|
Britaniya polisindən "Sun" qəzetinə basqın
|
4 jurnalist və onların rüşvət verdiyi iddia edilən polis həbs edilib
Britaniya polisi "Sun" qəzetinin ofisində axtarış aparıb və dörd jurnalistlə bir polis məmurunu həbs edib. Media patronu Rupert Merdokun sahibi olduğu "News Corporation" qrupuna aid olan və İngiltərənin ən çox tirajlı tabloidi sayılan "Sun" sensasion xəbər məqsədiylə polisə rüşvət verməkdə ittiham edilir.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Suriya prezidentinin ailəsi ölkədən qaça bilmədi
|
Suriyada prezident Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən qüvvələr onun ailəsinin ölkədən çıxmasının qarşısını alıblar. Rusiya mətbuatı bildirir ki, prezidentin qohumları yanvarın 29-da axşam Suriyanı tərk etməyə cəhd ediblər. Məlumatda qeyd edilir ki, Suriyanın təhlükəsizlik xidməti paytaxt Dəməşqdən Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədi, uşaqlarını, anasını və digər qohumunu çıxarmağa çalışıb. Müxalifətin bildirdiyinə görə, bir neçə avtomobil karvanı hava limanına tərəf gedərkən hücuma məruz qalıb.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Ban Ki Mundan afrikalı homoseksuallara dəstək
|
|
BMT-nin baş katibi Ban Ki Mun Afrika ölkələrini homoseksuallarla ikinci sinif vətəndaş, hətta cinayətkar kimi davranılmasına son qoymağa çağırıb. Baş katib Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika Birliyi Assambleyası 18-ci toplantısındakı çıxışında hər kəsin homoseksualların haqlarına hörmət etməsini istəyib.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Sarkozi prezidentliyə namizədliyini irəli sürməyə tələsmir
|
Fransada prezident seçkilərinin birinci turuna bir neçə həftə qalır. İctimai rəy sorğularının nəticələrinə görə, prezidentliyə namizədlər arasında liderlik Sosialist Partiyasının namizədi Fransua Ollanda məxsusdur. Bununla yanaşı, Sarkozinin fərqi tədricən azaltmağa çalışdığı bildirilir. Namizədliyini rəsmən irəli sürməyən Sarkozi Fransanın 4 iri telekanalında çıxış edib. O, AB-dəki vəziyyəti çəhrayı rənglərdə təsvir edib. Jurnalistlərin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyi barədə israrlı suallarını Sarkozi cavabsız qoyub. O bildirib ki, Avropada vəziyyət normallaşıb və sabitləşib. Onun sözlərinə görə, Avropa artıq fəlakət həddində deyil. Sarkozi vurğulayıb ki, Fransada iqtisadi vəziyyət yaxşılaşır və ÜDM və büdcə kəsirinin qarşılıqlı münasibəti 2011-ci ildə gözlənildiyindən yaxşı olub.
|
Oxumaq
31.01.12
|
| |
|
|
|
|
Amerikalı konqresmen həmcinsi ilə evlənir
|
|
Noyabr ayında parlamentari kimi karyerasının sona çatdığını bəyan edən Masaçusetsdən olan konqresmen Barni Frank Cimmi Ridi ilə nikaha girmək niyyətindədir. Bu barədə Frankın ofisindən məlumat verilib. O bildirib ki, onlar öz münasibətlərini konqresmenin doğma Massaçusets ştatında qurublar.
|
Oxumaq
28.01.12
|
| |
|
|
Qırğızıstan təcridxanalarında etiraz aksiyası davam edir
|
Qırğızıstanın istintaq təcridxanalarında etiraz aksiyası genişlənir. Artıq mindən çox məhbus ağzını tikib. Qırğız rəsmilərinə görə, 1300 məhbusdan çoxu dodaqlarını tikib. Daha 7 minə yaxın məhbus aclıq aksiyasında iştirak edir. Məhbusların aclıq aksiya keçirməsinin səbəbi təcridxanalarda məhbus üsyanının iğtişaş polisi tərəfindən yatırılması zamanı göstərdiyi qəddarlıq olub. Belə ki, yanvarın 16-da paytaxt Bişkəkdəki məhbus üsyanının iğtişaş polisi tərəfindən yatırılması zamanı 1 məhbus həlak olub və 10-larla məhbus yaralanıb.
|
Oxumaq
28.01.12
|
| |
|
|
Şərqi və Mərkəzi Avropada həyat iflic olub
|
Rumıniyada yolların təmizlənməsinə tanklar cəlb edilib
Balkanlarda, Şərqi və Mərkəzi Avropada kəskin hava şəraiti mövcuddur. Şiddətli qar çovğunu əksər şəhərlərdə həyatı iflic edib. Rumıniyada ölkənin baş naziri qar basmış yolların təmizlənməsinə tankların cəlb olunması haqqında göstəriş verib.
|
Oxumaq
28.01.12
|
| |
|
|
Hillari Klinton siyasətdən yorulduğunu etiraf edib
|
|
ABŞ dövlət katibi Hillari Klinton ictimaiyyət arasında olmaqdan yorulduğunu və istənilən an kənara çəkilməyə hazır olduğunu etiraf edib. "Düşünürəm ki, ABŞ siyasətində 20 ildən sonra bütün çətinlikləri nəzərə alaraq mənim necə yorulduğumu anlaya bilərsiniz" - Hillari Klinton dövlət departamentinin əməkdaşları ilə görüşdə deyib. O, 2012-ci il seçkisindən sonra qadın və uşaq hüquqlarının müdafiəsi üzrə layihələrlə məşğul olmaq istədiyini, bundan sonra heç bir yüksək vəzifədə çalışmağı planlaşdırmadığını dəfələrlə qeyd edib. Klinton etiraf edib ki, prezident Barak Obamanın seçkiqabağı kampaniyasında iştirakdan yayına bilməz. O, seçkidə vitse-prezidentliyə namizəd qismində iştirakının mümkünlüyü barədə məlumatları da rədd edib. Dövlət katibi, eyni zamanda, siyasi rəqiblərinin seçkiqabağı kampaniyası ilə maraqlanmadığını və onların heç bir debatına baxmadığını etiraf edib.
|
Oxumaq
28.01.12
|
| |
|
|
Qəddafi tərəfdarlarının üsyanını yatırmaq üçün addımlar atılır
|
|
Liviyada gərginlik artır. Müəmmər Qəddafi tərəfdarlarının Ben-Valid şəhərində başlayan üsyanını yatırmaq üçün Milli Keçid Şurasına bağlı hərbi birliklər yola çıxıb. Paytaxt Tripolinin cənub-qərbində yerləşən Ben-Validə giriş-çıxışların Milli Keçid Şurasına bağlı birliklər tərəfindən bağlandığı, Tripoli, Misrata və digər şəhərlərdən dəstək qüvvələrinin gəlmək üzrə olduğu bildirilir. Son bir həftədə Ben-Validdə Milli Keçid Şurasının əsgərləri ilə müxaliflər arasındakı toqquşmalarda 7 nəfər ölüb, 35 nəfər yaralanıb.
|
Oxumaq
28.01.12
|
| |
|
|
|