|
Ən operativ mətbuat xidməti hansıdır?
|
Jurnalistlər hesab edirlər ki, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliklərinin mətbuat xidmətləri daha operativdirlər
Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətlərinin müəyyən olunmasi”nı aydınlaşdıran ənənəvi rəy sorğusuna yekun vurub. Xatırladırıq ki, tədbir SAMF-ın 25 noyabr 2009-cu il tarixində ilkin mərhələ kimi başladığı “KİV və mətbuat xidmətləri: mövcud vəziyyət və strateji inkişaf istiqamətləri” mövzusunda reallaşdırdığı dəyirmi masanın müzakirələrinin davamı olaraq həyata keçirilmişdir.
|
Oxumaq
18.03.11
|
| |
|
|
Jurnalistləri silsilə futbol matçları keçirəcəklər
|
|
Novruz bayramı ərəfəsində jurnalistlərin polislərlə futbol matçının təşkili nəzərdə tutulur. Martın 19-u saat 11.00-da «Şəfa» stadionunda baş tutacaq oyun Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş silsilə tədbirləri çərçivəsində keçiriləcək.
|
Oxumaq
16.03.11
|
| |
|
|
Qəzetlərdən gələn şikayətlərə baxılıb
|
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Martın 11-də Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 məsələni müzakirə edib.
|
Oxumaq
12.03.11
|
| |
|
|
Məqsədimiz istedadlı jurnalistləri seçməkdir
|
Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə media qurumlarının rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə aparıcı mətbuat orqanlarının rəhbərləri arasında görüş keçirilib. Tədbirdə BSU-nun rektoru Kamal Abdulla, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, 40-a yaxın gündəlik və həftəlik qəzetin baş redaktoru iştirak edib.
|
Oxumaq
11.03.11
|
| |
|
|
|
|
Son 5 ilin aktiv deputatları elan olundu
|
Parlament Jurnalistləri Birliyinin keçirdiyi sorğuda parlamentdə akkreditə olunan 60-a yaxın jurnalist arasında iştirak edib
Martın 10-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Parlament Jurnalistləri Birliyinin (PJB) keçirdiyi sorğunun nəticələri elan olunub. PJB rəhbəri Elşad Eyvazlı bildirib ki, sorğu parlamentdə akkreditə olunan 60-a yaxın jurnalist arasında keçirilib. Sorğu zamanı bir neçə nominasiya üzrə son 5 ildə - üçüncü çağırış Milli Məclisdə aktivlik nümayiş etdirən deputatların adları müəyyənləşdirilib. Nəticələrə görə, 4 nominasiya üzrə ən çox səs toplayan 10 fəal deputatın adı bəlli olub.
|
Oxumaq
11.03.11
|
| |
|
|
Mətbuat Şurası Türkiyə jurnalistlərinin həbsini pisləyib
|
Heç bir jurnalisti yazısına və ya siyasi əqidəsinə görə həbs etmək olmaz. Bunu jurnalistlərə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyədə bir qrup jurnalistin həbs olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, jurnalist baş verən olaylarla bağlı cəmiyyəti məlumatlandırır.
|
Oxumaq
11.03.11
|
| |
|
|
Qadın jurnalistlər üçün yeni mükafat təsis edib
|
|
Azərbaycan Mətbuat Şurası qadın jurnalistlər üçün “İşıq” mükafatını təsis edib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, bu mükafat hər il yanvarın sonlarında qaliblərinə veriləcək. “İşıq” qəzetinin 100 il bundan öncə yanvarın 22-də işıq üzü gördüyünü deyən şura sədri vurğulayıb ki, mükafatlar həm jurnalistika ilə bağlı araşdırma sahiblərinə, eyni zamanda hazırda jurnalistikada çalışan qadın jurnalistlərə təqdim olunacaq. Artıq bununla bağlı Təşkilat Komitəsinin yarandığını deyən Ə.Amaşovun sözlərinə görə, bu il çox güman ki, mükafat ilin ortalarına kimi sahiblərinə veriləcək.
|
Oxumaq
11.03.11
|
| |
|
|
Türkiyədə jurnalistlərin həbsi niyə kütləviləşir?
|
Media mənsubları Türkiyədə jurnalistlərin bu şəkildə ardıcıl həbsindən təəssüfləndiklərini bildirirlər
Son bir ayda Türkiyə Cümhuriyyətində jurnalistlərin həbsi az qala kütləviləşib. Xüsusilə də “Ergenekon” hadisəsi ilə bağlı KİV nümayəndələrinin həbsi nəinki ölkə ictimaiyyətində, hətta dünya mediasının manşetlərində də ciddi rezonans doğurur. Nəzərə alsaq ki, Türkiyə siyasətində başlıca prioritetlərindən biri Avropa Birliyinə üzvlükdür, mətbuat nümayəndələrinin həbs məsələsi daha da mübahisəli müstəvidə böyüməyə başlayır. Azərbaycan ictimaiyyəti, xüsusilə də jurnalist təşkilatlarımız təbii olaraq Türkiyədəki bu hadisələrə biganə deyillər. AZADİNFORM onlardan bir neçəsinin məsələ ilə bağlı rəyini öyrənməyə çalışıb.
|
Oxumaq
10.03.11
|
| |
|
|
Redaksiyanın müstəqilliyi jurnalistin müstəqilliyindən keçir
|
“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans işini başa çatdırdı
“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda iki günlük beynəlxalq konfrans bu gün də işini davam etdirib. SİA-nın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırdıqları “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində keçirilən konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri rəhbərləri, jurnalist təşkilatları nümayəndələri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak edib.
|
Oxumaq
04.03.11
|
| |
|
|
|