Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
Assanc teleaparıcı olacaq
“Wikileaks” saytında yerləşdirilən məlumatda qeyd edilir ki, Culian Assancın verilişi beynəlxalq ictimaiyyətin gələcəyinə həsr olunacaq. Proqramın qonaqları tanınmış siyasətçilər, alimlər və məşhur ictimai xadimlər olacaq. Hər dəfə 30 dəqiqə olmaqla 9 həftə efirə çıxacaq veriliş martın ortalarından başlayacaq. Verilişə dünyanın 600 milyon sakini baxa biləcək.
Oxumaq
25.01.12  
 
Hüsni Mübarəkin vəkili Qahirəni tərk etdi
Misirin keçmiş prezidenti Hüsni Mübarək və onun ailəsinin şəxsi vəkili Fərid əd-Dib məhkəmədə beş günlük bəraət çıxışından sonra ünvanına hədələrlə əlaqədar Qahirəni tələsik tərk etməli olub. Misirin "Məsrəvi" qəzeti bu barədə məlumat yayıb.
Fərid əd-Dibə yaxın mənbələrin verdiyi məlumata görə, məşhur hüquq müdafiəçisi son aylar Hüsni Mübarəkin əleyhdarlarının, ölən və yaralanan nümayişçilərin ailələrinin təzyiqlərinə məruz qalıb. Vəkil Qahirədə məhkəmə prosesinin davam etməsi ilə əlaqədar Misirin paytaxtını tərk edə bilmirdi.
Oxumaq
25.01.12  
 
Respublikaçı namizədlər arasında rəqabət şiddətlənir
Yarışmaya mühafizəkar Qinqriç rəhbərlik edir
Oxumaq
24.01.12  
 
İranda din xadimi və hərbçi öldürülüb
İranda sünni alimlərdən biri - Mövləvi Mustafa Çingizi ötən gün sui-qəsd nəticəsində öldürülüb. Çingizi Sistan-Bəlucistan əyaləti Rask şəhərinin imamı olub. Onun davamlı şəkildə “sünni-şiə birliyi” istiqamətində fəaliyyət göstərdiyi bildirilib.
Hakimiyyət iddia edib ki, ölkənin bu bölgəsində sünnilər və şiələr uzun illərdir dinc yanaşı yaşayırlar. “Bu mehribanlığa zərbə vurmaq üçün düşmənlər terrorlar törədir”.
Oxumaq
24.01.12  
 
Avropa Birliyi Suriyaya qarşı sanksiyaları sərtləşdirir
Avropa Birliyi xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda Suriyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qərar çıxarıblar. FransPress agentliyi diplomatik mənbələrə istinadən bu barədə məlumat yayıb.
Bundan əvvəl isə bildirilirdi ki, yeni 11-ci sanksiyalar paketinə əsasən daha 8 Suriya şirkəti və 22 yüksək rütbəli məmura qarşı məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onların Avropadakı hesabları dondurulacaq, fiziki şəxslərə isə Avropa Birliyi ölkələrinin ərazisinə giriş qadağan ediləcək.
Oxumaq
24.01.12  
 
İran neftinin idxalına qarşı Aİ-dən ilkin razılaşma
Avropa Birliyinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə İran neftinin idxalına embarqo qoyulmasına dair razılıq əldə edib. Bu barədə "Agence France Press" agetliyi diplomatik mənbələrə istinadən xəbər verir. "İran neftinin idxalına embarqo qoyulmasına dair ilkin razılaşma artıq əldə edilib" - deyə məlumatda bildirilib. İran neftinə sanksiyaların tətbiqi ilə bağlı yekun qərar bu gün xarici işlər nazirlərinin görüşü əsnasında qəbul ediləcək.
Oxumaq
24.01.12  
 
Yəmən prezidenti xalqından üzr istədi
Əli Abdulla Saleh müalicə üçün ABŞ-a gedir

Yəmən prezidenti Əli Abdulla Saleh müalicə üçün ABŞ-a gedir. Prezident təyyarəsi srağagün gecə saatlarında Səna hava limanından qalxaraq Omana yola düşüb. Əl-Cəzirə kanalının verdiyi məlumata əsasən, Saleh ABŞ-a səfər etməzdən əvvəl bir neçə gün Omanda qalacaq. Salehin ailəsi, o cümlədən Respublika Qvardiyasının rəhbəri olan oğlu Əhməd prezidentin səfərindən bir neçə saat əvvəl Omana çatıb.
Oxumaq
24.01.12  
 
Barak Obama İranın dini liderinə hədə dolu məktub göndərdi
Ağ ev rəhbəri rəsmi Tehrana Hörmüz boğazını bağlamağın mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib
Oxumaq
20.01.12  
 
Gilani hakim qarşısına çıxdı
Pakistanda baş nazir Yusif Rza Gilani dünən məhkəmə qarşısına çıxıb. Məhkəmə qərarına itaətsizlik ittihamı ilə mühakimə olunan Gilani eyni zamanda prezident Asif Əli Zərdari və bəzi başqa siyasətçilərin haqqındakı korrupsiya iddialarını ört-basdır etməkdə təqsirləndirilir.
Baş nazir məhkəmədə verdiyi ifadəsində prezident Zərdarinin toxunulmazlıq haqqı olduğu üçün onun əleyhinə hüquqi prosedur başlatmadığını söyləyib: “Xalqın üçdə ikisinin səsi ilə seçilmiş prezidentə qarşı hüquqi prosedur başlatmaq doğru mesaj verməyəcəkdi”. Gilaninin məhkəməsi fevralın 3-də davam etdiriləcək. Gilani Pakistanda hakim qarşısına çıxan üçüncü baş nazirdir. Daha öncə Nüsrət Bhutto və Bənazir Bhutto da korrupsiya ittihamları ilə mühakimə olunmuşdu. İsveçrənin hakimiyyət orqanları Zərdarinin mərhum yoldaşı, eks-baş nazir Benəzir Bhuttonu ötən əsrin 90-cı illərində 12 mln. dollar pulu mənimsəməkdə şübhəli bilirdi. Təhqiqat 2008-ci ildə Zərdari prezident seçildikdən sonra dondurulub.
Oxumaq
20.01.12  
 
İranda qız və oğlan şagirdlər üçün fərqli dərsliklər çap ediləcək
Universitetlərdə oğlanlarla qızların bir qrupda təhsil alması “pişiyin qabağına ət qoymaqdır”. Bunu hələ 2009-cu ildə İranın ali dini lideri Xameneyinin Tusi adına Texnologiya Universitetindəki nümayəndəsi Hüccətül-İslam Nəbiullah Fəzləli demişdi.
Oxumaq
20.01.12  
 
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •