Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
Ərdoğan: "Suriya sərhəddə səhvləri təkrarlaya bilməz..."
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı bəyanat səsləndirib. Qətərin Əl Cəzirə kanalına müsahibə verən Ərdoğan bildirib ki, Suriya Türkiyə ilə sərhədində narahatlıq yaratmağa davam edərsə, Türkiyə NATO ölkəsi kimi müvafiq tədbirlər görməkdən çəkinməyəcək.
"Suriya Türkiyə ilə sərhəd bölgəsində əvvəlki səhvləri bir daha təkrarlaya bilməz. Əks halda, Türkiyə bu məsələyə başqa cür yanaşar. Rejim bunu çox gözəl bilir.
Oxumaq
27.04.12  
 
Pakistanın baş nazirinə hökm oxundu
Pakistanın baş naziri Yusuf Rəza Gilani dünən Ali Məhkəmə qarşısına çıxarılaraq, ona qarşı irəli sürülən ittihamlarla əlaqədar günahkar bilinib. Gilani Pakistan prezidenti Asif Əli Zərdariyə qarşı korrupsiya ittihamı ilə əlaqədar cinayət işinin açılmasına mane olmaqda və məhkəmənin bu barədə qərarına hörmətsizlik etməkdə ittiham edilərək, şərti cəza alıb.
Oxumaq
27.04.12  
 
Olland prezident seçilərsə, atacağı ilk addımları açıqladı
Fransa prezidentliyi uğrunda mübarizə aparan və seçkinin ilkin mərhələsində qalib gəlmiş sosialist namizəd Fransua Olland prezident seçildikdən sonra atacağı ilk addımlarla bağlı açıqlama verib. Olland bildirib ki, seçkidə qalib gələcəyi təqdirdə maliyyə böhranı ilə bağlı görəcəyi tədbirlər prioritet məsələlər sırasındadır.
Oxumaq
27.04.12  
 
Respublikaçıların namizədi bəllidir
ABŞ-da Respublikaçıların namizədi yarışında Mit Romni qalib gəlmək üzrədir. Massaçusets qubernatoru Mit Romni partiyanın qurultay nümayəndələrinin iştirakıyla keçirilən ilkin seçkilərdə öndə gedir. Onun ən yaxın rəqibi Qinqriç Romninin 5 ştatda keçirilən ilkin seçkilərdə qalib gəlməsindən sonra geri addım atıb və partiyasını Romninin ətrafında birləşməyə çağırıb.
Oxumaq
27.04.12  
 
Hüsnü Mübarəkin səhhəti pisləşib
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin vəziyyəti yenidən pisləşib. Bu barədə Misir kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə onun vəziyyəti günü-gündən pisləşir.
Hətta belə davam edəcəyi təqdirdə Hüsnü Mübarəkin öləcəyi ilə bağlı da söz-söhbətlər gəzir. Hazırda həbsdə olan Misirin sabiq lideri xüsusi tipli xəstəxanada müalicə alır. 84 yaşlı Mübarək Misir inqilabı zamanı dinc sakinlərə atəş açmaq barədə əmr verməkdə ittiham olunur. Əsrin işi adlanan məhkəmə prosesi bir neçə müddətdir davam edir və Mübarək məhkəmə zalına xərəkdə gətirilir. Misir prokurorluğu isə onun ölüm hökmünə məhkum olunması barədə məhkəmə qarşısında vəsadət qaldırıb.
Oxumaq
27.04.12  
 
Obamanı tənqid edən hərbçi ordudan qovulub
ABŞ-ın Kaliforniya ştatında hərbi xidmət keçən dəniz piyadası 26 yaşlı Heri Staynın silahlı qüvvələrin sıralarından uzaqlaşdırılmasına səbəb ölkə prezidenti Barak Obamanı tənqid etməsi olub. Komandanlıq onun davranışını hərbçiyə yaraşmayan hərəkət kimi dəyərləndirib.
Stayn dövlət başçısını fecebook-da tənqid edib. Onun əvvəllər də bu işlə məşğul olduğu bildirilib. Staynın vaxtilə sosial şəbəkədə “Silahlı qüvvələrin çay partiyası” adlı səhifə yaradaraq prezidentin ünvanına xoşagəlməz fikirlər yazdığı vurğulanıb. Bu dəfə isə Stayn bir qədər də irəli gedərək səhifəsində Obamanın karikaturasını yerləşdirib və şəklin altında “hazırkı prezident ölkənin daxili iqtisadi düşmənidir” kimi ifadələr yazıb.
Oxumaq
27.04.12  
 
Kofi Annan Suriyada vəziyyətin çox ağır olduğunu bəyan edib
BMT Suriyaya göndərəcəyi müşahidəçilərin sayını 300-ə çatdırmaq istəyir
Oxumaq
26.04.12  
 
İran Braziliyadakı diplomatının hovuz qalmaqalını araşdırır
Rəsmi Tehran Braziliyada qızlara sataşdığı iddia edilən bu ölkədəki diplomatını geriyə çağırır. Məlumatlarda diplomatın braziliyalı qızlara üzgüçülük hovuzunda sataşdığı iddia edilir. Xəbər verildiyi kimi, baş vermiş hadisəyə görə Braziliyada İran diplomatı saxlanılıb, lakin diplomatik toxunulmazlığı olduğundan sərbəst buraxılıb.
Oxumaq
26.04.12  
 
Amerikalı keşiş yenə Quranı yandırmaq istəyir
Müqəddəs Quran nüsxələrini yandırmaqla bütün İslam dünyasını nifrətini qazanmış amerikalı keşiş Terri Conz rəsmi Tehranı xəbərdar edib. Conz İranın xristian keşiş Yusif Nadarxanini azad etməyəcəyi təqdirdə, keçən ilin martında etdiyi hərəkətini təkrarlamağa, Quranın nüsxələrini yandırmağa söz verib.
Oxumaq
26.04.12  
 
İspaniya sərt iqtisadi islahatlara hazırlaşır
İspaniyada etiraz dalğasının genişlənməsinə baxmayaraq, hökumət ölkə demokratiyası tarixində ən sərt islahatları həyata keçirməyi planlaşdırır. Əsas məqsəd hazırda 8.5 faizlik göstəricisi olan büdcə kəsirini 2012-ci ilin sonuna kimi 5.3 faizə qədər azaltmaqdan ibarətdir.
“Büdcə kəsirini azaltmaqdan ötrü islahatlar keçirməyimiz vacibdir. Belə ki, milli gəlirlərimiz və nəticə etibarilə fondlarımız xeyli azalıb”, deyə İspaniya baş nazirinin birinci müavini Zoraya Santamaria bildirib. İslahatlar ilk növbədə tibbi sığortaya təsir göstərəcək.
Oxumaq
26.04.12  
 
Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •