|
|
Səhifələr : # « 1 2 3 4 5 6 » #
|
İsrail bütün ərəb torpaqlarından geri çəkilməlidir
|
Mahmud Abbasın sülh planı belədir
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin həqiqi sülh üçün müzakirələrə hazır olduğunu deyib. Baş nazir Fələstin tərəfini danışıqlardan qaçmaqda suçlayıb. Netanyahu bu fikirləri İsrail parlamentinin Xarici işlər və müdafiə komitəsində etdiyi çıxışda bildirib. Baş nazir, həmçinin deyib ki, həqiqi danışıqlara başlamaq lazımdır, bunun üçün Amerika tərəfi ilə müzakirələr aparılır. B.Netanyahu Fələstin hakimiyyətinin bu məsələdə bütün çağırışlara, həqiqi danışıqlara başlamaq dəvətinə təpki göstərdiyini bildirib: «Fələstinlilərin davranışlarına şübhəsi olanlar varsa, indi bu həqiqət kristal qədər şəffafdır». İsrailin baş naziri sonda əlavə edib ki, danışıqlar çətin olacaq, ancaq bütün hallarda müzakirələrə başlamaq lazımdır: «Müdafiə tələbləri və maraqlarımızla bağlı mövzular ancaq həqiqi danışıqlar zamanı müzakirə edilə bilər».
|
Oxumaq
28.07.10
|
| |
|
|
|
|
Uqo Çaves ABŞ-ın planından xəbər tutub
|
O, özünə qarşı sui-qəsd hazırlandığını iddia edib
Venesuela prezidenti Uqo Çaves ABŞ tərəfindən ona qarşı sui-qəsd və Venesuelada hakimiyyət çevrilişi hazırlandığını iddia edib. O, bu bəyanatı Venesuelanın milli qəhrəmanı Simon Bolivarın 227 illiyi ilə bağlı mərasimdəki çıxışı zamanı verib. Uqo Çaves bildirib ki, bu barədə məlumatları Birləşmiş Ştatlardakı etibarlı mənbədən alıb. Uqo Çaves ona ünvanlanan xəbərdarlıq məktubundan müəyyən hissələri oxuyub. Məktubda xəbərdarlıq edilir ki, Karakasdan kənarda onun həyatına sui-qəsd hazırlanır. Bundan başqa, Uqo Çavesə məlumat verən mənbə bildirib ki, Venesuelaya qarşı təcavüz cəhdi ola bilər. Hücumda ABŞ qoşunları da iştirak etməlidir: “Bilirəm ki, barəmdə ölüm hökmü çıxarılıb. Lakin mən şantaj və təhdidlərə boyun əyməyəcəyəm”. Uqo Çaves Venesuela xalqını ondan nümunə götürməyə çağırıb.
|
Oxumaq
27.07.10
|
| |
|
|
Ən qlobal informasiya sızıntısı
|
Amerika və Böyük Britaniya mətbuatında Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlanıb
Amerika və Böyük Britaniya mətbuatında Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlanıb. Məlumatlar Amerika hərbçilərinin Əfqanıstandakı hərbi əməliyyatları barədə əsl həqiqətləri üzə çıxarıb. Material ABŞ-ın “New York Times”, Böyük Britaniyanın “Qardian”, Almaniyanın “Der Spigel” qəzetlərində nəşr olunub. Məxfi materiallara dair minlərlə fayl məxfi sənədlər və məlumatların dərci sahəsində ixtisaslaşmış «Wikileaks» saytının əlinə keçib.
|
Oxumaq
27.07.10
|
| |
|
|
BP-də “yarpaq tökümü”
|
Hayvardın 28 illik fəaliyyətinin uğursuz sonluğu
BP-nin baş icraçı direktoru Tony Hayvard vəzifəsindən getməyə hazırlaşır. BBC-nin əldə etdiyi məlumatlara görə, onun vəzifəsini tərk etməsi haqqında rəsmi açıqlama bu gün ərzində verilə bilər. BP-nin bu xəbərlərlə bağlı verdiyi bəyanatda deyilir ki, rəhbərlik və İdarə Heyəti onu «tam şəkildə dəstəkləyir». BBC-nin biznes məsələləri üzrə redaktoru Robert Peston deyir ki, Hayvardı vəzifəsində çox güman ki, öz amerikalı həmkarı Bob Dudley əvəzləyəcək. Dudley hazırda Meksika körfəzində neftin təmizlənməsi əməliyyatlarına rəhbərlik edir. Hayvardı əvəzləyəcəyi gözlənilən şəxs BP-nin idarəedici direktorudur.
|
Oxumaq
27.07.10
|
| |
|
|
|
|
Rusiyada Su Elektrik Stansiyası partladıldı
|
Terrorçuların kimliyi müəyyənləşdirilib
İyulun 21-də səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan Su Elektrik Stansiyasında (SES) iki partlayış baş verib. Rusiya mətbuatının Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı xəbərə görə, ilk partlayış Moskva vaxtı ilə saat 05:20, ikinci isə təqribən 06.00 radələrində qeydə alınıb. Məlumata görə, hadisə nəticəsində ən azı iki nəfər həlak olub ki, onların da stansiya əməkdaşları olduqları bildirilir.
|
Oxumaq
22.07.10
|
| |
|
|
Göz-gözə həll edilən problemlər
|
Britaniya və Amerikanın rəhbərləri iki ölkə arasında xüsusi münasibətlərin olduğunu bir daha təsdiq ediblər
Britaniya və Amerikanın rəhbərləri üç saatlıq görüşdən sonra iki ölkə arasında xüsusi münasibətlərin olduğunu bir daha təsdiq ediblər. ABŞ prezidenti Barak Obama bəyan edib ki, onlar iki ölkə arasındakı problemləri, necə deyərlər, göz-gözə həll ediblər. Britaniyanın baş naziri Devid Kameron isə vurğulayıb ki, danışıqlarda Əfqanıstan, qlobal iqtisadi böhran, Yaxın Şərq məsələlərini müzakirə ediblər.
|
Oxumaq
22.07.10
|
| |
|
|
İraqda “Eşşək Partiyası” yaradılıb
|
İraqın şimalında fəaliyyət göstərən Eşşəkləri Sevmə və Qoruma Dərnəyi “Eşşək Partiyası” adlı siyasi təşkilat yaradıb. Bu barədə məlumat “Əl Ərəbiyyə” telekanalının internet səhifəsində yerləşdirilib. Partiyanın baş katibi seçilən Amr Kalul İraq ərazisindəki dərnək üzvlərini partiya üzvlüyünə keçdiklərini bildirib və “digər partiyalarla rəqabətə hazırıq” bəyanatını verib. Partiya yerli idarəetmədən maliyyə yardımı tələb edib və təbliğat məqsədilə radiostansiya yaratmağı planlaşdırır.
|
Oxumaq
22.07.10
|
| |
|
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 » #
|
|