|
|
Səhifələr : # « 40 41 42 43 44 45 46 47 48 » #
|
|
|
|
|
|
|
“Qarabağ problemi yalnız Azərbaycanın gücü ilə həll edilə bilməz”
|
Mübariz Qurbanlı: “Təcavüzkara lazımi səviyyədə sanksiyalar tətbiq olunmalıdır”
Bu il yanvarın 1-dən ATƏT-ə sədrlik etməyə başlayan Qazaxıstan "dondurulmuş münaqişələr"in həllinə xüsusi diqqət yetirir. Təşkilatın fəaliyyətdə olan yeni sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bugünlərdə regiona səfəri çərçivəsində ilk olaraq Azərbaycanda olub və bu səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bir dövlətin iradəsi ilə həll edilə bilməz.
|
Oxumaq
20.02.10
|
| |
|
|
“Vətəndaşlar tərəfindən mənzillərin mühafizəsinə meyl azdır”
|
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev: “Əvvəlki illərlə müqayisədə vətəndaşlar tərəfindən mənzillərinin mühafizəsi ilə bağlı müraciətlərin sayı artsa da, qaneedici səviyyədə deyil”
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyevin müsahibəsi.
- Baş Mühafizə İdarəsi tərəfindən nə qədər obyekt mühafizə olunur?
- Baş Mühafizə İdarəsi tərəfindən 10 mindən artıq obyekt mühafizə olunur. Ötən il ərzində 450-dən artıq obyekt mühafizəyə götürülüb. Obyektlərin mühafizəsinin təşkili üçün müraciətlər hər il artır. Həm şirkət və müəssisələr, həm də mülki vətəndaşlar evlərinin, qarajlarının və digər obyektlərinin mühafizəsi üçün müraciət edir. Biz dövlət mühafizəsiyik. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 41-S saylı tərkibə düşən obyektlərlə yanaşı, digər obyektlərin-ticarət mərkəzləri, mağaza, ofislər, valyutadəyişmə məntəqələrinin də mühafizəsini həyata keçiririk.
|
Oxumaq
19.02.10
|
| |
|
|
“Danışıqlarda bir nəticə əldə olunmasa, Rusiya rüsvay olacaq”
|
Asim Mollazadə: “Biz açıq şəkildə görürük ki, Rusiyanın cəhdləri Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa tərəfindən də alqışlanır”
Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi xeyli intensivləşsə də, yenə də konkret nəticə görünmür. Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə keçirilən sonuncu ikitərəfli görüşündən sonra isə sanki danışıqlarda bir durğunluq yaranıb. İctimaiyyətə məlum olan budur ki, danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Madrid prinsiplərinin yeni variantını hazırlayaraq tərəflərə təqdim ediblər. Srağagün Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarov Azərbaycan tərəfinin yeniləşdirilmiş prinsiplərlə ümumilikdə razılaşdığını bildirib. Ermənistan tərəfindən isə hələ heç bir cavab yoxdur. Belə hiss olunur ki, Ermənistan yenə də danışıqların uzadılmasına çalışır. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə prosesin gələcəyi ilə bağlı nikbindir. O, qəzetimizə verdiyi müsahibəsində bu il nizamlanma prosesində irəliləyiş əldə olunacağına inamını ifadə etdi:
|
Oxumaq
17.02.10
|
| |
|
|
"Telekanallarda aqressiya mövzusu geniş reklam edilir"
|
Respublikanın baş psixiatrı Gəray Gəraybəyli: "İndi uşaqlar kinolarda yalnız dava, qırğın görürlər. Uşaq cizgi filmində gördüyü hansısa aqressiv hərəkəti ailədəki kiçik bacı və qardaşına tətbiq etməyə çalışır..."
- Azərbaycanda psixi sağlamlıq sistemini necə qiymətləndirirsiniz?
- Təkcə Azərbaycanda yox, bir çox ölkələrdə psixiatriyaya uzun müddət diqqət yetirilməyib. Ona həmişə ikinci dərəcəli, vacib olmayan məsələ kimi baxılıb. İndi isə "psixi sağlam olmayan insan heç zaman fiziki sağlam ola bilməz" şüarı gündəmə gəlməkdədir. Dünya təcrübəsi göstərir ki, psixi problemləri olan insanlar psixiatra çox vaxt gec müraciət edirlər. Çünki xəstəni ilk görən ümumi həkim problemi psixi pozuntu kimi qiymətləndirmir. Bu da vəziyyətin kəskinləşməsi, dərinləşməsi və xroniki hala çevrilməsi ilə nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə ötən il ümumi həkimlərimizin psixiatriya üzrə biliklərini öyrənmək üçün sorğu apardıq. Təəssüf ki, analiz ümumi həkimlərin biliklərinin kifayət qədər olmadığını göstərdi.
|
Oxumaq
16.02.10
|
| |
|
|
Millət vəkili hökuməti vergi dərəcələrini aşağı salmağa çağırır
|
Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin fikrincə, hökumət bu yolla iqtisadi fəallığı artıra bilər
"Azərbaycan hökuməti vergi dərəcələrini tədricən aşağı salmalıdır". Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, millət vəkili Əli Məsimli bu fikirdədir. Onun sözlərinə görə, Azərbaycan dünyada tüğyan edən qlobal iqtisadi böhrandan ən az itki ilə çıxan ölkələrdən biridir. Amma hələ də iqtisadi böhran başa çatmayıb. Bəzi iqtisadçılar böhranın yeni dalğasının müşahidə oluna biləcəyi xəbərdarlıqları ilə çıxış etməkdədirlər. Ə.Məsimlinin sözlərinə görə, dünya iqtisadiyyatında müəyyən dinamika müşahidə olunsa da, hələ də maliyyə sektorunda problem hesab oluna biləcək hallar davam etməkdədir.
|
Oxumaq
16.02.10
|
| |
|
|
"Repertuarımızı süni gülüş doğuran tamaşalardan təmizləmək üçün mücadilə etmişik&a
|
Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi: "İndi bizim öz tamaşaçı auditoriyamız var"
Musiqili Komediya Teatrı İranda keçirilən 28-ci Beynəlxalq Fəcr Festivalından qələbə ilə qayıdıb. Dahi Üzeyir Hacıbəylinin "Məşədi İbad" operettası ilə festivala qatılan teatrın kollektivi yanvar ayının 22-i və 23-ü Tehranın ən böyük teatr-konsert salonu, möhtəşəm Talari Vəhdət Sarayında çıxış edib. Dünyanın 50-yə yaxın ölkəsinin qatıldığı Fəcr Festivalında Musiqili Komediya Teatrının ilk dəfə iştirak etməsinə baxmayaraq, "Məşədi İbad" festivalın ən çox tamaşaçı toplayan əsəri hesab edilib. Teatrın direktoru Əliqismət Lalayev səfər təəssüratlarını bizimlə bölüşdü:
|
Oxumaq
04.02.10
|
| |
|
|
"Gənclərdə fəallıq azalıb"
|
Əkrəm Abdullayev müasir gəncliyin daha çox maddiyyata üstünlük verməsindən narahatdır
Məlum olduğu kimi, 2 Fevral Azərbaycanda Gənclər güqü kimi qeyd olunur. Bunun əsası 1996-cı ildə qoyulub. Həmin ilin 2 fevral tarixində Azərbaycanda ilk Gənclər Forumu keçirilib. Bundan cəmi bir il sonra, yəni 2 fevral 1997-ci il tarixində isə ümummili liderimiz Heydər Əliyev Gənclər Forumunun iştirakçılarının bir qrupunu qəbul edib. Orada ilkin olaraq belə bir ideya ortaya gəlib ki, 2 fevral Gənclər günü kimi elan edilsin. Elə həmin vaxt da mərhum dövlət başçısı 2 fevralın Gənclər günü elan olunması ilə bağlı sərəncam imzalayıb. O gündən də bu günə kimi 2 fevral Gənclər günü kimi Azərbaycanda qeyd olunur. Bu proseslərin iştirakçısı olan millət vəkili Əkrəm Abdullayev bu günkü gəncliyin durumu və problemləri ilə bağlı danışdı:
|
Oxumaq
03.02.10
|
| |
|
|
|
Səhifələr : # « 40 41 42 43 44 45 46 47 48 » #
|
|