Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
Səhifələr : # « 52 53 54 55 56 57 58 59 60 » #
Siciliya mafiyası "baytar"sız qaldı
Koza nostranın ikinci şəxsi tutulub

İtaliyanın hakimiyyət orqanları koza nostra iyerarxiyasında ikinci şəxs olan və 15 il axtarışda olan Domeniko Rakkulyini həbs etməyə müvəffəq olub. Siciliya mafiyasının ələkeçməz lideri barəsində qiyabi olaraq üç dəfə ömürlük həbs cəzası kəsilib. 45 yaşlı Domeniko Rakkulyini Kalatafimi şəhərciyində həbs edilib. Onun həbsi barədə məlumatı ilk olaraq karabinerlərin xüsusi təyinatlıların rəhbəri Mario Binyoni verib.
Əhalisinin sayı təqribən 8 min olan şəhərcikdə həbs edilən mafiya lideri müqavimət göstərməyib. Halbuki onun avtomat silahı və tapançası olub. Onun həbsinə 55 polis əməkdaşı cəlb edilib. Xüsusi təyinatlılar iki qrupa bölünərək, evi mühasirəyə alıblar. Balkondan qaçıb getmək istəyən mafiya liderinin kirayələdiyi evdən xeyli saxta sənəd və 100 min avro aşkarlanıb. "Kommersant" yazır ki, İtaliyanın daxili işlər naziri Roberto Maroni "iki nömrəli terrorçu"nun həbsini son illər İtaliya mafiyasına vurulan ən böyük zərbə adlandırıb.
Oxumaq
18.11.09  
 
Varlığa nə darlıq?
Rusiyalı deputat 300 min avrosunun "atılması"nı ürəyinə salmır

Rusiya Dövlət Dumasının üzvü Edvard Markinin başına qəribə bir iş gəlib. Onun 300 min avrosunu oğurlayıblar. Deputat avronu paytaxtdakı valyutadəyişmə məntəqəsində rus puluna çevirmək istəyən zaman pullarını əlindən alıblar. Bu, bir uğursuzluq olsa da, çoxlarını belə bir sual düşündürür: parlament üzvü bu qədər pulu niyə Moskvanın fırıldaqlara görə ad çıxarmış bir "budka"sında dəyişirmiş?
BBC-nin Rusiyadakı müxbiri Rupert Vinqfeld Hayes Edvard Markinin köməkçisinə bu sualı ünvanlayıb. Deputat köməkçisi cavabında deyib ki, onun şefi yaxşı adamdır, sadəcə onu aldadıblar. O deyib ki, Rusiya parlamentinin sağçı üzvü sadəcə öz doğma şəhəri Yekaterinburqda müharibə veteranlarına və qocalara yardım etmək istəyirmiş. Bunun üçün isə yerli bankdan təxminən bir milyon dollar nağd kredit götürüb.
Oxumaq
18.11.09  
 
Buterbrodla mesenatlıq
Qəddafi gənc qızlar arasında islamı yaymaqla məşğuldur

Liviya lideri Müəmmar Qəddafi yenə hamını təəccübləndirməkdə davam edir. Bu dəfə o, bir qrup italyan gənc qızı Roma şəhərində keçirilən yüksək səviyyəli qonaqlığa dəvət edib. Kokteyllər və kiçik buterbrodlarla qonaq ediləcəklərini gözləyən 200 gənc qız müsəlman olmağa həvəsləndirilib. Belə məlum olub ki, qonaqlığın sahibi Liviya lideri Müəmmar Qəddafidir.
O, Romaya BMT-nin Ərzaq sammitində iştirak etmək üçün gəlib. Qəddafi islamın möcüzələrindən danışıb və qonaqlarını bu dinin bəzilərinin iddia etdiyi kimi qadınlar əleyhinə olmadığını vurğulayıb. Qonaqlığa dəvət prosesi çox ciddi şəkildə aparılıb. Qonaqlıq sahibinin kimliyi gizli saxlanılıb. Seçilən qızlar gözəl və 18 ilə 35 yaş arasında olmalı idilər. Onların boyu 1.70 sm-dən aşağı olmamalı idi. Qonaqlığa gəlmək üçün xüsusi geyim qaydasına əməl etmək lazım gəlib.
Oxumaq
18.11.09  
 
Obamanın avazı yaxşı gəlir...
ABŞ prezidenti hamı ilə dost olmaq istəyir

Çinə ilk dəfə rəsmi səfər edən ABŞ prezidenti Barak Obama bəyan edib ki, ABŞ ilə Çinin rəqiblər olmasına ehtiyac yoxdur və onların arasındakı əməkdaşlıq bütün dünyaya xeyir verə bilər. O, Şanxayda gənclərlə debatlar zamanı bildirib ki, ifadə və din azadlığı, eləcə də azad informasiyanın əldə edilməsi universal hüquqlara aiddir və bundan hamı yararlana bilməlidir. Onun sözlərinə görə, ABŞ və Çin düşmən hesab olunmamalıdır. "Son 30 il ərzində bizim münasibətlərimizdə azalmalar və ziddiyyətlər, fikir ayrılıqları və mürəkkəbliklər olub. Ancaq "biz düşmən olmalıyıq" fikri qabaqcadan müəyyən edilməməlidir" - deyə o, çinli tələbələr qarşısında çıxışı zamanı bildirib.
Eyni zamanda Obama vurğulayıb ki, hazırda iki dövlət arasında "müsbət, konstruktiv hərtərəfli münasibətlər yaranıb və bu münasibətlər zəmanəmizin iqtisadi bərpa, təmiz eneryi mənbələrinin inkişafı, nüvə silahının yayılması və iqlim dəyişikliyi ilə mübarizə, eləcə də Asiyada və bütün dünyada sülhün və sabitliyin inkişafı kimi əsas qlobal məsələlər üzrə tərəfdaşlıq üçün qapı açır".
Oxumaq
18.11.09  
 
Dünya üçün yerli özünüidarəetmə orqanları
Kosovo bələdiyyə seçkilərinə daha çox dövlət tərəfindən tanınmaq şansı kimi baxır

Ötən il Serbiyadan müstəqillik əldə edən Kosovoda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Seçki məntəqələrinin açılmasından bir az sonra baş nazir Haşim Taçi azlıqda olan serbləri Belqrad rəsmiləri və Serbiyanın nüfuzlu pravoslav kilsəsinin çağırdığı kimi səsverməni boykot etməməyə səsləyib. Qərb ölkələrinin yurnalistləri Kosovonun mərkəzi hissələrində səsvermədə bəzi serblərin iştirak etdiyi haqda məlumatlar veriblər. Rəsmilər günortaya qədər səsvermədə əhalinin 15 faizinin iştirak etdiyini bildiriblər. Səsvermə zamanı hər hansı bir insidentlə bağlı məlumat daxil olmayıb.
"Kommersant" yazır ki, Kosovonun prezidenti Fatmir Seydiu bildirib ki, seçkilər dünyaya Kosovonun stabil dövlət olduğunu və regiona sülh və əmin-amanlıq gətirməyə xidmət etdiyini üzə çıxaracaq. Rəsmi Priştina ümidvardır ki, bu seçkilər 63 ölkə tərəfindən tanınan Kosovonun müstəqilliyinin daha çox dövlət tərəfindən tanınmasına gətirib çıxaracaq. Onu da qeyd edək ki, Serbiya Haaqa məhkəməsi qarşısında Kosovo dövlətinin legitimliyi barədə iddia qaldırıb və ona dekabrın 1-də baxılacaq. Kosovo hökuməti də seçkiləri uğurlu qaydada keçirməklə bu iddianı qüvvədən salmaq istəyir.
Oxumaq
17.11.09  
 
Etirafın nüvəsi
Əhmədineyad dünyaya ölkəsi haqqında həqiqətləri çatdıra birmir

Sinqapurda rusiyalı həmkarı Dmitri Medvedyevlə danışıqlardan sonra çıxış edən ABŞ prezidenti Barak Obama bildirib ki, İranın nüvə proqramının həllini nəzərdə tutan beynəlxalq plana "hə" deyə bilməməsi təəssüf doğurur. Rusiya prezidenti Dmitri Medvedyev də bəyan edib ki, hələ də İranı zənginləşdirilmiş uranı Rusiyaya yollamaqda yola gətirəcəyinə ümid edir. Bu uran İranın nüvə reaktorunu yanacaqla təmin etmək üçün əlavə proseslərə məruz qalmalıdır. Amma o, xəbərdarlıq edib ki, irəliləyiş olmasa, başqa vasitələrdən istifadə edilə bilər: "İranla danışıqların aparılmasında məqsəd Tehrandan nüvə proqramının şəffaflığına dair dəqiq təminat almaqdır".
"İranın nüvə proqramı müzakirə mövzusu deyil, lakin Tehran bu məsələdə səmimi olanlarla əməkdaşlıq etməyə hazırdır".
Oxumaq
17.11.09  
 
Dinlənilən demokratiya
AKP-ni prokuror və hakimlərin telefon danışıqlarına qulaq asmaqda suçlayırlar

Türkiyə Apelyasiya Məhkəməsinin baş prokuroru Əbdurrəhman Yalçınkaya AKP haqqında sürpriz araşdırmanın aparılması barədə təlimat verib. Türkiyə mətbutının yaydığı məlumata görə, buna səbəb Apelyasiya Məhkəməsinə aid bir telefonla İstanbul baş prokuroru Aykut Cengiz Engin də daxil olmaqla, 65 prokuror və hakimin Ədliyyə Nazirliyi tərəfindən dinlənilməsinin ortaya çıxmasıdır.
Bundan əvvəl dünyəviliyə qarşı fəaliyyətin ocağı olmasıyla bağlı AKP-nin bağlanılması haqqında ittihamnamə hazırlayan Əbdürrəhman Yalçınkaya indi də hakim partiyanı hüquqi dövlət prinsiplərini pozmaqda günahlandırır. Əbdürrəhman Yalçınkaya bildirib ki, bu cür durumlarda Konstitusiyanın 68/4 və "Siyasi partiyalar haqqında" qanunun 98-ci maddəsi Appelyasiya Məhkəməsinin baş prokuroruna partiyanın bağlanması haqqında ittiham aktı hazırlamağa əsas verir. Sabiq Cümhuriyyət baş prokuroru Sabih Kanadoğlu isə prokuror və hakimləri dinləməklə AKP-ni ölkədə faşist reyim qurmağa cəhd göstərməkdə suçlayıb.
Oxumaq
17.11.09  
 
Gender Birliyi
Avropa Birliyinin prezidenti də, xarici işlər naziri də qadın ola bilər

Avropa Birliyinə prezidentlik uğrunda mübarizədə yeni namizəd peyda olub. Bu, Latviyanın keçmiş prezidenti Vayre Vike Freyberqdir. Buna qədər prezidentlik uğrunda yarışda daha çox Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin şansı yüksək qiymətləndirilirdi. Ancaq namizədlərin sayı artdıqca Bleyerin şansı xeyli azalır. Beləliklə, Avropa Birliyinin prezidentliyi uğrunda yarışda 5 namizəd iştirak edir, bunlardan 4-ü kişi, 1-i qadındır. Avropa Siyasi Araşdırmalar Mərkəzinini analitiki Petr Kaçinski Latviyanın eks-prezidentinin kişi namizədlərlə mübarizədə şansının az olmadığı qənaətindədir: "Vayre Vike Freyberq danışıqlarda güclü xanım siyasətçi kimi özünü göstərib, xarici dilləri mükəmməl bilir, liderlik xüsusiyyətinə malikdir, ən əsası - Avropa Birliyinin siyasi dairələrində nüfuz sahibidir".
Oxumaq
17.11.09  
 
Medvedyevin müraciəti geniş rezonans doğurub
Putini üstüörtülü tənqid etdiyinə görə

Rusiya prezidenti Dmitri Medvedyevin Federal Məclisə müraciəti ölkədə geniş rezonans doğurub. Bir sıra müşahidəçilərə görə, prezident üstüörtülü şəkildə Vladimir Putinin prezidentliyi dövrünü tənqid edib. Prezident çıxışında daha çox keçmiş iqtisadi siyasətin tənqidinə yer verib: "Neftin qiymətləri qalxanda demək olar ki, hamıda belə illüziya var idi ki, struktur islahatlar gözləyə bilər. Köhnə, xammala oturan iqtisadiyyata üstünlük verilirdi. Unikal texnologiyalar və innovasiya məhsullarını yaradan yeni iqtisadiyyatın yaradılması üçün ancaq ayrıca, qeyri-sistem qərarlar çıxarılırdı. Bu işi artıq yubatmaq olmaz". Rusiya nəşrləri də Dmitri Medvedyevin ölkə iqtisadiyyatını tənqid etməsini onun sələfi Vladimir Putini tənqid etməsi kimi qiymətləndiriblər. Belə ki, rəylərə görə, məhz Vladimir Putinin prezidentliyi dövründə Rusiya xammal iqtisadiyyatından qurtula bilməyib.
Oxumaq
14.11.09  
 
Hər şeyin bir sonu var
Obama ABŞ-ın Əfqanıstanda müddətsiz qalmayacağına işarə vurub

Dünən səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə xarici hərbi bazaların yerləşdiyi istiqamətdə güclü partlayış baş verib. "Exo Moskva" radiosunun yaydığı məlumata görə, ölənlər və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir. İlkin məlumatlara görə, 8 amerikalı hərbçi, 2 əfqan ölüb, 2 zirehli döyüş maşını sıradan çıxıb. Polis bildirib ki, kamikadze minalanmış avtomobillə ABŞ hərbi bazasına hücum çəkib və bazaya daxil olub. Partlayış da hərbi bazanın ərazisində baş verib.
Oxumaq
14.11.09  
 
Səhifələr : # « 52 53 54 55 56 57 58 59 60 » #
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: