|
Putinə sui-qəsd cəhdi
|
Rusiyanın baş naziri və prezidentliyə namizəd Vladimir Putinə sui-qəsd planının üstü açılıb. BBC-nin yaydığı xəbərə əsasən, artıq bu barədə məlumatı Ukrayna xüsusi xidmət orqanları təsdiq edib. Qeyd edək ki, yanvarın əvvəllərində Odessada yaşayış evlərindən birində partlayış baş verib. Ukrayna xüsusi xidmət orqanlarının hadisə baş verən ərazidə apardıqları araşdırmadan sonra hadisənin partlayıcı maddələrdən baş verdiyi məlum olub.
|
Oxumaq
28.02.12
|
| |
|
|
“WikiLeaks” “Stratfor”-un məktublarını dərc etməyə başladı
|
ABŞ diplomatlarının hazırladıqları məxfi sənədləri yaymaqla qalmaqal yaratmış “WikiLeaks” saytı növbəti dəfə gündəmə gəlib. “WikiLeaks” ABŞ-ın ən böyük özəl kəşfiyyat-analitik şirkəti “Stratfor”-un məxfi elektron məktublarını internetdə yaymağa başlayıb. “WikiLeaks” ümumilikdə “Stratfor” şirkətinin 5 min məktubunu dərc edəcək. Bu məktublar 2004-2011-ci illəri əhatə edir. Məktublarda “Stratfor” şirkətinin informasiya şəbəkəsi, qazanc əldə etmə strukturu, pulları yuma texnikası və psixoloji iş metodu əksini tapır. “WikiLeaks”-in yaydığı açıqlamada qeyd olunur ki, məktublar “Stratfor”-un ABŞ-ın dövlət strukturları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi, dəniz piyadası və hərbi kəşfiyyat ilə əlaqəsinin olduğunu təsdiqləyir. Bu məktublarda “Stratfor” şirkətinin “Dow” Chemical” və “Lockheed Martin” şirkətləri ilə əlaqələri də əksini tapıb.
|
Oxumaq
28.02.12
|
| |
|
|
Gürcüstan və Yunanıstan arasında diplomatik qalmaqal yaşana bilər
|
|
Gürcüstan parlamentinin spikeri David Bakradzenin Yunanıstandakı vəziyyətlə bağlı fikirləri iki ölkə arasında diplomatik qalmaqala səbəb ola bilər. «Rezonansi» qəzeti xəbər verir ki, bu günlərdə ölkənin qərbində sakinlərlə görüşündə parlamentin sədri bildirib ki, Yunanıstanda insanlar küçəyə çıxıb hər şeyi dağıdırlar, halbuki bu ölkəyə milyardlar verirlər. O, əlavə edib ki, yunanları heç nə xilas etməyəcək: «Çünki, xalq aqressivdir». Quriya vilayətinin sakinlərinə müraciət edən spiker bildirib ki, əgər gürcü xalqı dözümlü olmasaydı, ölkədə vəziyyət Yunanıstandan, hətta Somalidən də pis olardı. Afinanın spikerin sözlərinə necə reaksiya verdiyi hələ məlum deyil.
|
Oxumaq
28.02.12
|
| |
|
|
|
|
Liviyada 10 gündə 100-dən çox ölü
|
Liviyada rəqib qəbilələr arasında 10 gündür davam edən toqquşmalarda 100-dən çox insanın öldüyü açıqlanıb. Səhrada yerləşən Kufra şəhərindəki atışmalarda pulemyot və toplardan istifadə edilib. Xalqın Kufradan qaçmağa çalışdığı bildirilib. Şahidlərin verdiyi məlumata görə, şəhərdə küçə döyüşləri yaşanır, qəbilələr meydan və məhəllələri nəzarət altına almağa çalışır, insanlar evdən bayıra çıxa bilmir.
|
Oxumaq
24.02.12
|
| |
|
|
Dominik Stross-Kan azadlığa buraxılıb
|
|
Sutenyorluqda ittiham olunaraq yenidən həbs edilən Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq rəhbəri Dominik Stross-Kan iki gün sorğu-sual edildikdən sonra azadlığa buraxılıb. D.Stross-Kan gənc qadınların qatıldığı orgiyalarda iştirakını inkar etməsə də, həmin qadınların fahişə olduğunu bilmədiyini söyləyib.
|
Oxumaq
24.02.12
|
| |
|
|
Abbas və Meşal Qahirədə görüşüblər
|
Fələstində müvəqqəti hökumət qurulması məqsədilə Qahirədə Xalid Meşal və Mahmud Abbas arasında görüş keçirilib. "Həmas" lideri Xalid Meşalla Fələstinin dövlət başçısı, "Əl Fəth" lideri Mahmud Abbas arasındakı görüş iki saata yaxın davam edib. Abbas və Meşal keçən ilin may ayında Qahirədə əldə etdikləri razılaşmanın nəzərdə tutduğu fəaliyyətləri həyata keçirmək və Fələstində müstəqil şəxslərdən ibarət müvəqqəti milli birlik hökumətinin qurulmasını təmin etmək istiqamətində atılacaq addımları müzakirə ediblər.
|
Oxumaq
24.02.12
|
| |
|
|
Hüsnü Mübarəkə hökm iyunun 2-də oxunacaq
|
|
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin hökmü iyun ayının 2-də oxunacaq. Bu barədə məlumat verən Qahirə məhkəməsi qeyd edib ki, göstərilən tarixdə, eyni zamanda, Hüsnü Mübarəkin oğulları, sabiq daxili işlər naziri Həbib əl-Ədli və cinayətlərdə əli olduğu iddia edilən digər 6 hökumət rəsmilərinin aqibəti bəlli olacaq.
|
Oxumaq
24.02.12
|
| |
|
|
İraq və Pakistan yenidən qana boyandı
|
|
İraqın paytaxtı Bağdadda bir neçə partlayış və polislərə hücum həyata keçirilib. Avtomobil partlayışı və yol kənarına qoyulmuş partlayıcı qurğuların işə düşməsi nəticəsində azı 33 nəfər ölüb, onlarla insan yaralanıb. Birinci partlayış Bağdadın şiələr yaşayan Karrada rayonunda, polis məntəqəsi yaxınlığında törədilib.
|
Oxumaq
24.02.12
|
| |
|
|
|
|
|