|
Azərbaycan-İran münasibətlərində media faktoru
|
|
Bir neçə gün öncə İran İslam Respublikası Prezidentinin müşaviri, İranın İRNA İnformasiya Agentliyinin direktoru Əli Əkbər Cavanfekri Azərbaycan Mətbuat Şurasının qonağı oldu. Görüşdə Azərbaycan və İran arasındakı münasibətlərin tarixi köklərinə nəzər salındı, hər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində medianın yeri və rolundan söhbət açıldı. Vaxtilə Azərbaycan və İran jurnalistlərinin dostluq qrupunun təşkilinə, hər iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərlərinin reallaşdırılması faktlarına diqqət çəkildi. KİV-lər arasında əlaqələrin genişləndirilməsi yolları ətrafında fikir mübadilələri aparılarkən bildirildi ki, jurnalistlərin qarşılıqlı səfərlərinin, region ölkələrini əhatə edəcək forumların, konfransların təşkili, Azərbaycan, fars, türk dillərində xəbərlər bülleteninin buraxılması mövcud istiqamətdəki fəaliyyətin tərkib hissəsi ola bilər.
|
Oxumaq
12.04.11
|
| |
|
|
|
|
|
|
AzərTAc ilə İRNA agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
|
Aprelin 5-də Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi - AzərTAc ilə İran İslam Respublikasının İRNA agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. İran Prezidentinin mətbuat üzrə müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikrin başçılıq etdiyi nümayəndə heyəti ilə AzərTAc-da keçirilən görüşdə baş direktor Aslan Aslanov qonaqlara 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış rəsmi informasiya agentliyinin tarixi və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
|
Oxumaq
06.04.11
|
| |
|
|
“Araz” FM efirdədir
|
Aprelin 4-də 103.3 FM dalğasında yayımlanacaq “Araz” radiosunun rəsmi açılışı oldu
Aprelin 4-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan teleradio məkanında yeni radionun - “Araz” FM radiosunun açılış mərasimi olub. Mərasimdə çıxış edən radionun baş redaktoru Vüsalə Kərimova bildirib ki, 103.3 FM dalğasında yerləşən radio əsasən Azərbaycanda və dünyada baş verən xəbərlərin dinləyicilərə çatdırılmasına üstünlük verəcək.
|
Oxumaq
05.04.11
|
| |
|
|
Danışır «Araz» radiosu!
|
“İnanırıq ki, verilişlərimiz dinləyici auditoriyası toplayacaq»
Aprelin 4-də “Araz” FM radiosu 103.3 tezliyində efirə çıxacaq. Hazırda efirdə musiqisi yayılan radionun gələn həftə həyata keçəcək rəsmi açılışı maraqla gözlənilir. Hamını bir sual düşündürür: ölkəmizdə fəaliyyət göstərən televiziya və radioların rəqabəti fonunda yeni fəaliyyətə başlayacaq radio dinləyicilərə nə verəcək? Çoxsaylı dinləyicilərin zövqünü təmin edə biləcəkmi? Efir məkanına hansı yenilikləri gətirəcək? Bizi maraqlandıran bu və ya digər suallara cavab tapmaq, hər şeyi gözümüzlə görmək və eşitmək istəyi ilə “Araz” radiosunu redaksiyasına yollandıq.
|
Oxumaq
01.04.11
|
| |
|
|
Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq
|
Bu məqsədlə Mətbuat Şurasının nəzdində jurnalistlərdən və hüquq-mühafizə orqanlarının təmsilçilərindən ibarət qrupun fəaliyyəti bərpa olunacaq
Kütləvi aksiyalarda jurnalistlərin sərbəst informasiya almaları məsələsi dünən Daxili İşlər Nazirliyində baş tutan görüşdə müzakirə edilib. Görüşdə həmçinin bunun monitorinqini aparmaq məqsədilə vaxtilə Mətbuat Şurasının nəzdində yaradılmış, jurnalistlərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrupun fəaliyyətinin bərpası barədə də razılığa gəlinib.
|
Oxumaq
30.03.11
|
| |
|
|
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı
|
Əli Həsənov: «Dövlət Azərbaycan mediasının inkişafında maraqlıdır. Bu sahəyə dəstək verilir və bundan sonra da veriləcək»
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri martın 17-də mükafatlandırılıb.
|
Oxumaq
18.03.11
|
| |
|
|
Ən operativ mətbuat xidməti hansıdır?
|
Jurnalistlər hesab edirlər ki, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliklərinin mətbuat xidmətləri daha operativdirlər
Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətlərinin müəyyən olunmasi”nı aydınlaşdıran ənənəvi rəy sorğusuna yekun vurub. Xatırladırıq ki, tədbir SAMF-ın 25 noyabr 2009-cu il tarixində ilkin mərhələ kimi başladığı “KİV və mətbuat xidmətləri: mövcud vəziyyət və strateji inkişaf istiqamətləri” mövzusunda reallaşdırdığı dəyirmi masanın müzakirələrinin davamı olaraq həyata keçirilmişdir.
|
Oxumaq
18.03.11
|
| |
|
|
Jurnalistləri silsilə futbol matçları keçirəcəklər
|
|
Novruz bayramı ərəfəsində jurnalistlərin polislərlə futbol matçının təşkili nəzərdə tutulur. Martın 19-u saat 11.00-da «Şəfa» stadionunda baş tutacaq oyun Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş silsilə tədbirləri çərçivəsində keçiriləcək.
|
Oxumaq
16.03.11
|
| |
|
|
|