|
Türkiyə mövqeyində israrlıdır
|
İsrailin müdafiə nazirinin Qəzzaya gedəcək yeni karvanla bağlı açıqlaması Ankara tərəfindən rədd edilib
İsrailin müdafiə naziri Ehud Barakın Türkiyənin Qəzzaya gedəcək yeni karvanın qarşısının alınması ilə bağlı müsbət mövqedə olduğuna dair açıqlaması Ankara tərəfindən rədd edilib. Xarici İşlər Nazirliyi Qəzzaya getməsi planlaşdırılan karvanın tamamilə beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət olduğunu, bu səbəbdən Türkiyə hökuməti ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.
|
Oxumaq
06.07.11
|
| |
|
|
Böyük Britaniyanın baş naziri Əfqanıstanda
|
O, Əfqanıstanda xidmət edən 9500 hərbçidən 500-nün geri çağırılması məsələsini müzakirə edəcək
Böyük Britaniyanın baş naziri Devid Kemeron Əfqanıstana səfər edib. 2 günlük səfər çərçivəsində Əfqanıstanda xidmət edən 9500 hərbçidən 500-nün geri çağırılması məsələsinin müzakirəsi nəzərdə tutulub. Müzakirələr Böyük Britaniya parlamentində hərbi qüvvələrlə bağlı rəsmi bəyanatdan əvvələ planlaşdırılıb.
|
Oxumaq
06.07.11
|
| |
|
|
|
|
Müharibələr nə qədər insan ölümünə səbəb olub?
|
ABŞ-ın daxil olduğu müharibələrdə ən azı 225 min nəfər insan ölüb
ABŞ-ın 2001-ci ildən bəri daxil olduğu müharibələrdə ən azı 225 min nəfərin öldüyü ortaya çıxıb. Professorlar Neta Krouford və Ketrin Lutzun rəhbərliyi altında Braun Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri açıqlanıb. Araşdırma müharibələrdə minlərlə insan itkisi ilə yanaşı milyardlarla dollar pul xərcləndiyini ortaya qoyub. Araşdırmaçılar xüsusilə İraq və Əfqanıstandakı müharibələrlə Pakistandakı terrorla mübarizə kampaniyasına diqqət yetiriblər. Bu müharibələrdə 365 mindən çox insanın yaralandığı bildirilib.
|
Oxumaq
05.07.11
|
| |
|
|
Belarusda tutatutdur
|
Müstəqillik günü ilə əlaqədar Minskdə keçirilən səssiz etiraz aksiyasında onlarla insan həbs edilib
Belarusda Müstəqillik günü ilə əlaqədar paytaxt Minskin mərkəzində ənənəvi səssiz etiraz aksiyası keçirilib. Yüzlərlə adamın qatıldığı etiraz aksiyası polislə toqquşma ilə başa çatıb. Onlarla adam həbs olunub. Belarusun hüquq-mühafizə orqanları dəqiq say açıqlamasa da, hüquq müdafiəçiləri 200-dək adamın həbs olunduğunu bildirir. Respublikanın digər şəhərlərində də təxminən eyni sayda həbslər olduğu xəbər verilir.
|
Oxumaq
05.07.11
|
| |
|
|
Türkiyə Liviya üsyançılarını tanıdı
|
Əhməd Davudoğlu Türkiyənin Milli Keçid Şurasına 200 milyon dollar yardım ayıracağını da bildirib
Türkiyə Liviyada qiyamçıların qurduğu Milli Keçid Şurasını tanıyıb. Xarici işlər naziri Əhməd Davudoğlu bunu Benqaziyə səfəri zamanı bəyan edib. O deyib ki, Milli Keçid Şurası Liviya xalqının legitim hökumətidir. Liviyada silahlı münaqişənin sona çatması üçün Ankaranın əlindən gələni edəcəyini dilə gətirən Əhməd Davudoğlu Türkiyənin Milli Keçid Şurasına 200 milyon dollar yardım ayıracağını da bildirib. Liviya lideri Müəmmər Qəzzafi isə NATO Liviyadakı əməliyyatını dayandırmasa, Avropa ərazisinə hücumlarla hədələyib. Məlumatı “Associated Press” agentliyi yayıb.
|
Oxumaq
05.07.11
|
| |
|
|
Mərakeşdə referendum baş tutdu
|
Yeni konstitusiya layihəsinə görə, kralın səlahiyyətləri məhdudlaşdırılır
Mərakeşdə ölkə konstitusiyasına dəyişikliklərə dair referendum keçirilib. Referendumda seçicilərin 72,5%-i iştirak edib. Artıq bülletenlərin 94%-i sayılıb. Seçicilərin 98,5%-i konstitusiyaya dəyişiklikləri bəyənib. Mərakeşdə konstitusiyanın dəyişdirilməsi prosesinə 3 ay əvvəl başlanılıb. O zaman xalq həyəcanlarından sonra hökumət siyasi sistemin demokratikləşdirilməsi barədə qərar qəbul etmişdi. Yeni konstitusiya layihəsinə görə, monarxın səlahiyyətləri məhdudlaşdırılır, baş nazir parlamenti buraxmaq hüququna malik olacaq, məhkəmə hakimiyyəti isə qanunverici və icraedici hakimiyyətdən asılı olmayacaq.
|
Oxumaq
05.07.11
|
| |
|
|
|
|
Səudiyyə Ərəbistanı da nüvə şantajına qoşuldu
|
Ər-Riyad İran nüvə silahı əldə edəcəyi təqirdə, özünün də bu addımı atacağını bəyan etdi
İranın nüvə silahı əldə etmək istəyi qonşu Səudiyyə Ərəbistanında ciddi qarşılanıb. Səudiyyə Ərəbistanı bəyan edib ki, İranın nüvə silahı olarsa, o da belə bir silaha malik ola bilər. Şahzadə Turki əl-Feysəl bu xəbərdarlıqla Qərb ölkələrinə müraciət edib. Səudiyyənin xarici işlər naziri vəzifəsinə əsas iddialılar sırasında olan Turki əvvəllər krallığın kəşfiyyat idarəsinə rəhbərlik edib. Özu də Feysəl xəbərdarlıq dolu çıxışını kiçik bir auditoriya qarşısında edib.
|
Oxumaq
02.07.11
|
| |
|
|
Yunan parlamenti dəyişiklikləri təsdiq etdi
|
|
Yunanıstanın parlamenti ölkəyə maliyyə yardımın verilməsi üçün ikinci və sonuncu qənaət qanununu qəbul edib. Qeyd edək ki, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu parlamentin qənaət qanununu və bu qanunun icra edilməsini şərh edən ikinci qanunun qəbul etməsini tələb edib. Bu təşkilatlar yalnız bu qanunların qəbul edilməsindən sonra Yunanıstana veriləcək 110 milyard avro həcmində maliyyə dəstəyindən 12 milyard avronu verəcəyini bildirmişdilər.
|
Oxumaq
02.07.11
|
| |
|
|
|