|
Məhkəmədən obyektiv qərar
|
|
Hindistanın Ali Məhkəməsi bu yaxınlarda qədim Hindu məbədində aşkar edilən xəzinənin yerli hakimiyyətə təhvil verilməsi barədə qərar qəbul edib. Xəzinədə onlarla milyard dollar dəyərində qızıl, antik məmulatlar, qiymətli daşlar aşkar edilib. Dünyada heç vaxt belə bir zənginliyə rast gəlinməyib.
|
Oxumaq
22.07.11
|
| |
|
|
Avropadan Ərdoğana cavab gəldi
|
|
Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğanın Quzey Kıbrıs Türk Cümhuriyyəti səfərində Kıbrısla bağlı verdiyi açıqlamalara Avropadan reaksiyalar gəlib. Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Ria Oqmen Raytun yazılı açıqlamasında «Türkiyə Avropa klubuna girmək istəyirsə, oyunu onun qaydalarına görə oynamalıdır» deyib.
|
Oxumaq
22.07.11
|
| |
|
|
ABŞ Hacicin həbsini alqışlayıb
|
|
Vaşinqton 90-cı illərdə Balkan müharibəsi zamanı hərbi cinayətlər törətmiş və axtarışda olan adamların Serbiyada həbs olunmalarını alqışlayıb. Ağ Evin nümayəndəsi Cey Karney bildirib ki, Xorvatiya serblərinin lideri Qoran Hacicin həbsini hamı çoxdan gözləyirdi. Serbiya Hərbi Məhkəməsi onun Haaqa tribunalına verilməsi barədə qərar qəbul edib.
|
Oxumaq
22.07.11
|
| |
|
|
|
|
Ruhulla Dadaş öldü, iranlılar küçələrə axışdılar
|
İran idmanını simvolu Əli Xamneyi və Mahmud Əhmədinejadın səhnəarxası çəkişməsinin qurbanı olub
İyulun 18-də İranın paytaxtı Tehranda on minlərlə insan İran milli idmanının simvolu sayılan Ruhulla Dadaşın dəfnində iştirak etmək üçün küçələrə axışıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Ruhulla Dadaş Tehranda bıçaqlanaraq öldürülüb.
|
Oxumaq
20.07.11
|
| |
|
|
İranlılar küçələrə axışdı
|
İran idmanının simvolu sayılan Ruhulla Dadaş, Əli Xamneyi və Mahmud Əhmədinejadın səhnəarxası çəkişməsinin qurbanı olub
İyulun 18-də İranın paytaxtı Tehranda on minlərlə insan İran milli idmanının simvolu sayılan Ruhulla Dadaşın dəfnində iştirak etmək üçün küçələrə axışıb. “Mignews.com” saytının verdiyi məlumata görə, Ruhulla Dadaş Tehranda bıçaqlanaraq öldürülüb. Üç nəfər avtomobildən düşərək idmançıya hücum çəkib. Hücum çəkənlərin əlində bıçaq olub. 40 dəqiqə davam edən qanlı çəkişmə nəticəsində 50 bıçaq yarası alan idmançı həyatını itirib. Cinayətkarlar Tehranı tərk edən zaman polis tərəfindən yaxalanıblar. Ruhulla Dadaş İranın ali dini lideri Əlit Xamneyi və prezident Mahmud Əhmədinejad arasındakı pərdəarxası çəkişmənin qurbanı sayılır. İdmançı uzun illər tərəfdarı olduğu Əli Xamneyini Mahmud Əhmədinejada təzyiq etdiyi üçün açıq şəkildə tənqid edib. Dini liderin qisası da gecikməyib...
|
Oxumaq
20.07.11
|
| |
|
|
Sincanda qarşıdurma
|
Üsyançılar Hotan şəhərində polis idarəsinə hücum ediblər
Çinin türkdilli uyğurlar yaşayan Sincan Muxtar Bölgəsində polis bölməsinə hücum olub, azı dörd nəfər ölüb. Rəsmi Sinxua xəbər agentliyinin məlumatına görə, üsyançılar Hotan şəhərində polis idarəsinə hücum ediblər, içəridəkiləri girov götürüblər, binaya od vurublar. Xəbərə görə, əraziyə əlavə polis qüvvələri cəlb olunub, onlar hücumçulara atəş açıblar, altı girovu azad ediblər. Hadisə vaxtı bir polis, bir təhlükəsizlik xidməti əməkdaşı, iki girov öldürülüb. Bir neçə girovu xəstəxanaya aparıblar.
|
Oxumaq
20.07.11
|
| |
|
|
"News of the World"ün qalmaqallı müxbiri öldü
|
|
Britaniyada bağlanmış "News of the World" tabloidinin keçmiş müxbiri Şon Hoarın öldüyü məlum olub. Şon Hoar qəzet rəhbərliyini əməkdaşları telefon xakerliyi yolu ilə sensasiyalı xəbər axtarmağa həvəsləndirməkdə ittiham etmişdi. New York Times qəzetinə müsahibəsində Şon Hoar bildirmişdi ki, telefonların qanunsuz dinlənilməsi halları "News of the World" qəzeti rəhbərlərinin etiraf etdiyindən daha irimiqyaslı idi.
|
Oxumaq
20.07.11
|
| |
|
|
Fransa gəmisi Qəzza zolağı sahillərinə yaxınlaşır
|
|
İsrailin Qəzza blokadasını yarmaq üçün yola çıxmış Fransa gəmisi artıq Qəzza zolağı sahillərinə yaxınlaşmaqdadır. "Əl-Karama" gəmisinin göyərtəsində olanlar fələstinli insan haqları müdafiəçiləridir. Gəmi "Azadlıq donanması-2"-nin tərkibinə daxildir. "Əl-Karama" Qəzza zolağına humanitar yardım aparan yeganə gəmidir ki, Yunanıstan keçidində qoyulmuş qadağanı dəf etməyi bacarıb. Qəzza sahillərinə təxminən 40 mil məsafədə gəmi İsrailə məxsus 3 hərbi gəmi tərəfindən nəzarətə alınıb. "Azadlıq donanması-2"-nin təşkilatçıları bildirirlər ki, "Əl-Karama" gəmisində heç bir yük qalmayıb və İsrail hökumətinin onu saxlamağa heç bir hüququ yoxdur. İsrail tərəfi isə Qəzza zolağının dəniz blokadasının yarılmasına imkan verməyəcəyini bir daha bəyan edib.
|
Oxumaq
20.07.11
|
| |
|
|
İstefası tələb olunan baş nazir yorğunluqdan xəstəxanaya düşdü
|
|
Misirdə Təhrir meydanındakı aksiyalarda müxalifətin ölkəni idarə edən Ali Hərbi Şuraya etirazları artır. Baş nazir İsam Şərəfin kabinetdə dəyişikliklər etməsi müxalifəti qane etməyib. Daxili işlər və ədliyyə nazirini dəyişdirməyən İsam Şərəfin istefasını tələb edən nümayişçilər baş nazirin getdikcə Mübarəkə bənzədiyini söyləyiblər. Təhrirdə düşərgə salan nümayişçilərin başqa bir hədəfi isə Mübarək və adamlarını qoruduğu iddia edilən Ali Hərbi Şuranın rəhbəri Hüseyn Tantavidir. Xalq inqilabının məqsədlərinə uyğun dəyişikliklər olmadan Təhrir meydanını tərk etməyəcəklərini bildirən nümayişçilər lazım gələrsə, ikinci inqilabı həyata keçirəcək gücə sahib olduqlarını bildiriblər.
|
Oxumaq
20.07.11
|
| |
|
|
|