Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 51 52 53 54 55 56 57 58 59 » #
Suriyada kritik vəziyyət
Hama şəhərində nümayişçilərlə hərbçilər arasında baş verən toqquşmalar nəticəsində 140 adam ölüb
Oxumaq
02.08.11  
 
Mübarəkin məhkəməsi canlı yayımlanacaq
Misirin devrilmiş lideri Hüsnü Mübarəkin məhkəməsi canlı yayımlanacaq. Prosesə sədrlik edəcək hakim Əhməd Rıfat keçirdiyi mətbuat konfransında bildirib ki, avqustun 3-də Qahirənin ətrafında yerləşən Milli Polis Akademiyasında başlanacaq məhkəmə prosesində 600 nəfərin iştirak etməsinə icazə verilib.
BBC-nin yaydığı məlumata əsasən, Mübarəklə birlikdə təhlükəsizlik şefi Həbib əl-Ədli və 6 yüksək rütbəli polis rəsmisi məhkəmə qarşısında duracaq. Etirazçılara qarşı güc etmək barədə qərar verən Mübarəkin günahı sübuta yetirilərsə, ona qarşı edam hökmü çıxarıla bilər. Qeyd edək ki, Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən etiraz aksiyalarında 850 nəfərə yaxın nümayişçi öldürülüb.
Oxumaq
02.08.11  
 
İsrail də çalxalandı
Etiraz aksiyaları keçirən yəhudilər ölkədəki qiymət artımlarına qarşı çıxıblar

İsraildə aləm bir-birinə dəyib. Sadə vətəndaşlar küçələrə çıxıb. Onların sayının 100 minlərlə olduğu xəbər verilir. Etiraz aksiyaları keçirən yəhudilər ölkədəki qiymət artımlarına qarşı çıxaraq sosial bərabərsizliyin aradan qaldırılmasını, işsizliyin azaldılmasını, əhalinin maddi cəhətdən zəif təbəqəsinə təhsil almaq imkanının yaradılmasını və normal tibbi xidmətlə təmin olunmalarını tələb edir. Nümayişlərdə əsasən gənclər, orta sinfin nümayəndələri, eləcə də dindarlar iştirak edir. Aksiyalar baş nazir Benyamin Netanyahunu Polşaya səfərini yarımçıq başa vuraraq ölkəyə qayıtmağa sövq edib.
Oxumaq
02.08.11  
 
3 liviyalı jurnalist həlak oldu
Liviyada artıq 6 aydır ki, qarşıdurmalar davam edir. NATO tәyyarәlәrinin Liviya dövlәt televiziyasının peyk sistemini bombalaması nəticəsində 3 liviyalı jurnalist hәlak olub, 15 nәfәr isə xәsarәt alıb. «Әl Cәmahiriyyә» televiziyasının rәhbәri Xalid Baziliya hücumu beynәlxalq terror aktı olaraq xarekterizә edib.
Oxumaq
02.08.11  
 
Venesuelada 20 min məhbus azadlığa buraxıldı
Venesuela hökuməti ölkə üzrə olan məhbusların demək olar ki, yarısını azadlığa buraxmaq qərarına gəlib. Venesuela Penitensiar Xidmətinin rəhbəri İris Varela bu barədə qərarın xırda cinayətlərə görə həbs olunan 20 min məhbusa şamil olunacağını bildirib ki, bu da təqribən 40 faiz edir: “İctimaiyyət üçün  təhlükə doğurmayan insanları cəzaçəkmə müəssisələrində saxlamağın mənası yoxdur”.
Oxumaq
02.08.11  
 
Liviya üsyançılarının lideri öldürüldü
Abdel Fəttah Yunis Benqazidə naməlum silahlı qrup tərəfindən qətlə yetirilib
Oxumaq
30.07.11  
 
ABŞ Konqresi borc böhranı ilə bağlı səsverməni təxirə salıb
ABŞ Konqresində dövlət borcunun yuxarı həddinin artırılmasına dair qanun layihəsinin səsverməyə çıxarılması təxirə salınıb. Buna səbəb Nümayəndələr Palatasının Respublikaçılar partiyasından olan üzvləri arasında yaranmış mübahisə olub. Nümayəndələr palatasında məhz Respublikaçılar üstünlüyə malikdir.
Oxumaq
30.07.11  
 
Təhlükəsizlik Şurasında Kosovo məsələsi müzakirə olunub
BMT Təhlükəsizlik Şurasında Kosovo ilə bağlı qapalı müzakirələr keçirilib. Franss-Press agentliyinin məlumatına görə, Şura Serbiya və Kosovo sərhədində artan gərginliklə bağlı xüsusi iclas keçirmək çağırışlarından qətiyyətlə imtina edib. Serbiyanın xarici işlər naziri Vuc Jeremic belə bir iclasın keçirilməsini istəyirdi. Əvəzində isə məsələ qapalı şəkildə müzakirə olunub.
Bu arada NATO sülhməramlıları Kosovonun şimalındakı sərhəd keçid məntəqəsini nəzarətə götürüblər.  Kosovo polisi Serbiyadan mal gətirilməsinin qarşısını almaq üçün bazar ertəsi bu məntəqələri zəbt etmişdi. Yerli serblərin bu məntəqələrə hücumu nəticəsində 1 polis öldürülüb, məntəqələrdən biri isə yandırılıb.
Oxumaq
30.07.11  
 
Tunisin sabiq prezidenti növbəti cəzasını aldı
Zeynalabdin Ben Əli daha 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub

Tunisin sabiq prezidenti Zeynalabdin Ben Əli 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəmə onu korrupsiyada və daşınmaz əmlak dələduzluğunda təqsirli bilib. Sabiq prezidentin qızı Nəsrin, kürəkəni Sakr əl-Mater də eyni ittihamla müvafiq olaraq 8 və 16 il həbs cəzası alıblar. Hər üç şəxsə milyonlarla dinar cərimə də kəsilib.
Oxumaq
30.07.11  
 
ABŞ İranı «Əl-Qaidə» ilə əməkdaşlıqda ittiham edir
Birləşmiş Ştatlar İranı «Əl-Qaidə» ilə gizli sövdələşmədə ittiham edir. Bu, Vaşinqtonun «Əl-Qaidə»nin altı fəalına qarşı sanksiyalar elan etdiyi zaman baş verib. ABŞ-ın Maliyyə Nazirliyi detalları açıqlamayıb, lakin bildirib ki, fəallar ABŞ rəsmilərinin İranda “əl-Qaidə”nin vasitəçisi olduğuna inandığı İzzəddin Əbdül Əziz Xəlilin şəbəkəsinə mənsubdur. Nazirliyin bildirdiyinə görə, Xəlil İran hökuməti və terrorçu qrup arasında razılıq əsasında fəaliyyət göstərirdi. Maliyyə Nazirliyi qeyd edir ki, İran «Əl-Qaidə»nin Əfqanıstan və Pakistanda əməliyyatlarına maliyyə dəstəyinin verilməsi üçün mühüm tranzit məntəqəsi kimi çıxış edir. İran hökuməti buna hələlik reaksiya verməyib.
Oxumaq
30.07.11  
 
Səhifələr : # « 51 52 53 54 55 56 57 58 59 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •