Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
Türkiyədə «Kazım Qarabəkir Paşa» filminə baxış olub
Milli.Az xəbər portalının məlumatına görə, İstanbulun Taksim Kültür Mərkəzində «Kazım Qarabəkir Paşa» filminə baxış olub. Tədbirdə İstanbul Azərbaycanlıları Kültür və Sanat Dərnəyinin üzvləri, həbrçilər, Qarabəkir ailəsi və qızları iştirak ediblər.
Oxumaq
08.02.11  
 
“Eurovision-2011” təmsilçisi fevralın 11-də bilinəcək
Milli final konserti Akademik Dram Teatrında baş tutacaq

“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının müəyyənləşməsi üçün keçiriləcək milli final konsertinin vaxtı və məkanı məlum olub. İTV-nin saytının verdiyi məlumata görə, milli final konserti fevralın 11-də Azərbaycan Akademik Milli Dram keçiriləcək. Final mərhələsində 5 ifaçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq.
“Eurovision” Mahnı Müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti hazırda final mərhələsi ilə bağlı son hazırlıq işləri aparır. Fevralın 11-də finalçıların ifasından sonra münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən olunacaq.
Oxumaq
04.02.11  
 
Amsterdamda Firəngiz Əlizadənin yeni əsərinin premyerası olub
Hollandiyanın paytaxtı Amsterdamda “Flamenco Biennale” III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilib.

Yanvarın 21-dən 30-dək davam edən festival çərçivəsində Hollandiyanın məşhur konsert salonlarında dünyanın müxtəlif ölkələrindən gələn tanınmış musiqiçilərin ifasında qədim Əndəlüs musiqisi olan flamenkolar ifa olunub. Festival çərçivəsində bəstəkar Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin musiqi tarixində ilk dəfə olaraq flamenko ilə muğamın sintezindən bəhrələnən “Mugflamenko” əsəninin premyerası da təşkil edilib. Premyera yanvarın 30-da Amsterdamda yeni inşa olunmuş 1200 nəfərlik “Muzikcentrum” konsert salonunda baş tutub.
Oxumaq
04.02.11  
 
“Google” dünyanın tanınmış muzeylərinə virtual səyahət təklif edir
«Google» korporasiyası istənilən istifadəçiyə dünyanın tanınmış 17 muzeyinə virtual ekskursiya etmək imkanı verən yeni onlayn-layihə təqdim edib.

«APA»nın məlumatına görə, «Google Art Project» adlandırılan layihənin iş prinsipi «Street View» servisi ilə eynidir.
Oxumaq
04.02.11  
 
“Elə iynə vurulan vaxt dünyasını dəyişdi”
Müğənni Rüfət Mehdiyev 42 yaşında vəfat edib

Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyev dünən gecə saat 03:00 radələrində 42 yaşında qəflətən dünyasını dəyişib. Ailəsindən Lent.az-a verilən məlumata görə, müğənni “Komedy club” verilişinə baxdığı zaman qəflətən halı dəyişib, təzyiqi qalxıb: “Heç nəyi yox idi, verilişə baxıb deyib-gülürdü. Birdən vəziyyəti dəyişdi. Təcili yardım çağırdıq. İynə vurdular. Elə iynə vurulan vaxt “daha da pisləşdim” - dedi. Həmin anda dünyasını dəyişdi”.
Oxumaq
02.02.11  
 
Qara Qarayev haqqında kitab nəşr olunub
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti nəşri işıq üzü görüb. Kitab “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” adlanır.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, kitabın təqdimat mərasimi də keçiriləcək. Mərasim fevralın 4-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq.
Oxumaq
02.02.11  
 
Şamanlar haqqında film ABŞ prokatında lider olub
Film həftə sonu 15 milyon dollar kassa mədaxili əldə edib

“Mərasim” (The Rite) adlı triller Şimali Amerika kinoprokatında liderliyi ələ alıb. Filmdə rollardan birini Entoni Hopkins canlandırıb. Film  həftə sonu 15 milyon dollar kassa mədaxili əldə edib.
Oxumaq
02.02.11  
 
Azərbaycanın “Eurovision-2011” təmsilçisi fevralın 4-də məlum olacaq
Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi fevralın 4-də məlum olacaq. APA-nın məlumatına görə, Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisinin son final konserti əsaslı təmirdən sonra yenicə istifadəyə verilmiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq. Həmin gün finala vəsiqə qazanan beş ifaçı – İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyev və Nigar Camal yenidən öz istedad və bacarıqlarının nümayiş etdirəcəklər.
Oxumaq
02.02.11  
 
İlin ən gözəl avtomobili müəyyənləşib
Bu ilin ən gözəl avtomobil modeli müəyyənləşib. «Autonews.ru» portalının verdiyi məlumata görə, internet istifadəçiləri ilin ən gözəl avtomobili adına Fransanın «Citroen DS4» konseptual modelini layiq görüb. Səsvermədə iştirak edənlərin 45%-i və 60 mindən artıq respondent (62 ölkədən) məhz bu modelə üstünlük verib.
Nəticədə, «Citroen DS4» modeli «BMW 5-Series», «Honda CR-Z», «MINI Countryman», «Infiniti M37» və «Volvo V60» kimi modelləri geridə qoyub.
Oxumaq
02.02.11  
 
Əzim Əzimzadənin baxımsız muzeyi
Yaxınlıqda tikilən hündür mərtəbəli bina az qala muzeyin hasarına dirənib. Muzeyin altında yerləşən quyular böyük rütubət yaradaraq döşəməni və divarları yararsız hala salıb
Oxumaq
01.02.11  
 
Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •