Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 53 54 55 56 57 58 59 60 61 » #
«Əl Qaidə»yə qoşulan amerikalıların sayı artır
ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komissiyasının rəhbəri, respublikaçıların Nyu-Yorkdan olan millət vəkili Piter Kinq 40-dan çox amerikalının Somalidəki «Əl Qaidə» terrorçularına qoşulduğunu və döyüşmək üçün bu ölkəyə getdiklərini söyləyib. «CNN»in yaydığı məlumata əsasən, ABŞ-ın terrorla mübarizə rəsmiləri də bir çox amerikalının Somalidə «Əş-Şabab» təşkilatına qoşulduğunu təsdiqləyib. Ehtimallara görə, ən azı 21 amerikalı terror təşkilatına qoşulmaq üçün Somaliyə gedib. Qeyd edək ki, senator Kinqin əldə etdiyi məlumatlar ABŞ-da müsəlmanların radikallaşması ilə bağlı Senatda təşkil ediləcək üçüncü iclasda müzakirə ediləcək.
Oxumaq
28.07.11  
 
Pakistanın yeni Bənazir Bhuttosu
Pakistanın ən gənc və ilk qadın xarici işlər naziri Hina Rəbbani Khar illərdir aralarında böyük problem olan Hindistana səfər edib. Özündən 45 yaş böyük olan hindistanlı həmkarı Krişna ilə masa arxasında danışıqlar aparan Hina Rəbbani öz geyimi və dəsti xəttinə uyğun olaraq Bənazir Bhuttonu xatırladıb.
Oxumaq
28.07.11  
 
Xatəmiyə ölkəni tərk etmək qadağan olunub
İran saytları məlumat verir ki, keçmiş prezident Məhəmməd Xatəmiyə  ölkəni tərk etmək qadağan olunub. "Jahan-News" saytı adını açıqlamadığı mənbələrə istinadən xəbər verir ki, Xatəmi Avropaya uşaqlarının yanına getməyi planlaşdırıb. O həm də İrlandiyada keçiriləcək siyasi bir seminara qatılacaqmış.
Mənbənin məlumatına görə, yerli hakimiyyət Xatəmiyə ölkəni tərk etməyə icazə verməyib. Saytın məlumatı rəsmi təsdiqlənməyib. Məhəmməd Xatəmi prezident Mahmud Əhmədnejada qarşı sərt mövqeyi ilə seçilir. O, 1997-ci ildən 2005-ci ilə qədər ölkənin prezidenti olub. Ötən il də Yaponiyada keçirilən nüvə texnologiyası ilə bağlı konfransa qatılmaq istəyən Xatəmiyə ölkəni tərk etmək qadağan olunmuşdu.
Oxumaq
28.07.11  
 
Soros investorların pulunu qaytaracaq
Məşhur maliyyəçi yalnız öz ailəsinin aktivlərini idarə edəcək

Dünyanın ən yaxşı investisiya menecerlərindən biri kimi tanınan Corc Soros ilin sonuna qədər rəhbərlik etdiyi fondun başqalarının investisiyalarını idarə etməsinə son qoyacaq və təqribən bir milyard dolları investorlara geri qaytaracaq. Sorosun 81 yaşı gələn ay tamam olur. O, 25 milyard dollar həcmində payçılardan ibarət fondun kənar investorlarına deyib ki, onların investisiyalarını geri qaytaracaq və yalnız ailənin vəsaitlərini idarə edəcək.
Oxumaq
28.07.11  
 
ABŞ-dan rusiyalı məmurlara qadağa
60 rusiyalı məmurun bundan sonra ABŞ-a getməsi mümkün olmayacaq

Prezident Barak Obamanın adminstrasiyası Rusiyada həbsdə ölən vəkil Sergey Maqnitskinin işi ilə bağlı məmurlara ABŞ-a viza verilməsinə qadağanı qəbul edib. Məlumatlara görə, qadağa 60 rusiyalı məmura aid ola bilər. ABŞ rəsmiləri daha geniş sanksiya yolları axtarıblar, onlar həm viza qadağasını, həm də hesabların dondurulmasını nəzərdən keçiriblər.
Oxumaq
28.07.11  
 
Amerikalı generaldan təslimçi etiraf
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Maykl Müllen Liviyada çıxılmaz vəziyyətə düşdüklərini boynuna alıb
Oxumaq
27.07.11  
 
Türk əsgərləri PKK-nın pusqusuna düşdülər
ABŞ isə PKK-ya qarşı mübarizədə Türkiyəyə yardım etməyə hazırdır

Türkiyənin Diyarbəkir vilayətinin Hani və Lice rayonlarında narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatdan qayıdan hərbçilər PKK terrorçuları tərəfindən pusquya düşüblər. Yerli vaxtla saat 21.00-də baş vermiş insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeyd edək ki, yaralılardan 5 nəfəri hərbçi, 1 nəfəri isə hərbçilər tərəfindən saxlanılan narkotik qaçaqmalçısı olub. Yaralılar Diyarbəkir hərbi xəstəxanasına çatdırılıb. Məlumata görə, əraziyə cəlb olunan təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı əməliyyatları davam edir.
Oxumaq
27.07.11  
 
Obama cinayətkar təşkilatlara sanksiyalar tətbiq etdi
Bunlara İtaliyanın Kamorra, Yaponiyanın Yakudza, Meksikanın Los Zetas və keçmiş Sovet İttifaqının Qardaşlıq dairəsi qrupları daxildir

ABŞ prezidenti Barak Obama dünyanın 4 ən böyük cinayətkar təşkilatına qarşı sanksiyalar tətbiq edib. Bunlara İtaliyanın Kamorra, Yaponiyanın Yakudza, Meksikanın Los Zetas və keçmiş Sovet İttifaqının Qardaşlıq dairəsi qrupları daxildir. Sanksiyalar təşkilatların ABŞ-dakı hesablarının dondurulması və Amerika şirkətlərinin onlarla biznes əlaqələrinin yasaqlanmasını nəzərdə tutur. Konqresə ünvanladığı məktubda Barak Obama bildirir ki, transmilli kriminal təşkilatlar Amerikaya qarşı təhlükə törədir. Prezident mütəşəkkil cinayətkarlığın artıq yerli və ya regional problem olmadığını deyib.
Oxumaq
27.07.11  
 
30 dollara həbsxana gecəsi
Missuri şatatının Cefferson şəhərinin rəsmiləri yerli həbsxananın qapılarını açdı

Missuri şatatının Cefferson şəhərinin rəsmiləri gecələmək üçün yerli həbsxananın qapılarını açıblar. 30 dollara həbsxanada gecələmək istəyənlərin sayı 170 nəfər olub. Bunlara vəkillər, müxtəlif ştatların sakinləri və evliliklərinin birinci ildönümünü qeyd edən cütlük daxil idi. Beləliklə «günahsız məhbuslar»a həbsxana məişəti ilə tanış olmaq nəsib olub.
Oxumaq
27.07.11  
 
Prezident və spiker «söz davası»na çıxdılar
ABŞ-da borclanma limitinin təyin olunacağı 2 avqust tarixinə bir həftə qalmış prezident Barak Obama televiziya ilə xalqa müraciət edib. Ağ evin rəhbəri respublikaçıları xəbərdar edərək, Amerika xalqının büdcə bazarlığında razılaşmalı olduğunu bildirib.
Vaşinqtondakı siyasi çəkişmələrdən Amerika xalqının zərər çəkdiyini bildirən Obama fikirlərini aşağıdakı kimi ifadə edib: "Dünyanın gözü bizdədir və gəlin bu imkandan yararlanaq. Dünyanın ən böyük xalqı olduğumuzu sübut edək. Yalnız sözümüzü tutmaq və öhdəliklərimizi yerinə yetirmək üçün deyil, eyni zamanda bir xalq olaraq vahid mövqeyə gələ bildiyimizi nümayiş etdirək".
Oxumaq
27.07.11  
 
Səhifələr : # « 53 54 55 56 57 58 59 60 61 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •