Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : 1 2 3 4 5 » #
İsrail yaxın aylarda İranı vura bilər
Pentaqon rəhbəri bu ehtimalın ciddi olduğunu deyib
Oxumaq
04.02.12  
 
İsrail yaxın aylarda İranı vura bilər
Pentaqon rəhbəri bu ehtimalın ciddi olduğunu deyib

ABŞ müdafiə naziri Leon Panetta İsrailin İrana hücum ehtimalının ciddi olduğunu bildirib. ABŞ mətbuatında çıxan xəbərlərə görə, Panetta aprel ayına kimi yaxın bir tarixdə bu hücumun ola biləcəyini deyib.
Oxumaq
04.02.12  
 
Misirdə üç günlük matəm elan edilib
Futbol oyunundan sonra baş verən qarşıdurmada 70-dən artıq insan ölüb
Oxumaq
03.02.12  
 
Jirinovski yenə sərsəmlədi
Qalmaqallı çıxışları ilə gündəmdən düşməyən rusiyalı deputat və prezidentliyə namizəd Vladimir Jirinovski növbəti şok bəyanatını açıqlayıb. Liberal Demokrat Partiyasının lideri Rusiyanın dövlət formasını parlament respublikasına dəyişdirməyi təklif edib. "İzvestiya" qəzetində köşə yazarı kimi məqaləsi dərc olunan Jirnovski bununla kifayətlənməyərək prezidentin bundan sonra “çar” və ya “hökmdar” adlanması təklifini irəli sürüb.
“Prezident sözünün rus dilinə yad söz olduğu o dəqiqə nəzərə çarpır.Axı bizə niyə hörmət etmirlər? Axı ölkədəki ən ali vəzifəni biz nədən xarici dildə adlandırmalıyıq? Gəlin ölkə başçısını mahiyyətinə uyğun - Rusiya çarı adlandıraq” - deyə Vladimir Jirinovski bildirib.
Oxumaq
03.02.12  
 
Prezidentliyə namizəd una qərq edildi
Fransada qeyri-adi etiraz aksiyası

Fransada prezidentliyə namizədə qarşı maraqlı etiraz aksiyası keçirilib. Belə ki, naməlum qadın prezident seçkilərində namizədliyini irəli sürən Fransua Ollandın çıxışı zamanı ona yaxınlaşıb və üstünə un atıb. Namizədin mühafizə xidməti dərhal dələduz qadını tribunadan kənarlaşdırıb.
Oxumaq
03.02.12  
 
Facebook səhmlərini açıq bazarda satmağa hazırlaşır
800 milyon istifadəçisi olan Facebook səhmlərini açıq bazarda satmağa hazırlaşır. “Google” şirkətinin 2004-cü ildə səhmlərinin birjada yerləşdirilməsindən bəri bu, haqqında ən çox bəhs edilən addım hesab olunur.
Səhmlərin satışı şirkətin dəyərini müəyyən etməlidir. Ekspertlər sosial şəbəkənin ümumi bazar dəyərinin 75-dən 100 milyard dollaradək çatacağını güman edirlər. Adətən birjada satışlar ərizənin daxil olmasından 3-4 ay keçmiş başlanılır. Müəyyən istehlakçı qruplarını hədəfləməyə imkan verən texnoloji platformanın internet marketinq dəyərinin yüksək olduğu qeyd olunur. Hazırda ən böyük sualı səhmlərin necə satılacağı təşkil edir. Əsas alıcılar böyük investisiya qurumları ilə fərdlər ola bilər. Facebook internetdə ən uğurlu sosial şəbəkə hesab olunur. Onun yaxın rəqibi “Google+” sistemi cəmi 60 milyon üzvə malikdir.
Oxumaq
03.02.12  
 
Yaşar Böyükanıt haqqında istintaq başladıldı
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Yaşar Böyükanıt haqqında istintaq başlayıb. Böyükanıt 2007-ci ilin 27 aprelində Silahlı Qüvvələrin Baş Qərargahının internet saytında yerləşdirilən bəyanatı ilə bağlı istintaqa ifadə verəcək.
Prokurorluğun 2007-ci ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Yaşar Böyükanıt və digər komandanların ifadəsini alması gözlənilir. Xatırladaq ki, Yaşar Böyükanıt mətbuata açıqlamasında sözügedən bəyanatı "Şəxsən özüm yazdım" demişdi. Məlumata görə, xüsusi səlahiyyətli müstəntiq Kamal Çətin  bununla bağlı araşdırma aparacaq.
Oxumaq
03.02.12  
 
BMT müfəttişləri yenidən İrana gələcək
BMT Atom agentliyinin baş müfəttişi bildirib ki, İran enerji proqramına dair üç gün davam edən intensiv danışıqlardan sonra hələ də çox işlər görülməlidir. İranda bu ölkənin nüvə proqramı ilə bağlı apardıqları danışıqlardan sonra BMT müfəttişləri Tehranın bütün məsələlər üzrə çözüm tapmaq qətiyyətindən danışırlar. Baş müfəttiş Herman Nackaerts deyib ki, hər iki tərəf məsələnin həllinə dair öhdəliklərin yerinə yetiriləcəyini bildirib və nüvə üzrə müfəttişlər yaxın gələcəkdə yenidən Tehrana səfər etməyə hazırlaşırlar.
Oxumaq
03.02.12  
 
Türkiyədən BMT-yə Suriya çağırışı
Ankara Təhlükəsizlik Şurasının Suriyadakı proseslərə ciddi yanaşmasını istəyir

Türkiyə Suriya iqtidarının xalqına divan tutması nəticəsində ölən insanların sayının artmasından narahatlıq duyduğunu bəyan edib. Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Ankaranın bu çərçivədə BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətlə ciddi məşğul olmasını və bu vahiməli gedişatın dayandırılması üçün Suriya iqtidarına lazımi mesaj verməsini gözlədiyi bildirilib.
Oxumaq
03.02.12  
 
Barak Obamaya meydan oxuyacaq şəxs müəyyənləşdirilir
ABŞ-da Respublikaçıların növbəti seçkiqabağı səsverməsi baş tutub
Oxumaq
02.02.12  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •