Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 63 64 65 66 67 68 69 70 71 » #
Bəşər Əsəd Qərbi hədələdi
Suriya prezidenti Bəşər Əsəd xəbərdarlıq edib ki, Qərb Suriyaya müdaxilə etsə, bu, «zəlzələ» ilə nəticələnəcək. Britaniyanın «Sunday Telegraph» qəzetinə danışan prezident Əsəd deyib ki, «Qərbin müdaxiləsi Suriyanı yeni bir Əfqanıstana çevirə bilə. Suriya regionda bir qovşaq rolu oynayır. Suriyanı tərpətsələr, bu, zəlzələ ilə nəticələnər».
Oxumaq
01.11.11  
 
Prezident iqtisadi cinayətdə şübhəli bilinir
İran prezidenti Mahmud Əhmədinejad iqtisadi cinayətdə iştirakda şübhəli bilinir.  Ölkə parlamenti ölkə başçısını büdcə pullarının yuyulması ilə bağlı iş üzrə istintaqa cəlb etməyi planlaşdırır.
Bundan əvvəl 73 parlamentari ölkənin İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı dələduzluqda iştirak ittihamına əsaslanaraq prezidentin sorğu-sual edilməsi tələbi ilə müştərək ərizə vermişdi. İqtisadi idarə 2,6 milyon dollar büdcə vəsaitinin yuyulmasında şübhəli bilinir. Dələduzluq işi dövlət şirkətlərinin alınması üçün İranın ən azı iki dövlət bankından kreditin alınmasından ötrü saxta sənədlərdən istifadə ilə əlaqədardır. Bununla bağlı olaraq iqtisadiyyat naziri Şəmsəddin Hüseyni noyabrın 1-dən vəsifəsindən kənarlaşdırılacaq.
Oxumaq
01.11.11  
 
NATO Liviyada hərbi əməliyyatlarını yekunlaşdırdı
NATO Liviyadakı hərbi əməliyyatları dünən yekunlaşdırıb. 7 ay davam edən NATO missiyası barədə qərar BMT-nin Təhlükəsizlik Şurasında səsvermə nəticəsində verilib. Səsvermədə Təhlükəsizlik Şurasının 15 üzvü yekdilliklə Liviyada əməliyyatın sonlandırılmasının lehinə səs veriblər.
Oxumaq
01.11.11  
 
Mübarəkin məhkəməsi dekabrın 28-nə qaldı
Misir məhkəməsi hakimiyyətdən devrilmiş prezident Hüsnü Mübarəkin məhkəməsini dekabrın 28-nə qədər təxirə salıb. Mübarək fevral ayında onun hakimiyyətdən getməsilə nəticələnmiş üsyanda iştirak edən 800 adamın qətlində əli olmaqda ittiham edilir.
Hüsnü Mübarəkin iki oğlu, keçmiş daxili işlər naziri və təhülkəsizlik qüvvələrinin altı yüksək səviyyəli zabiti də onunla bərabər ittiham olunur. Hakim qərarı oxuduğu zaman onların hamısı Qahirədə məhkəmə zalında olublar. Üsyan zamanı həlak olanların ailə üzvlərinin vəkilləri Mübarəkin işi ilə bağlı üç nəfər hakimdən ibarət olan heyətin yenisi ilə əvəz olunması haqda müraciət edib. Apellyasiya məhkəməsi qərarı dekabrın 26-sı verməlidir.
Oxumaq
01.11.11  
 
Keçmiş partizan Boqotada bələdiyyə başçısı olub
Kolumbiyada keçirilən regional və yerli seçkilər nəticəsində Boqotada seçkini keçmiş partizan Qustavo Petro qazanıb. 51 yaşındakı Petro seçkilərdə 32% səs toplayıb. Dövlət başçısı Uribenin dəstəklədiyi namizəd Enrique Penalosa isə səslərin 25%-ni yığaraq seçkidə ikinci yerə sahib olub.
Seçkinin nəticəsini sülhün və razılaşmanın zəfəri olaraq qiymətləndirən Qustavo 1980-ci illər boyunca təsirli olan M-19 adlı inqilabçı təşkilatın üzvü olub. Petro silah saxlamaq cinayəti ilə on səkkiz ay həbs çəkib, sonra əfvdən faydalanıb. Qeyd edək ki, Qustavo 2006-ci ildə senator vəzifəsində olduğu zaman siyasətçilərlə sağçı qruplar arasındakı əlaqələri ifşa edərək təxminən altmış adamın tutulmasına səbəb olub. Kampaniya müddətinin xeyli gərgin keçdiyi seçkilərdə səsvermə zamanı ciddi bir problem olmadığı bildirilib.
Oxumaq
01.11.11  
 
İranın cavabı sərt oldu
Rəsmi Tehran rəsmi Vaşinqtona nota verib. BBC-nin İran KİV-nə istinadən verdiyi xəbərə görə, iki ölkə arasında diplomatik əlaqələr olmadığı üçün İranın notası İsçevrə səfirliyi vasitəsilə göndərilib.
Notada Səudiyyə Ərəbistanın ABŞ-dakı səfirinə qarşı hazırlanan sui-qəsddə iranlı agentlərin də əlinin olduğunu iddia edən ABŞ hökumətinin üzr istəməsi tələb edilib.
Oxumaq
01.11.11  
 
BMT NATO-nun Liviyadakı əməliyyatlarını dayandırdı
NATO-nun baş katibi Anders Foq Rasmussen: «Liviyada yerinə yetiriləcək başqa bir öhdəlik qalmayıb»
Oxumaq
29.10.11  
 
“Yunanıstanın avro zonasına qəbulu səhv addım idi”
Fransa prezidenti rəsmi Afinanı Avropa Birliyinə yalan məlumatlar verməkdə günahlandırdı

Yunanıstanın 2001-ci ildə avro zonasına qəbulu ilə bağlı qərar səhv idi. Bu bəyanatla Fransa prezidenti Nikola Sarkozi Avropa Birliyinin sammitinin yekunları ilə bağlı “Sky News” telekanalına müsahibəsində deyib.
Oxumaq
29.10.11  
 
Tunisdə seçkisonrası iğtişaşlar
2 mindən çox gənc Sidi Buzid qəsəbəsində etirazlara başlayıb

Ötən gün Tunisdə səsvermələrin yekun nəticələri açıqlandıqdan sonra Sidi Buzid qəsəbəsində zorakılıqla müşahidə olunan etiraz aksiyaları keçirilib. Dövlət seçki orqanı maliyyə ilə bağlı məsələlərdə pozuntulara yol verdiyinə görə, Ədalət və İnkişaf Naminə Vəsatət Partiyasının siyahısından 6 namizədin ixtisar olunduğunu bildirib. Bundan qıcıqlanmış 2 mindən çox gənc, qalib gəlmiş Ennahda partiyasının önündə toplaşaraq, başqa partiyaların namizəd siyahılarının ləğv edilməsinə etirazlarını ifadə ediblər.
Oxumaq
29.10.11  
 
Qəzzafinin sürücüsü danışdı
“O qorxmurdu. Amma nə edəcəyini bilməyən bir vəziyyətdə idi”

Liviyanın öldürülən lideri Müəmmər Qəzzafinin 30 il sürücüsü olmuş Hüneyş Nasir diktatorun son günlərindən danışıb. O, 42 illik Qəzzafi rejiminin son günlərinin inkar və fikir ayrılığı ilə keçdiyini bildirib. Nasir “Guardian” qəzetinin müxbirinə açıqlamasında Qəzzafini ən son doğma Siirt şəhərindəki bir dağıntının üstündə çarəsiz şəkildə ətrafa baxarkən gördüyünü bildirib.
Oxumaq
29.10.11  
 
Səhifələr : # « 63 64 65 66 67 68 69 70 71 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •