|
Mübarəkın məhkəməsi başlayıb
|
Qahirədə keçmiş prezident Hüsnu Mübarəkin məhkəməsi bərpa olunub. Məhkəmə binasının qarşısında onun tərəfdarlarıyla əleyhdarları arasında toqquşma olub. 83 yaşlı Mübarək iclas zalına xəstəxanadan xərəklə gətirilib. Əvvəlki proseslərdən fərqli olaraq bu dəfə məhkəmədən canlı yayım olmayacaq. Keçmiş prezident korrupsiya və ilin əvvəllərində yüzlərlə nümayişçinin qətlində ittiham olunur. Mübarakla yanaşı onun iki oğlu, keçmiş daxili işlər naziri və daha 6 keçmiş məmur da məsuliyyətə cəlb olunub.
|
Oxumaq
06.09.11
|
| |
|
|
Berdiməhəmmədov liftdə qalıb
|
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt Aşqabadın mərkəzində yerləşən yeni prezident kompleksinin liftində qalıbmış. Xəbəri “Xronika Türkmənistan” saytı yayıb. Məlumata görə, avqustun 28-də kompleksin lifti ikinci və üçüncü mərtəbələr arasında xarab olub və dövlət başçısı bir saata qədər liftin içərisində qalıb.
|
Oxumaq
06.09.11
|
| |
|
|
Prezident mühakimə olunacaq
|
|
Fransanın keçmiş prezidenti Jak Şirakın məhkəməsi başlayıb. Fransa tarixində dövlət başçısının məhkəmə qarşısına çıxması ilk haldır. Şirak Paris bələdiyyə rəhbəri olduğu dövrdə bəzi partiya üzvlərinə işləmədikləri halda maaş ödənməsinə göz yumduğuna görə mühakimə olunacaq. Şirakın səhhətində yaranmış problemlə bağlı məhkəməyə qatılacağı gözlənilmir. Əgər ittiham təsdiqini tapsa, 78 yaşlı Şirakı 10 il həbs cəzası gözləyir.
|
Oxumaq
06.09.11
|
| |
|
|
İsrail üzr istəməyəcəyini təkrarladı
|
|
İsrailin baş naziri Binyamin Netanyahu "Mavi Mərmərə" hadisəsinə görə Türkiyədən üzr istəməyə məcbur olmadıqlarını qeyd edib. Netanyahu həftəlik Nazirlər Kabinetinin iclasında BMT Komissiyasının İsraillə bağlı hesabatına münasibət bildirərək, "Mavi Mərmərə" gəmisində baş verən hadisədə İsrailin beynəlxalq hüquq qaydalarına uyğun addım atdığını söyləyib.
|
Oxumaq
06.09.11
|
| |
|
|
Türkiyə təyyarələri PKK-çıları darmadağın edir
|
|
Türkiyəyə məxsus hərbi təyyarələr dünən səhər Türkiyə-İran-İraq sərhəd üçbucağında olan Hakurk bölgəsini bombalayıb. İraq prezidenti Cəlal Tələbaninin lider olduğu Kürdüstan Yurdsevər Birliyinin internet saytı səhər saatlarında türk təyyarələrinin Hakurk, Sidekan, Sinin, Lolan bölgələri üzərində kəşfiyyat uçuşları reallaşdırdığını və təqribən 1 saat sonra bu bölgələri havadan bombaladığını iddia edib.
|
Oxumaq
06.09.11
|
| |
|
|
|
|
Liviyanın gələcəyi ilə bağlı konfrans keçirilib
|
Qəzzafi isə tərəfdarlarını partizan müharibəsi aparmağa çağırıb
Parisdə 60 ölkənin dövlət başçılarının iştirakı ilə Liviyanın problemlərinə həsr olunun konfrans keçirilib. Liviyanı Milli Keçid Şurası təmsil edib. Görüşdən sonra Böyük Britaniyanın baş naziri Devid Kameron və Fransa prezidenti Nikolya Sarkozi bildiriblər ki, Liviyada NATO-nun hərbi əməliyyatları polkovnik Qəzzafi üzərində tam qələbə çalana qədər davam edəcək. Onlar bəyan ediblər ki, Qəzzafi həbs olunmalıdır və Liviya məhkəməsi qarşısında cavab verməlidir.
|
Oxumaq
03.09.11
|
| |
|
|
MDB-nin Düşənbə sammitinin gündəliyi açıqlanıb
|
|
MDB dövlət başçıları Düşənbədə sentyabrın 3-də Birliyin gələcək inkişaf məsələlərini nəzərdən keçirəcək və aktual beynəlxalq problemləri müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
|
Oxumaq
03.09.11
|
| |
|
|
İranı şoka salan porno gerçəklik
|
Tehranın dünyadakı şəhərlər arasında liderlik etdiyi üzə çıxıb
İran İslam İnqilabını Mühafizə Korpusunun kiber bölməsi tərəfindən aparılan araşdırma acı gerçəkliyi ortaya qoyub. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, İslam İnqilabını Mühafizə Korpusunun komandanlarından biri olan İbrahim Beyani deyib ki, apardıqları araşdırma zamanı dünyadakı 182 şəhər arasında sakinləri ən çox porno saytlara girən şəhərin Tehran olduğu, Şirazın isə bu şəhərlər sırasında 15-ci yeri tutduğunu üzə çıxarıblar.
|
Oxumaq
03.09.11
|
| |
|
|
“Wikileaks”: Sülhməramlılar seks müqabilində qida veriblər
|
Məxfi diplomatik materialları yaymaqla məşhurlaşan “Wikileaks” saytı növbəti dəfə diqqəti özünə cəlb edib. “Lifenews.ru” saytının verdiyi məlumata görə, saytda yerləşdirilən məxfi materialdan məlum olur ki, BMT-nin Afrika ölkələrindəki sülhməramlı missiyasında xidmət edən Benin dövlətindən olan sülhməramlılar yemək müqabilində yetkinlik yaşına çatmaya qızları onlarla cinsi əlaqədə olmağa məcbur ediblər. Sənəddə qeyd olunur ki, 10 qızdan 8-i onlara yemək verən və yaşayış yeri ilə təmin edən Benin əsgərləri ilə cinsi əlaqədə olduqlarını etiraf edib.
|
Oxumaq
03.09.11
|
| |
|
|
|