|
ABŞ artıq Rusiyanı düşmən saymır
|
Obamanın açıqladığı yeni nüvə doktrinasında tərəfdaşlıqdan danışılır
«ABŞ artıq Rusiyanı düşmən saymır». Bu, ABŞ-ın açıqladığı yeni nüvə doktrinasında qeyd olunur. Doktrinada yazılıb ki, Rusiya artıq düşmən deyil, nüvə silahının yayılmaması və digər təhlükələrə qarşı mübarizə məsələlərində tez-tez tərəfdaş kimi iştirak edir. Bununla belə, Rusiya və Çinin ABŞ-ın Hava Hücumundan Müdafiə Sistemlərinə dair proqramına mənfi münasibət bəsləməsi səbəbindən Vaşinqtonun Moskva və Pekinlə münasibətlərdə gələcəkdə strateji stabilliyi qoruması növbəti illərin çətin tapşırığı sayılır.
|
Oxumaq
08.04.10
|
| |
|
|
Çeçenlər "Böyük Ensiklopediya"ya etiraz edir
|
Qroznı məhkəməsi Çeçenistan haqda dərc olunan məqaləni ekstremist tərkibli tanıyıb
Qroznıdakı rayon məhkəməsi "Böyük Ensiklopediya"da Çeçenistan haqda dərc olunan məqaləni ekstremist tərkibli tanıyıb. Məhkəmə habelə bu məqalənin dərc olunduğu 58-ci cildin müsadirə edilməsi hökmünü çıxarıb. Hökmdən şikayətə 10 gün vaxt verilir. Qarşı tərəf hələlik öz rəyini bildirmir, sadəcə, nəşrin saytında göstərilir ki, ensiklopediyadakı məqalələr ideologiyadan təmizlənib və ancaq faktoloji xarakterə malikdir.
|
Oxumaq
08.04.10
|
| |
|
|
|
|
Pan Qi Mundan çağırış
|
Özbəkistan müasirləşməlidir
Mərkəzi Asiyada səfərdə olan BMT-nin baş katibi Pan Qi Mun Daşkənddə Özbəkistanın müasirləşməsini istədiklərini bəyan edib. Daşkəndin nüfuzlu universitetlərindən birində iki yüzə qədər tələbəyə müraciətində BMT-nin baş katibi onları gələcəklərinə sahib olmağa səsləyib. O deyib ki, indi bu ölkənin özünün beynəlxalq insan haqları üzrə öhdəliklərini yerinə yetirməsinin vaxtı gəlib çatıb. Baş katib Özbəkistan prezidenti İslam Kərimovla da görüşüb. Lakin görüşlə bağlı heç bir məlumat verilməyib.
|
Oxumaq
07.04.10
|
| |
|
|
Britaniya seçkiyə hazırlaşır
|
Bütün partiyalar narazı elektoratla üzləşməli olacaq
Böyük Britaniya yeni seçki kampaniyasına qədəm qoyub. Baş nazir Qordon Braun köhnə ənənəyə əməl edərək «Downing Street»dən Bukinqem sarayına qısa səfər edəcək. O, kraliçadan parlamentin buraxılması ilə yanaşı, yeni seçkilərin çağırılmasına dair icazə istəməlidir. Bundan sonra Britaniya və ölkə siyasətçiləri tam seçki kampaniyası əhval-ruhiyyəsinə köklənəcəklər. Seçkilərə təqribən bir ay qalmış başlayan kampaniya 3 mövzu ətrafında aparılacaq.
|
Oxumaq
07.04.10
|
| |
|
|
Ərdoğan yenidən İsraili hədələdi
|
“Qara buludların Qüds üzərini almasını seyr etməyəcəyik”
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan yenidən İsrail əleyhinə bəyanatla çıxış edib. O, ərəb dilində yayımlanan TRT informasiya telekanalına müsahibəsində bildirib ki, “biz kənarda durub, Qəzzada uşaqların necə qətlə yetirilməsinə etinasız yanaşa bilmərik. Bu, vəhşilikdir. Türkiyə harada olursa olsun, həmişə müsəlmanların tərəfində duracaq. Biz zəlzələdən əziyyət çəkən Çili və Haiti ilə həmrəylik nümayiş etdirmişiksə, nə üçün bunu Qəzzada yaşayan fələstinlilərə qarşı etməyək?” Onun sözlərinə görə, Türkiyə əllərini yanına salıb oturmayacaq.
|
Oxumaq
07.04.10
|
| |
|
|
«Qırmızı inqilab»
|
Banqkok iflic vəziyyətdədir
Tailand hökumətinin turist mərkəzi Banqkokun küçələrini minlərlə qırmızı köynəkli nümayişçilərdən təmizləmək xahişini ölkənin Mülki Məhkəməsi rədd edib. Devrilmiş baş nazir Taksin Çinavatraya sadiq və hökumət əleyhinə olan qırmızı köynəklilər Banqkoku artıq üçüncü gündür ki, iflic vəziyyətdə saxlayır. Nümayişçilər küçələrdə tıxaclar yaradıb və təhlükəsizlik səbəbləri üzündən bahalı mağazaların bağlı qalmasına səbəb olub.
|
Oxumaq
07.04.10
|
| |
|
|
|
|
Belikada da çarşaba qarşı
|
Üzü qismən və ya tam örtən baş örtüyü qadağan edilə bilər
Üç həftəyə Belçika üzü qismən və ya tam örtən baş örtüyünü tamamilə qadağan edə bilər. Təklif olunan qanun layihəsinə görə, əgər qadının baş örtüyü onun kimliyini müəyyən etməyə mane olursa, ictimai yerdə belə paltar qadağandır. Buna niqab, burqa, çadra və s. daxildir.
|
Oxumaq
03.04.10
|
| |
|
|
Pakistan Konstitusiyası dəyişdirilir
|
|
Pakistanın siyasi həyatında mühüm hadisə baş verir. Ölkənin bütün əsas partiyaları bir araya gələrək Pakistan Konstitusiyasının dəyişdirilməsini müzakirə edirlər. Müxalifətçi siyasətçilərin qızğın mübahisələrindən sonra müvafiq qanun layihəsi yekunlaşdırılıb və Pakistan parlamentinin spikerinə ötürülüb. BBC-nin İslamabaddakı müxbiri Alim Məqbul xəbər verib ki, Konstitusiya dəyişikliklərinə dair geniş spektrli təkliflərin əsas məqsədi ölkə prezidentinin səlahiyyətlərini məhdudlaşdırmaq və bunun müqabilində keçmişdə hərbi liderlərin həyata keçirdiyi dəyişiklikləri təftiş etməklə parlamentin səlahiyyətlərini artırmaqdır.
|
Oxumaq
03.04.10
|
| |
|
|
|