Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 » #
Yaroslavlda Azərbaycan musiqisinə həsr olunmuş gecə keçiriləcək
Fevralın 11-də Rusiyanın Yaroslavl şəhərinin Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan musiqisinə həsr olunmuş təntənəli gecə keçiriləcək. Həmin gecədə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı Əyyub Quliyevun dirijorluğu ilə Yaroslavl Dövlər Filarmonik orkestri çıxış edəcək.
Oxumaq
24.01.12  
 
Mübariz İbrahimova həsr olunan kompozisiya nümayiş etdiriləcək
Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Vətən” adlı ədəb-bədii tədbir keçiriləcək. APA-nın məlumatına görə, tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək.
Oxumaq
24.01.12  
 
Gənc Tamaşaçılar Teatrı Beynəlxalq “Fəcr” Festivalında təmsil olunacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk ayında artıq ikinci beynəlxalq teatr festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın bir qrup üzvü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən V Beynəlxalq Monodram Festivalında iştirak etmək üçün BƏƏ-də səfərdədir.
Oxumaq
24.01.12  
 
Milli seçim turunun sonuncu həftəsi başladı
Yanvarın 23-dən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının seçilməsi üçün keçirilən milli seçim turunun sonuncu həftəsi başlayıb.

Telekanalın canlı efirində Azərbaycanı bu mötəbər yarışmada təmsil etmək üçün növbəti 9 iştirakçı 5 gün ərzində yarışacaq. Qeyd edək ki, bu həftə mübarizəyə Tofiq Hacıyev, Rinat Alimov, Arzu İsmayılova, Əli Məmmədli, Ülkər Quliyeva, Abbas Kərimli, Zaur Əmiraslanov, Ülvi Rəşidov və “Caspian Dreamers” qrupu qoşulacaqlar. Namizədlər milli seçim mərhələsində səs imkanları və səhnə qabiliyyətlərini nümayiş etdirəcəklər.
Oxumaq
24.01.12  
 
“Eurovision-2012”də iştirak edəcək ölkələrin adları açıqlanıb
43 ölkə arasında Ermənistanın da adı var

Avropa Yayım Birliyi Bakıda keçiriləcək “Eurovision” yarışmasında iştirak edəcək ölkələrin adlarını açıqlayıb. 43 ölkə arasında Ermənistanın da adı var. “Eurovision”  mahnı müsabiqəsi “Bakı 2012”-nin işçi qrupunun verdiyi məlumata görə, ümumiyyətlə, bu il keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakçı ölkələrin sayı 2008 və 2011-ci ildəki rekord həddədir.
Oxumaq
18.01.12  
 
Bakının ev sahibliyini rəsmən qəbul etməsi ilə bağlı tədbir keçiriləcək
Yanvarın 25-də “Eurovision-2012” mahnı müsabiqəsinin açarının təqdimetmə mərasimi keçiriləcək. “Eurovision-2012” İşçi Qrupundan verilən məlumata görə, müsabiqənin əsas mərasimlərindən olan bu tədbirdə “Eurovision-2011”ə ev sahibliyi edən Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Eurovision -2012”yə ev sahibliyini rəsmən qəbul edəcək.
Oxumaq
18.01.12  
 
Adel İngiltərəni təmsil edə bilər
Bir çox Avropa ölkəsində “Eurovision” seçim həyəcanı davam edərkən, İngiltərədən gələn xəbərlər hamını daha da həyəcanlandırıb. Türkiyənin “Posta” qəzetində verilən məlumata görə, İngiltərə mətbuatında və sosial şəbəkələrdə bu ölkəni məşhur müğənni Adelin təmsil edəcəyi barədə xəbərlər yayılıb.
Oxumaq
18.01.12  
 
Rembo Bakıya gəlişini səbirsizliklə gözləyir
“Eurovision 2012″ mahnı müsabiqəsinin Monteneqrodan olan iştirakçısı Rembo Amadeus Azərbaycan xalqının qonaqpərvərliyini görmək üçün Bakıya gəlişini səbirsizliklə gözləyir.

“Xalqınızın kifayət qədər eşitdiyim qonaqpərvərliyinə güvənirəm”, – deyə Rembo Amadeus mətbuata bildirib. Amadeusun sözlərinə görə, o, yerli milli musiqi, rəqs və mətbəxlə tanış olmaq üçün Bakıya gəlişini səbirsizliklə gözləyir.
Oxumaq
18.01.12  
 
Anggunun mahnısı «Əks-səda - Sən və mən» olacaq
Fransanın “Eurvision-2012» Mahnı Müsabiqəsində təmsilçisi, əslən İndoneziyadan olan Anggunun Bakı səhnəsində ifa edəcəyi mahnı müəyyənləşib. Mahnı «Əks-səda - Sən və mən» (“Echo - You and I”) adlanır. Mahnının səsyazması bu həftə olacaq.
Fransalı müğənninin Bakı səhnəsində ifa edəcəyi mahnı ingilis və fransız dilində olacaq. Mahnının müəllifi Veronica Ferrarodur. Veronica Ferraro məşhur DJ David Guetta ilə işləyir.
Oxumaq
18.01.12  
 
Səsvermə qaydaları ilə bağlı yeni qərar verilib
“Eurovision-2012” Mahnı Müsabiqəsində səsvermə qaydaları ilə bağlı yeni qərar verilib. Belə ki,  bu ildən etibarən səsvermə yenə son 15 dəqiqə ərzində həyata keçiriləcək. Belə ki, 2010-cu ildən tamaşaçılar yalnız son 15 dəqiqə ərzində deyil, birinci mahnıdan səs vermək imkanı qazanmışdılar. Lakin bu il Avropa Yayımları Birliyi (EBU) yenidən köhnə sistemə qayıtmaq qərarına gəlib.
Oxumaq
18.01.12  
 
Səhifələr : # « 1 2 3 4 5 6 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •