Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
Qəzetlərdən gələn şikayətlərə baxılıb
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Martın 11-də Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 məsələni müzakirə edib.
Oxumaq
12.03.11  
 
Məqsədimiz istedadlı jurnalistləri seçməkdir
Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə media qurumlarının rəhbərləri arasında görüş keçirilib

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə aparıcı mətbuat orqanlarının rəhbərləri arasında görüş keçirilib. Tədbirdə BSU-nun rektoru Kamal Abdulla, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, 40-a yaxın gündəlik və həftəlik qəzetin baş redaktoru iştirak edib.
Oxumaq
11.03.11  
 
Mərkəzi Neftçilər Xəstəxanası yeni keyfiyyət sertifikatı aldı
TS EN ISO 9001:2008 keyfiyyət idarəetmə sistemi sertifikatı dünən xəstəxanaya təqdim olunub

Türk Standartları İnstitutu Mərkəzi Neftçilər Xəstəxanasına TS EN ISO 9001:2008 keyfiyyət idarəetmə sistemi beynəlxalq standartı üzrə sertifikat təqdim edib.
Oxumaq
11.03.11  
 
Son 5 ilin aktiv deputatları elan olundu
Parlament Jurnalistləri Birliyinin keçirdiyi sorğuda parlamentdə akkreditə olunan 60-a yaxın jurnalist arasında iştirak edib

Martın 10-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Parlament Jurnalistləri Birliyinin (PJB) keçirdiyi sorğunun nəticələri elan olunub. PJB rəhbəri Elşad Eyvazlı bildirib ki, sorğu parlamentdə akkreditə olunan 60-a yaxın jurnalist arasında keçirilib. Sorğu zamanı bir neçə nominasiya üzrə son 5 ildə - üçüncü çağırış Milli Məclisdə aktivlik nümayiş etdirən deputatların adları müəyyənləşdirilib.  
Nəticələrə görə, 4 nominasiya üzrə ən çox səs toplayan 10 fəal deputatın adı bəlli olub.   
Oxumaq
11.03.11  
 
Mətbuat Şurası Türkiyə jurnalistlərinin həbsini pisləyib
Heç bir jurnalisti yazısına və ya siyasi əqidəsinə görə həbs etmək olmaz. Bunu jurnalistlərə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyədə bir qrup jurnalistin həbs olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, jurnalist baş verən olaylarla bağlı cəmiyyəti məlumatlandırır.
Oxumaq
11.03.11  
 
Qadın jurnalistlər üçün yeni mükafat təsis edib
Azərbaycan Mətbuat Şurası qadın jurnalistlər üçün “İşıq” mükafatını təsis edib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, bu mükafat hər il yanvarın sonlarında qaliblərinə veriləcək. “İşıq” qəzetinin 100 il bundan öncə yanvarın 22-də işıq üzü gördüyünü deyən şura sədri vurğulayıb ki, mükafatlar həm jurnalistika ilə bağlı araşdırma sahiblərinə, eyni zamanda hazırda jurnalistikada çalışan qadın jurnalistlərə təqdim olunacaq. Artıq bununla bağlı Təşkilat Komitəsinin yarandığını deyən Ə.Amaşovun sözlərinə görə, bu il çox güman ki, mükafat ilin ortalarına kimi sahiblərinə veriləcək.
Oxumaq
11.03.11  
 
Türkiyədə jurnalistlərin həbsi niyə kütləviləşir?
Media mənsubları Türkiyədə jurnalistlərin bu şəkildə ardıcıl həbsindən təəssüfləndiklərini bildirirlər

Son bir ayda Türkiyə Cümhuriyyətində jurnalistlərin həbsi az qala kütləviləşib. Xüsusilə də “Ergenekon” hadisəsi ilə bağlı KİV nümayəndələrinin həbsi nəinki ölkə ictimaiyyətində, hətta dünya mediasının manşetlərində də ciddi rezonans doğurur. Nəzərə alsaq ki, Türkiyə siyasətində başlıca prioritetlərindən biri Avropa Birliyinə üzvlükdür, mətbuat nümayəndələrinin həbs məsələsi daha da mübahisəli müstəvidə böyüməyə başlayır. Azərbaycan ictimaiyyəti, xüsusilə də jurnalist təşkilatlarımız təbii olaraq Türkiyədəki bu hadisələrə biganə deyillər. AZADİNFORM onlardan bir neçəsinin məsələ ilə bağlı rəyini öyrənməyə çalışıb.
Oxumaq
10.03.11  
 
Redaksiyanın müstəqilliyi jurnalistin müstəqilliyindən keçir
“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans işini başa çatdırdı

“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda iki günlük beynəlxalq konfrans bu gün də işini davam etdirib. SİA-nın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırdıqları “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində keçirilən konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri rəhbərləri, jurnalist təşkilatları nümayəndələri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak edib.
Oxumaq
04.03.11  
 
Plüralist medianın formalaşdırılması əsas prioritetlərindəndir
«Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq» mövzusunda beynəlxalq konfrans işə başladı

Martın 2-də Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq» mövzusunda beynəlxalq konfrans işə başladı. Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının və «RUH» Jurnalistləri Müdafiə Komitəsindən ibarət olan «Söz azadlığı və peşəkarlığı» koalisiyası tərəfindən təşkil olunan konfransın maliyyə dəstəyi Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən verilib.
Oxumaq
03.03.11  
 
Jurnalistlər üçün tikiləcək bina iki ilə hazır olacaq
Vüqar Səfərli: «Yaxın zamanda jurnalistlər üçün nəzərdə tutulan binanın təməlqoyma mərasimi baş tutacaq»

Yaxın zamanda jurnalistlər üçün nəzərdə tutulan binanın təməlqoyma mərasimi baş tutacaq. Bunu "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.
Oxumaq
03.03.11  
 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •