində 4 simfonik konsertlə çıxış edəcəyəm”.
|
Oxumaq
22.12.11
|
| |
|
|
|
|
Növbəti “9-luq” səhnədə
|
|
Azərbaycanı 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq” 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən verilən məlumata görə, Orxan Nəsibov, Emin Həsən, “Empathy” qrupu, Renat Aslanov, Nigar Babayeva, Nadejda Mikayılova, Fəqan Səfərov, Kamran Əzizov və Rəna İmaməliyeva milli finala çıxmaq uğrunda yarışacaqlar.
|
Oxumaq
21.12.11
|
| |
|
|
|
|
|
|
Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib
|
“Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib. APA-nın xəbərinə görə, yaradıcılıq gecəsi görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunub. Tədbirdə çıxış edən əməkdar jurnalist İttifaq Mirzəbəyli deyib ki, son il yarımda artıq doqquzuncu dəfədir musiqisevərlər görkəmli bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq gecəsinə toplaşırlar. Tofiq Quliyevin sənətə, musiqiyə münasibətindən danışan İ. Mirzəbəyli tədbirin onun xatirəsinə həsr edildiyinə görə Tofiq Bakıxanova minnətdarlığını bildirib.
|
Oxumaq
15.12.11
|
| |
|
|
|